Ukraynada Azərbaycan musiqisi günləri başlanıb

Ukraynada Azərbaycan musiqisi günləri başlanıbUkrayna Milli Filarmoniyasının Musiqi salonunda aprelin 1-4-də Ukraynada Azərbaycan musiqisi günlərinin açılışına həsr edilmiş mətbuat konfransı olub.

Tədbirin təşkilatçıları Ukrayna Mədəniyyət və Turizm Nazirliyi, Ukrayna Milli Bəstəkarlar İttifaqı (UMBİ), Azərbaycanın Kiyevdəki səfirliyi, Azərbaycan Bəstəkarlar Birliyi (ABB), Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu" (UABD) Ümumukrayna İctimai Təşkilatıdır (ÜİT).

UMBİ-nin idarə heyətinin sədri, UMEA-nın müxbir üzvü İqor Şerbakov bildirib ki, o, keçən il Bakıda keçirilmiş müasir Ukrayna musiqisi günlərində və ABB-nin qurultayının işində fəxri qonaq kimi iştirak edib. Tanınmış Ukrayna bəstəkarı Azərbaycan klassik və milli musiqisini yüksək qiymətləndirərək start verilən Azərbaycan musiqisi günlərini iki dost ölkənin mədəni həyatında çox böyük hadisə adlandırıb.

Azərbaycan Bəstəkarlar Birliyinin sədri Firəngiz Əlizadə də öz növbəsində Ukrayna klassik musiqisinin yüksək şöhrətə malik olduğunu və onun ifaçılarının virtuozluğunu xüsusi vurğulamış, Ukrayna tərəfinə və Kiyevdəki səfirliyimizə, bu mədəni tədbirdə iştirak edənlərə gözəl təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Dünya şöhrətli Azərbaycan bəstəkarı, həmçinin bu günlərin əhəmiyyətini qeyd edərək bildirib ki, musiqi günlərində Ukrayna dinləyicisi nəinki Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov kimi korifeylərin, orta və gənc nəslin nümayəndələri olan müasir bəstəkarların əsərləri ilə, həm də Ukraynada az tanınmış Azərbaycan musiqi alətlərində - tar, saz, kamança və başqa alətlərdə musiqiçilərin ifası ilə tanış olacaq.

Beləliklə, aprelin 2-də UMBİ-nin konsert salonunda kamera musiqisi konserti, ertəsi gün Ukrayna Milli Filarmoniyasının Nikolay Lısenko adına Sütunlu zalında simfonik konsert, aprelin 4-də Ukrayna Milli Bəstəkarlar İttifaqının binasında yekun konsert olacaq.

Tədbir çərçivəsində, həmçinin "Ukrayna-Azərbaycan musiqi əlaqələri" mövzusunda "dəyirmi masa" da keçiriləcək.

Mətbuat konfransında çıxış edənlər dünyada, o cümlədən dost Ukraynada Azərbaycan musiqi sənətinin fəal təbliği işində ABB-nin rəhbəri kimi Firəngiz Əlizadənin şəxsi töhfəsini xüsusi qeyd ediblər.

Tədbirdə Azərbaycanın Kiyevdəki səfirliyinin müşaviri Nazim Əliyev, Azərbaycan rəsmi nümayəndə heyətinin üzvləri, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq Artisti Qurban Abbasov, Ukraynanın tanınmış bəstəkarları və mədəniyyət xadimləri, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu" ÜİT-in sədri Hikmət Cavadov və başqaları da çıxış ediblər.

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1053   Tarix: 03 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 340
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 2888
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

01.05.2024 1343
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 231
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 864
.

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib. OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, Züleyxa Rəhimi 1937-c

01.05.2024 1380
.

İsrail 20 fələstinli əsir götürüb

İsrail qüvvələri İordan çayının qərb sahilində 20 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin Məhbus İşləri Komitəsi və Fələstinli Əsirlər Dərnəyinin birgə bəyanatına görə, son həbslər Beytləhm, Elhalil, Nablus, Qalqilya, Tubas, Yerixo və Ramallah kimi şəhərlərd

01.05.2024 125
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 257
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 129