Sizcə kişilər hansı zamanlarda ağlayır?

Sizcə kişilər hansı zamanlarda ağlayır?Sivilizasiya inkişaf etdikcə insan stereotipləri də dəyişir. Məşhur mahnıda «Kişilər ağlamır» deyilir. Qədim Yunanıstanda kişinin göz yaşını göstərməsində eyib heç nə yox idi. Ötən əsrin ortalarında psixoloqlar əmin edirdilər ki, göz yaşları stress və psixosomatik xəstəliklərlə mübarizə aparmağa kömək edir. Sonralar araşdırmalar nəzəriyyəni təsdiqlədi. Bir neçə on illər cəmiyyət güclü və qəhrəman kişi - emosiyasız terminatora pərəstiş edir. Amma kişilər anadan olandan ağlayırlar. Körpələrin göz yaşları gözü infeksiyadan qoruyur. Göz yaşı sosial siqnal kimi ətrafdakıların diqqətini və dəstəyini cəlb etməyə yönəlir. Hətta yanınızda heç kim olmasa belə göz yaşlarınız Allaha müraciət olunmalıdır.

Göz yaşının sağlamlığa faydası çoxdur: gözdən çıxan bioloji aktiv maddələr yaraların tez sağalmasına və ağrını kəsməyə qadirdir. Göz yaşları ilə bərabər təkcə qəm-kədər yox, həm də toksinlər, yəni zəhərli maddələr xaric olunur. Ağlayanda 43, güləndə isə 17 üz əzələsi hərəkət edir. Kişilərin sağlamlığı naminə onları arabir ağlatmaq lazımdır! Kardioloqların fikrincə, ağlamaq ürəyə xeyirdir. Bəzi kişilər hisslərini boğanda ürəkləri zədə alır. Bu da infarkta səbəb olur. Ağlayanda isə bütün mənfi emosiyalar göz yaşı ilə birgə bədəndən xaric olur və insana rahatlıq gətirir. Ona görə də ağlamaq istəyəndə ağlayın. Bu sizi sakitləşdirəcək. Kişilərin dilindən bir sirri açaq - kişilər sevdiyi qadının kədərinə göz yuma bilmirlər. Onlar qadınlara nisbətən 30% daha çox təsirlənə və kədərlənə bilirlər. Gizlin bir yerə çəkilib ağlamağı üstün tutan kişilər "kişilər ağlamaz" yalanının qurbanıdırlar. Psixoloqların fikrincə, oğlan uşaqlarının kiçik yaşlarından belə böyüdülməsi çox yanlışdır. Bu tərzdə tərbiyə alan uşaqlar gələcəkdə sevgilərini və hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Bəzən öz duyğularını ifadə edə bilmədiklərindən kişilərin qadınların köməyinə ehtiyacları olur. Onun kədərli olduğunu görəndə, hər hansı probleminin olub-olmamasını soruşun. Sizin onunla maraqlandığınızı görüb dərdini bölüşməyə istəkli olacaq. Sizin etibarınızı qazanandan sonra isə duyğularını rahatlıqla anlatmağa başlayacaq.

Kişilər hansı halda ağlayırlar?

Arzuları puç olanda - Özlərini və hisslərini ifadə edə bilmədikdə baş verənlərə ağlayaraq reaksiya verirlər. Bununla da mənfi duyğuları özlərindən kənarlaşdırmış olurlar.

Yaxınları vəfat edəndə - Onlar köməksiz qalacaqlarını hiss edirlər. Yaxınlarının ölümü ilə barışmaq kişilərə heç də asan başa gəlmir. Onlar uzun müddət tənhalığa qapanır, real həyatdan uzaqlaşırlar.

Eşqə düşəndə - Sevgi elə bir duyğudur ki, heç kəs ona qalib gələ bilmir. Hətta ən güclü görünənlər belə eşq qarşısında diz çökürlər. Kişilər sevdikləri insana hisslərini aça bilməyəndə göz yaşına boğula bilərlər.

Sevdiklərindən ayrılanda - Bu zaman kişilər üçün dünya bitmiş olur. Yadda saxlayın ki, tərk edilmə ağrısı yalnız qadınları incitmir. Kişilərdən fərqli olaraq, qadınlar tərk ediləndə çəkinmədən ağlaya və kədərlərini başqaları ilə bölüşə bilirlər. Kişilər isə tərk edildikləri haqda heç kəslə danışmırlar, özlərinə qapanırlar. Sakit bir yerə çəkilib ağlamaqla sakitləşirlər.

Ata olanda - Kişilər istədikləri qədər soyuqqanlı görünmək istəsələr də, ata olduqlarını bildikləri an sevincdən ağlayırlar. Hər kişi nəslini davam etdirəcək bir oğlu olduğunu biləndə xoşbəxt olur. Sevinc göz yaşları da bu xoşbəxtliyin bir parçasıdır.

İşini itirəndə - Kişilərin işsiz qalması həyatlarında çox ciddi problemlər yaradır. Öz iş həyatını qurmaq üçün gecəsini gündüzünə qatıb əzmlə çalışan kişilər işlərini itirdikdə göz yaşı tökə bilərlər. Ailə qayğısı, yeni bir iş tapmaq və s. kimi problemlər kişiləri stresə salır. Hər hansı bir problemin qarşısında aciz qalmaq istəməyən kişilər işdən qovulanda bir müddət özlərinə gələ bilmirlər.

Azarkeş olduqları komanda uduzanda - Kişilər futbola vurğun olurlar. Komandalarının məğlubiyyəti onları məyus edir. Üstəlik də çarəsiz qalırlar və heç bir şey edə bilmirlər. Bu vaxt onlar yumruqlarını bərk sıxıb, gözlərindən yaş da axıda bilərlər.

İtləri öləndə - Kişilər sadiq heyvanın onları həyatda qeyri-şərtsiz sevən tək varlıq olduğunu düşünürlər. Vəfalı dostunun yoxluğu onlara çox pis təsir edə bilər.

Qeyd edim ki, qadınların kişilərə nisbətən daha uzunömürlü olmaları vaxtında ağlaya bilmələri ilə də izah olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 11412   Tarix: 30 aprel 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329