Cinsiyyətini dəyişdirən aktrisadan inanılmaz açıqlamalar (Fotolar)

Həyatımı Nil kimi davam etdirdyim müddətdə yalandan ibarət idim

Hazırda 26 yaşında olan Nil Ərkoç 10 yaşından etibarən reklam filmlərində rol almağa başlayıb. Nil sadəcə qabiliyyətli bir aktrisa deyil, eyni zamanda çıx gözəl qadındır. Bax, elə həmin gözəl Nil indi qarşımda kişi kimi dayanır. 3 həftə əvvəl əməliyyat olaraq cinsini dəyişdirib. Yəni mətbuatda çıxan məlumatlar tamamilə doğrudur. İndi qarşımda duran Nilin sadəcə bədəni kişi deyil, həqiqətən ruhu da kişidir. Adı da Rüzgardır. İnsan çox təəccüblənir. Danışığı, səsi, mimikası tamamilə kişiyə məxsusdur. Nilin artıq sinəsi kişi sinəsidir. Ayağından alınan sümüklə də kişi cinsi orqanı düzəldilib.

Fərqli olduğunu neçə yaşında hiss etdin?
5 və ya 6 yaşımda

Bəs sənin fərqin nə idi?
Görünüş olaraq qız idim, amma qız uşaqları kimi deyildim. Gəlinciklərlə oynamırdım. Ağlım hər zaman oğlan oyuncaqlarının yanında idi. Futbol oynamağı sevirdim. Fərqli olduğumu içimdə hiss edirdim. 14 yaşımda başa düşdüm ki, mən qız deyiləm.

Bu vəziyyəti ailən necə qarşıladı?
Mənə hər zaman dəstək olublar. Ancaq bütün bunları qəbul etmələri onlar üçün heç də asan olmadı. Mən ortancıl uşağam. İki bacım var. Valideynlərim mənim oğlan olmağımı çox istəyiblər, amma qız doğulmuşam. Təbii ki, bioloji olaraq.

Balaca vaxtı ətək geyindikdə narahat olurdun?
Əlbəttə. 10 yaşımda anam istəyimlə razılaşıb mənə oğlan şalvarı və köynəyi almışdı. Sanki dünyalar mənim idi. Saçımı oğlan kimi kəsdirəndə çox xoşbəxt olurdum. Bir gün saçımı elə kəsdirib toya getmişdim. Restorandakı qadın ayaqyoluna girmək istəyəndə ofisant mənə - Ora qadınlar üçündür. Siz kişilər üçün olana gedin - demişdi. Bunu eçidib o qədər sevinmişdim ki... Daxilmdə bitməyən müharibə vəziyyətində idim. Ruhumla bədənim bir-biri ilə daim müharibədə idi.

Bəs, daxilindəki bu müharibədən kiməsə bəhs etmisən?
Xeyr. Bunu təkcə özüm bilirdim. Yeniyetməlik dövrüm çox çətin keçdi. Qızlardan xoşum gəldiyini, onlara qarşı həyəcan hiss etdiyimi başa düşdüm. Amma bir qadın bədəninin içində idim. Bu dəhşətli bir şeydir. Mən hər zaman bu bədənimdən qurtulmağa, azadlığa çıxmağa çalışırdım.

Mensturasiya olduğun müddətdə nə hiss etdin?
Çox gec menstruasiya oldum. Onsuz da qız kimi çox gec inkişaf edirdim.

Bəs mənəvi olaraq hansı dəyişikliklər yaşayırdın?
Sanki həbsxanada idim. O bədəndən çıxmaq, qurtulmaq istəyirdim. Bədənim qadın, ruhum isə kişi idi. Var gücümlə bədənimlə ruhumu eyniləşdirməyə çalışırdım. Özümü sakitləşdirmək üçün kişi dükanlarından alış-veriş edirdim, amma o da mənə kömək etmirdi.

Məktəb illərində çətinliyin olurdu?
Çox çətinlik çəkdim, amma içimdə. Mən də zahirən digər qızlar kimi idim. Ətək geyinmək məcburiyyətində idim. Mən hər zaman həyatımı "İnsanlar nə deyər?" fikri ilə yaşamışam.

İndi qarşımda bir kişi dayanır. İnternetdəki şəkillərdə isə cazibədar qadın...
Bax, bu mənim həm mükafatım, həm də cəzamdır. Mən bu dünyaya gözəl qadın bədəni ilə gəlmişəm. Uşaqlıqdan bu yana "Sən nə gözəl qızsan!" sözü ilə tərif almışam. Məni heç tanımayan insanlar sırf gözəl olduğuma görə mənlə maraqlanırdı. Ancaq mən özümü bircə gün də qadın kimi hiss etməmişəm.

Aktrisalığa necə qədəm qoydun?
10 yaşımdan reklamlarda rol almağa başladım. İlk dəfə qadın bezi reklamında rol almışam. Daha sonra isə seriallara çəkilməyə başladım.

Aktrisa olmağın bu vəziyyətini gizlətməyə kömək etdimi?
Belə çıxır: mən yaxşı aktrisa olmuşam ki, heç kəs heç nəyi başa düşməyib. Ancaq aktrisa olmağımın həyatımı asanlaşdırmağa heç bir köməyi olmadı.

Sənin kimi gözəl bir qıza oğlanlar ürəklərini heç açmırdı?
Bax, əsas problem də o idi. Oğlanlar tez-tez söz atırdı, mənimlə münasibət qurmaq istəyirdilər. Mənsə hər zaman susmaq məcburiyyətində olurdum. Çox vaxt əynimi dəyişəndə hamamda oturub ağlayırdım. Üzümə kosmetika vurmaq mən üçün ağır işgəncə idi. Bəzənməyə nifrət edirdim. Mən yalnız seriallarda aktrisalıq etmirdim, həm də həyatda Nil adındakı qadının həyatını oynayırdım. Hər yerdə jestlərimlə, mimikalarımla qadın kimi davranmaq məcburiyyətində idim, amma içimdə fırtınalar qopurdu.

Ailəndəkilərdən kimsə səni psixoloqa aparıb müalicə etdirmək istədimi?
İçimdəkiləri heç kimə deməmişdim. 5 il əvvəl bu haqda anama danışmağa başladım. Anama "Mənim qadınlardan xoşum gəlir" dedim.

Əməliyyat olmağa nə vaxt qərar verdin?
Son bir ildə çox ağır psixoloji problem yaşadım. Mənə hər zaman "niyə qısa saçın var" deyirdilər. Saçlarıma qaynaq etdirdim, amma yenə də özümlə barışa bilmirdim. Hər şey getdikcə ağırlaşırdı.

Əməliyyata gedərkən nə hiss etdin?
Gedərkən deyil, amma əməliyyatdan çıxdıqdan sonra özümü dünyaya yenidən gəlmiş kimi hiss etdim. Nil öldü, Rüzgar dünyaya gəldi.

Döşlərini kəsdilər?
Bəli

Özünü necə hiss edirsən?
Cinsiyyət dəyşdirmək əməliyyatı çox çətindir. İnsan həddindən çox əsəbi olur. Çox əziyyətli bir işdir. Heç kim bunu həzz almaq üçün etdirməz.

Sənin gizli bir həyatın var idi?
Mən həyatım boyuncə heç bir kişi ilə sevişməmişəm. Heç vaxt oğlan sevgilim olmayıb. Məni bəyənən oğlanlar olub, amma heç biri ilə cinsi münasibətdə olmamışam.

Bəs spirtli içki içəndə daxinlində gizli kişi ortaya çıxmırdı?
Yox, qətiyyən.

Əməliyyat olmağa necə qərar verdin?
Həmişə gecikdirirdim. Ancaq xoşbəxt olmadığımı hiss etdim. İstədiyim qədər pul qazansam da, məni xoşbəx edə bilmirdi. Mən pulu yox, həyatımı yaşamağı seçdim. Mən aktrisalığı tərk etməyi də gözə almışam.

mənbə: publika.az

Cinsiyyətini dəyişdirən aktrisadan inanılmaz açıqlamalar (Fotolar)Cinsiyyətini dəyişdirən aktrisadan inanılmaz açıqlamalar (Fotolar)Cinsiyyətini dəyişdirən aktrisadan inanılmaz açıqlamalar (Fotolar)Cinsiyyətini dəyişdirən aktrisadan inanılmaz açıqlamalar (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 18353   Tarix: 01 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489