İnsan nə qədər su içməlidir?

İnsan nə qədər su içməlidir?İnsan orqanizminin 2/3 hissəsini su təşkil edir. Bunu biz məktəb vaxtından bilirik. Reallıqda isə insan orqanizmində olan suyun həcmi daim dəyişilir və 45%-dan 60%-a qədər çata bilər.

Bu suyun böyük hissəsi hüceyrələrin içərisində, daha az hissəsi - hüceyrələr arasında olan boşluqlarda və damarlarda olur. Məhz suyun köməyilə orqanizmimizdə hüceyrələr arası mübadilələrdən başlayaraq, sinir impulsların ötürülməsinə kimi gedən bütün proseslər mümkün olur. Bu səbəbdən su insan üçün həyat deməkdir. Susuzlaşma zamanı insanın orqanizmində çox ciddi pozulmalar baş verir. Kəskin susuzlaşma hətta insanın az bir müddət ərzində həlak olmasına səbəb ola bilər.

Orqanizmimizin bütün ehtiyaclarını ödəmək üçün bizə nə qədər su lazımdır? Belə bir formul mövcuddur - insan çəkisinin hər 1 kiloqramı üçün 30-40 ml su. Digər formula görə - 1500 ml insan çəkisinin hər 1 kq-na 20 ml su (bədən çəkisi 20 kq-dan artıq olduqda). Orta hesabla 70 kq bədən çəkisi olan insan gün ərzində 2,5 l və daha artıq su qəbul etməlidir. Təbii ki, bu heç də o demək deyil ki, insan hər gün mütləq düz 3 l su içməlidir. Axı biz suyu digər mənbələrdən də alırıq - suplar, şirələr, meyvə və tərəvəzlərdə olan su və s.

Hər gün insan orqanizmindən orta hesabla 2 l (isti yay günlərində bundan da artıq) maye ifraz olunur. Yalnız böyrəklər gün ərzində təxminən 1-1,3 l qədər maye ifraz edir. Bundan əlavə dərimiz, bağırsaqlarımız və ağ ciyərlərimiz vasitəsilə də ətraf mühitə maye ifraz olunur.

İnsanların bir hissəsi az su içir. Bu səbəbdən bu insanların sağlamlığında müxtəlif pozulmalar baş verir - böyrək xəstəlikləri, qəbizlik və s. Belə insanların dərisi daha tez qocalaraq öz təravətini itirir. Bir sıra həkimlərin fikirinə görə, insanın immun sistemində olan pozulmalar məhz orqanizmin susuzlaşması ilə bağlıdır.

Digər qrup insanlar gün ərzində hətta 3 l-dən artıq su içirlər. İnsan sağlamdırsa, bu ona heç bir mənfi təsir etməz. Lakin insanda ağır xroniki ürək (ürək çatışmazlığı, bəzi ürək qüsurları formalarında və s. ) və böyrək (böyrək çatışmazlığı, kəskin qlomerulonefrit və s.) xəstəlikləri zamanı mayenin qəbulu məhdudlaşdırılmalıdır (bunu müalicə həkimi təyin edir).

Su qida qəbulundan əvvəl, qida qəbulu zamanı və ya qida qəbulundan sonra içilməlidir? Bu sual hər zaman mübahisə yaradır. Deyirlər ki, acqarına su içmək ziyandır ki, bu zaman mədə şirəsi mədədən yuyulub aparılır. Digər tərəfdən qida qəbulu zamanı içilən su həzm proseslərini ləngidir. Bütün bunlar dəqiq sübut olunmayıb. Əksinə bəzi tədqiqatçıların fikirinə görə, suyun qida qəbulundan əvvəl, sonra və ya qida zamanı qəbul edilməsi həzm prosesində heç bir ciddi dəyişiklik etmir. Lakin bir mübahisəsiz məsələ də vardır ki, heç bir mayesiz qəbul edilən quru qidalar həqiqətən gec və çətin həzm olunur. Beləliklə bizə hər zaman "quru yemə" deyən ana və nənələrimiz tam haqlı idilər.

Qida qəbulundan sonra (xüsusən yağlı qidalardan sonra) içilən soyuq maye qarında ağırlıq və ağrılara səbəb ola bilər. Diareya (ishal) zamanı ilıq su, qəbizlik zamanı isə əksinə daha soyuq su içmək lazımdır. Ümumiyyətlə isə qəbizlik zamanı su ən yaxşı "dərmandır". Hər gün səhər tezdən içilən 1-2 stəkan təmiz su bağırsaqları "hərəkətə gətirir". Lakin bu o demək deyil ki, gün ərzində bu su ilə kifayyətlənmək lazımdır. Qəbizlikdən əziyyət çəkən insan mümkün qədər çox su içməlidir (buna əks göstərişlər yoxdursa).

Arıqlamaq istəyən insanlara qida qəbulundan 1/2 saat əvvəl 250-350 ml su qəbul etmək tövsiyyə olunur ki, bu halda onlar daha az miqdarda qida qəbul edəcəklər.

Hər gün kifayyət miqdarda içilən su bizi ürək və damar, böyrək, oynaqlar, allergik və s. xəstəliklərdən qoruyur. Kifayyət miqdarda qəbul etdikdə su orqanizmimizi şlaklar, zəhərlər, toksinlərdən, mikroblar və s-dan. təmizləyir ki, nəticədə bu immun sistemimizi möhkəmləndirir.

Əgər siz əsəbləşmisinizsə, xırda qurtumlarla 1 stəkan adi su için. Bu sizi sakitləşdirəcək.

Su dərinin daha cavan və sağlam qalmasına kömək edir.

Mayelərin qəbulunun əsas hissəsi günün birinci yarısında olmalıdır. Digər orqanlar kimi, bizim sidik ifrazı sistemimiz də gecə ərzində "dincəlməlidir". Bundan əlavə əgər siz axşam vaxtı çoxlu maye içsəniz, səhər üzünüz şişkin və yorğun görünəcək.

Hansı su daha xeyirlidir? Plastik butulkalarda satılan su krandan gələn su ilə müqayisədə daha təmiz və ziyansızdır. Lakin belə su tanınmış istehsalçılar tərəfindən buraxılmış olmalıdır. Suyun iyinə və dadına da fikir verin. Su şəffaf olmalıdır. Əgər butulkanın dibində çöküntü varsa, belə suyu almayın.

Müalicəvi suları adi sular kimi qəbul etmək olmaz. Bu suları yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. Əks halda (xüsusən belə sular uzun müddət qəbul etdikdə) bu sizin səhhətinizə mənfi təsir edə bilər.

Qazlı sular insanın həzm sistemi üçün xeyirli sayılmır. Belə sular gəyirmə və qıcqırmaya səbəb olur, mədə xəstəliklərinin kəskinləşməsi zamanı xəstənin vəziyyətini daha da ağırlaşdırır, qidalı maddələrin mənimsənilməsinə mane olur və s.

mənbə: faktxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3510   Tarix: 28 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168