O veriliş bir ssenari əsasında qurulmuşdu

O veriliş bir ssenari əsasında qurulmuşduXalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasındakı qalmaqala məşhurların prodüserləri də qoşulub.

İlhamə Quıiyevanın mətbuat katibi Faiq Ələkbərlinin məlum açıqlamasına Nazpəri Dostəliyevadan cavab gəlib:

"Özünü İlhamə Quliyevanın mətbuat katibi kimi təqdim edən Faiq Ələkbərlinin açıqlamaları ilə əlaqədar demək istəyirəm ki, nə İlhamə ilə şəxsi münasibətim olub, nə də onun yaranmasına can atmışam.

Bir neçə gün əvvəl KİV –ə verdiyim açıqlamalarda da bildirmişəm ki, nə İlhamə Quliyevaya, nə də özlərini onun köməkçisi, mətbuat katibi kimi təqdim edən şəxslərə heç bir vaxt zeng vurmamışam və belə fikrim də olmayıb. Əksinə, həmin şəxslərin özləri dəfələrlə mənimlə telefon əlaqəsi saxlayaraq, ən azı bir həftə ərzində İlhamə ilə barışmağımı israrla xahiş ediblər. Eyni məsələ ilə bağlı "Ümid var" verilişinin aparıcısı Zaur Baxşəliyev tərəfindən də mənə müraciət olunub. Lakin onlara bildirmişəm ki, əgər İlhamə KİV-də məndən üzr istəyərsə, yaşını nəzərə alaraq onu bağışlayaram.

Titullardan yeri düşmüşkən demək istəyirəm ki, əvvəl sadaladıqları üstünə Faiq Ələkbərli tərəfindən "Dünya sülh səfiri" - olmayan bir ad da əlavə edilib.

Qaldı ki, guya mənim tərəfimdən İlhamənin mövcud olmayan siyasi titulları barədə fikirlər irəli sürməyim... Axı mövcud olmayan siyasi titullar haqqında necə fikirlər irəli sürmək olar? Bu gülüncdür. Telefon zəngləri ilə əlaqədar bir daha qeyd edirəm ki, lazımi vaxtı mobil operatorlarda kimlərin kimə zəng etməsi məsələsini mətbuata verəcəyəm.

Zənnimcə, Faiq Ələkbərlinin bu açıqlaması həm İlhamənin özü, həm də vəkili tərəfindən "Ümid var" verilişində etdiyi kobudluqlara, işlətdiyi jarqon ifadələrinə və mənim şəxşi həyatıma qarışmağa haqq qazandırmaq məqsədi daşıyır. Lakin belə hərəkətlərilə onlar öz vəziyyətlərini daha da gərginləşdirir və gülünc hala gətirirlər. Müğənninin və özünü onun mətbuat katibi, köməkçisi kimi təqdim edən şəxslərin nəzərinə çatdırıram ki, bəzilərindən fərqli olaraq nə İlhamə tərəfindən deyilən titullara, nə də onun mənim sənətimə verdiyi qiymətə ehtiyacım yoxdur. Çünki belə qiyməti mənə dövlətimiz verib.

O ki qaldı populyarlıq məsələsinə həm İlhamənin, həm də onun köməkçisi və mətbuat katibinin nəzərinə çatdırıram ki, populyarlıq heç vaxt mənim aləmimdə sənətdə keyfiyyət göstəricisi olmayıb.

Sonda oxucuların nəzərinə çatdırıram ki, "Ümid var" verilişində baş verənlər geniş tamaşaçı auditoriyası qarşısında gerçəkləşib. Həmin veriliş bayram tədbiri kimi təqdim edilsə də bütün ssenari elə proqramın prodüseri olan Faiq Ələkbərlinin özü tərəfindən İlhamənin üzərində qurulmuşdu və məqsəd məni onunla barışdırmaq idi. Mənim ünvanıma həm aparıcı, həm də İlhamə tərəfindən deyilən toy sağlığına bənzər təriflər də eyni məqsəd daşıyırdı. Onlar gözləyirdilər ki, mən də İlhamənin ürəkdən gəlməyən suni təriflərinə aldanaraq, üzr istəmədiyi halda onu bağışlayacam. Gözlədiklərinin əksi olduqda isə İlhamə iç üzünü bir daha açdı. Veriliş ərzində dəfələrlə öz fikirlərini və mövqeyini 180 dərəcə dəyişərək, hətta canlı efirdə jarqon ifadələr işlətməklə hədə-qorxu gəlməkdən belə çəkinmədi. Həmin faktlara əlavə şərh verməyə ehtiyac görmürəm və heç bir vaxt nə İlhamə olmaq istəmişəm, nə də özümü onun vəziyyətinə salmaq iştəmişəm."

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4178   Tarix: 25 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964