Əcnəbilərlə bağlanan nikahlar barədə maraqlı məqamlar üzə çıxır

Əcnəbilərlə bağlanan nikahlar barədə maraqlı məqamlar üzə çıxırAparılan araşdırmalar göstərir ki, ötən il Azərbaycanda 78 min 480 nikah qeydə alınıb. 11 min 182 nikah isə pozulub. Hesabat dövrü ərzində 1932 nəfər xarici vətəndaşlarla nikah bağlayıb. Nigah bağlanmış şəxslər arasında İran və Türkiyə vətəndaşları üstünlük təşkil edir. Digər tərəfdən son illərin statistikası əcnəbilərlə bağlanan nigahların sayının nəzərəçarpacaq dərəcədə artdığını göstərir. Bunun hansı nəticələrə gətirib çıxaracağı barədə Mövqe.az-a danışan Milli Məclisin deputatı Elmira Axundova qeyd edib: "Ümumiyyətlə, qeyd etmək lazımdır ki, xaricilərlə nikah 3 ilin, 4 ilin məsələsi deyil. Bu, əsrlər boyu davam edən bir prosesdir. Bildiyimiz kimi Azərbaycan elə bir coğrafi mövqeyə malikdir ki, buradan böyük karvanlar keçmiş, torpaqlarımız tez-tez müharibə meydanına çevrilmişdir. Qısacası hər zaman ölkəmizə xeyli sayda yadellilər təşrif buyurmuşdur. İstər monqol, istər ərəb, istərsə də rus imperiyasının hakimiyyəti dövründə qarışıq nikahlardan uşaqlar dünyaya gəlmişdir. Əgər indiki vaxta qədər bir millət kimi assimilyasiyaya uğramadan öz milli kimliyimizi, adət-ənənələrimizi, dilimizi qoruya bilmişiksə, deməli, indi də hər hansı qarışıq nikahın olması elə də ciddi problem hesab edilməməlidir».
Qeyd edək ki, araşdırmalar əsasən, azərbaycanlı qızların əcnəbilərlə nikah qurduğunu göstərir. Buna da münasibət bildirən E.Axundova qeyd edib: "İndiki nikahlara fikir versək görərik ki, bizim qızlar əsasən türklərlə ailə qururlar. Həmçinin, Avropada, Amerikada, dünyanın müxtəlif yerlərində yaşayan cənubi azərbaycanlılarla da qızlar nikaha daxil olmuşlar. Mən isə bu adamları əcnəbi hesab etmirəm, onlar bizim qanımızdan, canımızdan olan insanlardır.
O ki qaldı tamam başqa millətlərlə nikaha, əvvəldə də qeyd etdiyim kimi tarix boyunca bu nikahlar mövcud olub. Hesab edirəm ki, qloballaşan dünyada bu cür nəslin yetişməsi, gələcək zamanlarda xarici dövlətlərdə Azərbaycanın maraqlarının qorunması, lobbiçiliyin həyata keçirilməsi baxımından əhəmiyyətli hesab edilməlidir. Əsas məsələ odur ki, xaricdə yaşayan bu ailələrlə mütəmadi olaraq əlaqə saxlanılsın, onların birgə nikahdan dünyaya gələn uşaqlarına Azərbaycan torpağına və dilinə sevgi aşılansın, müxtəlif tədbirlər, proqramlar, tədris mərkəzləri vasitəsilə o insanlar əlaqələndirilsin, onların Azərbaycanla olan bağları qopmasın. Düşünürəm ki, dövlətimiz əsas diqqəti də məhz bu siyasətə yönəltməlidir".

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov əcnəbilərlə qurulan nikahlar barədə aşağıdakılar qeyd edib: "Beynəlxalq qloballaşma praktikasında, inteqrasiya çərçivəsində cəmiyyətlər və ya dövlətlər arasında nikahların bağlanması normal bir prosesdir. Bununla əlaqədar heç bir problem yoxdur. Bizdə konkret olaraq əcnəbilərlə nikahların bağlanılması heç bir demoqrafik təhlükə yaratmır. Azərbaycan digər dövlətlərlə müqayisədə demoqafik böhranı hiss etmir. Amma bəzən Azərbaycan xanımlarının əcnəbi bəylərlə boşanmaları zamanı problemlər yaranır. Bu zaman bəzən qadınların maddi cəhətdən təminatı və hüquqları müdafiə olunmur. Bizdə əcnəbilərlə nikaha daxil olan insanların say artımı qeydiyyata alınmayıb. Əksinə, xarici vətəndaşlar Azərbaycanda vətəndaşlıq almaq istəyirlər. Onlar xaricdən Azərbaycana gəlib, ailə həyatı qurub, vətəndaşlıq almaq istəyirlər".

mənbə: olaylar.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3256   Tarix: 20 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960