Ayrılacağınıza 5 əlamət

Ayrılacağınıza 5 əlamətMünasibətlərinizin möhkəmliyini yenidən yoxlamaq şansı

Son zamanlar Sizə yaxın olan insan Sizə qarşı soyuq davranır?

Siz isə ondan tezliklə evlənmək tətlifi gözləyirsiniz!

Hansı addımları atmalısan?

Yaxşı olardı ki, seçimi xanım etsin: münasibətlərə birinci son qoyub, onunla ayrılsın, və ya dostunun sərt qərarını gözləsin.
Birinci variantda – Xanım özunu təhqir edilməkdən qoruyub, qürur hissi ilə: "Əlvida" deyə bilər.
İkinci variantda - itaətli qadın kimi nə vaxt onu yola salacaqlarını gözləməlidir.
Psixoloqlar Sizi yalnız xəbərdarlıq edir.
"Qaçaqı" müəyyən etmək üçün onun davranışının 5 əlamətini təqdim edirlər.

1 – CI ƏLAMƏT - TELEFON ZƏNGLƏRI AZALIR.
Hələ bir qədər əvvəl dostun Sənə gündə bir-neçə dəfə zəng vururdu: səbəbli-səbəbsiz. İndi isə demək olar hec yada düşmürsən. Soruşanda səbəbini, eşidirsən: "Vaxtım yox idi", "Çox yorğunam" və s.

BU NƏ DEMƏKDIR?
Sənə qarşı ilk marağı sönüb. O, hiss edir ki, Sən münasibətlərinizin davamı olaraq, ondan nəsə ciddi bir addım gözləyirsən. Dostun isə subaylıq həyatını hələ doyunca yaşamayıb. Cıddi əlaqəyə özünü hazır hesab etmir. Amma Səndən də ayrılmaq istəmir və hərdənbir zənglərilə onu hələ də gözlədiyini yoxlayır.

SITUASIYADAN ÇIXIŞ YOLU
Onun üçün əlçatmaz ol! Qoy o, hiss etsin ki, sənin işin başından aşır. Güman etmək olar, ki bu hərəkətlərinlə Sən onun diqqətini cəlb edə bilərsən.

YALNIŞ MÖVQE
Tez-tez ona zəng vurub "itməsinin" səbəbini inadkarlıqla soruşmaq. Hədə-qorxu gəlmək, ultimatumlar qoymaq, bütün bu kimi hərəkətlər, səni ondan daha da uzaqlaşdıracaq.

2-ci ƏLAMƏT - DOSTUN SIZIN GƏLƏCƏK HƏYATINIZ HAQQINDA AZ SÖHBƏT SALIR.
Demək olar ki, Sən onun gələcək planlarına aid deyilsən. Söhbətdə o, yalnız öz işləri, dostları haqda danışır. Sanki, sən onun həyatında yoxsan.

BU NƏ DEMƏKDIR?
Onun həyatı, yaxın və uzaq gələcəyi artıq planlaşdırılıb. O, Sənə qarşı heç bir məs'uliyyət daşımaq istəmir. Dostun sadəcə yeniliklərdən qorxur.

SITUASIYADAN ÇIXIŞ YOLU
Çalışın hələlik həyatınızı onsuz yaşayasınız. O, hiss etməlidir ki, Siz onsuzda çox gözəl, maraqlı gün keçirirsiz.

YALNIŞ MÖVQE.
Yalvarmaq, dəqiq tələb etmək mənasızdı. Ən böyük səhvdə onda olar ki, Siz toyunuz haqqında söhbət açasınız. Bu mövzudan sonra o, burdəfəlik itəcək.

3 –cü ƏLAMƏT -MİSAL ÇƏKİR
Dostun Ailəli Tanişlarini Misal Çekərək Evlilik Həyatının Zülmləri Haqqinda Tez-Tez Söhbət Salir. "Subayliq – Sultanlıqdi" Məsəli dilindən düşmür.

BU NƏ DEMƏKDIR?
Bəzi kişilər üçün "Azadlıq" – "Əlvida" – sözünün sinonimidi. Amma belə də olur ki, həyatınız artıq bir-birinə o qədər sıx hörülüb ki, səxsi maraqlarınıza her qalmır. Bax elə bu zaman ikinizdən biri "boğulmağa" başlayır. Məhəbbət azad olmalıdır. Əgər siz dostunuz üçün dəyərlisizsə o, mütləq sizin sevginizi yüksək qiymətləndirəcək.

SITUASIYADAN ÇIXIŞ YOLU
Münasibətlərinizi sadələşdirin. Hər ikiniz müstəqil olun. Onsuzda Siz onu ailə qurmağa məcbur edə bilməyəcəksiz. Evliliyi hər iki unsan istəməlidi. Qadın gərək səbirli, təmkinli olsun. Kişilər tələsməyi sevmir, onlar daha tez təlaşa düşürlər və situasiyadan qaçırlar.

YALNIŞ MÖVQE-İnadkarlıqla tələb etmək.
Bir çox kişilər üçün tələbin məzmununun fərqi yoxdur. Hər tələbə, tə'kidə - o YOX deməyə hazırdı. Ona görə müdrik olun! Sualları ötəri yolla, sakit tərzdə verin.

4 –cü ƏLAMƏT – SƏN ONU QICIQLANDIRMAĞA BAŞLAYIRSAN
Gözlənilmədən Sənin hər bir hərəkətin dostunu qıcıqlandırır. Nə vaxtsa ona xoş gələn sözlər, ədalar, indi onu özündən çıxarır. Tez əsəbləşir, hövsələsiz olur.

BU NƏ DEMƏKDiR?
O sizin münasibətlərdən yorulub. Çox vaxt kişilər qəstən aqressiv davranmağa başlayırlar ki, xanım özü ayrılmaq qərarını versin. Və bununla situasiya öz-özünə həll olsun.

SITUASIYADAN ÇIXIŞ YOLU
Əgər özünə inanırsan tənqidi ciddi qəbul etmə. Amma nəzərə al ki, bu fakt təhlükəlidir və münasibətlərinizin uçmaq qorxusu günbəgün artır. Bəlkə O Sənin tayın deyil? Deyiblər: "Gedəni saxlamazlar".

YALNIŞ MÖVQE
Ağlayıb, hər dəfə, onun fikrincə, "səhv" hərəkətlərinə görə üzr istəmək – bununla Sən yalnız özünə əziyyət verəcəksən.

5 –ci ƏLAMƏT – SƏN AYRILACAĞINIZI HISS EDIRSƏN
Güclü hissiyatın səni heç vaxt darda qoymayıb.

BU NƏ DEMƏKDIR?
Və indi də, sənin fikrincə, sən çox aydın ayrilacağinizi hiss edirsən.

SITUASIYADAN ÇIXIŞ YOLU
Səmimi söhbət etməyə cəhd elə. Ondan problemləri haqqında ətraflı soruş. Amma sorğu-sualında həddini bil. Əks halda dostun elə başa düşə bilər ki, Sən onu kəməndə salmaq istəyirsən. Nəticədə qaçışını sür'ətləndirər.

YALNIŞ MÖVQE
Öz hissiyatınıza 100% inanıb münasibətləri kökündən qırmaq.
Bəlkə bu Sizin həyatınızın ilk və son sevgisidi. Kobud, sərt qırılmış əlaqəni bərha etmək çox çətin olur, bəzən isə mümkünsüz. Qərar verməyə tələsməyin!
Ayrılacağınıza 5 əlamətUnutmayın ki, ən doğru seçim ürəyin səsinə qulaq asıb sevdiyiniz insan ilə

xoşbəxt olmaqdır..Sevdiyiniz insanın əlindən buraxmamaq və

Heçbir zaman ayrılmamaq arzusu ilə..


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 12255   Tarix: 05 may 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051