Lətifələr

LətifələrBir gün bir kişinin maşınını oğurlayırlar. Bunu həmin kişinin dostu eləyir. Maşını oğranılan kişi hamını başına toplayır və deyir Kim mənim maşınımı oğurlayıb tez gətirsin yoxsa yenə keçən dəfəki kimi olacaq. Dostu qorxub həmin günün axşamı maşını gətirir və deyir Bağışla qardaşım ama mənə çox maraqlı gəldi keçən dəfə nə olmuşdu ki ?? Keçən dəfə də maşınımı oğradılar mən də təzəsini aldım...

*****

Bir gün dəlixana sakini müdürə şikayət eleyir. Mənim otaq yoldaşım başına vedrə keçirir,əllərini də toka taxıb deyir: Lampoçkayam yandım söndüm yandım söndüm. Məni yatmağa qoymur. Müdür də cavabında deyir: Sən ona fikir vermə yat. Dəli deyir heç işıqda da yatmaq olar ??

*****

Bir gün dəlixanaya yoxlama komissiyası gəlir. Bu komissiya üzvlərindən biri dəlixana müdürünə müraciət edir və ona deyir: Bu dəlixanadakı dəlilər niyə hərəsi rul əvəzoinə əlinə bir şey goturub maşın sürürlər ? Baş həkim əlinə qovluğu götürərək deyir:Otur getdik görək düz deyirsən ..

*****

Bir gün 2 bit söhbət eləyir. Biri soruşur: ya bit hara getmişdin ?? o biri: Əlinin başına. 1-ci bit deyir: Axı onun başı keçəldi... 2-ci bit cavabında: Sürüşməyə getmişdim də...

*****

Bir gün dəlixananın divarlarını qırmızı rəngə boyayırlar. Müdür gəlib görür ki dəlilər divarı tamam yalayıblar. 2-ci gün qırmızı rəngi sarı rənglə əvəz edirlər. Nəticə yenə eyni olur. Üçüncü gün sarı rəngi yaşıl rəng əvəz edir. Amma bu dəfə nəticə fərqli olur. Səbəbini soruşduqda dəlilər bir ağızdan Gözləyirik yetişsin sonra yeyəcəyik

*****

Bir gün Təməl görür ki top atəşi açılır. O yaxınlaşır və 1 əsgərdən soruşur: Nəyə görə atəş açırsız ?
Əsgər:Kraliça Elizabetta gəlir ona görə.
Atəş yarım saat davam edir. Və Təməl yenə soruşur
Təməl:Yaxşı indi niyə atırsız ??
Əsgər:Dedim axı kraliça Elizabetta gəlir.
Təməl:Yarım saata bir arvadı vura bilmirsiz.

*****

Bir gün uşaq baxçasında yanğın olur. Yanğınsöndürənlər (Təməl və Dursun) uşaqları oradan çıxarmaq üçün plan hazırlayırlar. Dursun yuxarı qalxır və uşaqları bir-bir Təmələ atmağa başlayır. Dursunun atdığı uşaqlardan biri zənci olur.
Təməl:Dursun,sən yanmışları qoy yanmamışları at!

*****

İşdən gələn qadını,əri evdə gözləyir. Dərhal mövzuya girir:
-"Həyatım,sən aylardır daha bahalı bir evdə yaşamaq
istədiyini söyləyirdina,muştuluq! Canım, istəyin gerçək
oldu."
-"Dogurdan?! Nə vaxt köçürüy?, dərhal hazırlanaq!"
-"Xeyr əzizim, köçmürük. Ev sahibi kirayə pulunu artırdı."

*****

Zooparkda dayanan yaşlı bir aslanla, azadlıqda olan gənc bir aslan yoldaş olurlar.
Gənc aslan, "artıq müftə yemek yemek istəyirəm" deyərək,
zooparkdakı yaşlı aslandan,onu da zooparka almasını istəyir.
Bir neçə gün sonra, gənc aslan da zooparka qəbul edilir.
İlk gün yeməkdə, yaşlı aslana ət, gənc olana banan gəlir.
Eyni şey ikinci gün də olur. 10-15 gün yeməklər belə olunca, gənc aslan artıq
bezir və yaşlı aslandan soruşur:
-"Niyə sənə yeməkdə ət verilir,amma mənə banan verilir?"
-"Vallah boşda aslan heyəti yox idi, baxıcılarla danışdım,
səni meymun kontingentinə götürdülər..."

*****

Kəndin birində bir çuxur varmış və çox adam içinə düşüb yaralanırmış.Kəndin başbilənlərindən üç adam toplanır və həll axtarışına başlayırlar.
Birincisi deyir ki:
çuxurun yanında bir təcili yardım gözləsin və düşənləri dərhal xəstəxanaya yetişdirsin
İkincisi...
çuxurun yanına xəstəxana tikək, düşənləri tez çatdırmaq üçün
Üçüncüsü...
Başınız heç işləmir. Gedək xəstəxananın yanında bir çuxur açaq

*****

Jack üçün çox əhəmiyyətli idi bu sınağ. Həyatı boyunca tək bir xəyalı vardı. O şirkəttə çalışmaq. Və sınağ açılmıştı. O şirkətə girə bilməsi üçün tək şansıydı bu sınağ. Dərhal boş zamanlarını keçirdiyi daxmaya getdi. Yanına 1 hətəlik yeməyini, bir az su və lazımlı olan bir neçə vəsait aldı. Bu bazar günü idi sınağ. Sınağ gününə qədər bu daxmada çalışacaqdı. Bütün dünyayla əlaqəsini kəsdi 5 gün boyunca. Saat tam 9.00 daydı sınağ və çox məsuliyyətli bir şirkət olduğunu bilirdi. 1 dəqiqə belə gecikməməliydi. Nəhayət bazar günü gəldi. 5 gündür ilk dəfə çıxırdı daxmadan çölə. Amma çox yaxşı çalışmışdı. Sınağı qazanacağından əmin idi. Hər ehtimala qarşı yarım saat erkən getdi,təəccüblüdü, ortada çox adam yox idi, halbuki bu sınağa çox adam başvurmuş olmalı idi. Nəysə dedi öz özünə, bir az dolandı dəhlizdə. 15 Dəqiqə keçməsinə bxmayaraq çox hərəkətlilik gözə çarpmırdı. Diqqətini qəbulda oturan qadına çevirdi. Yavaşca yanına yaxınlaşdı və qadına "Bağışlayın,xanım, bu gün saat 9.00da sınağ vardı,amma sakitlikdi " dedi. "Düzdür" dedi,qadın gənc adama. "Bu gün sınağ vardı,amma o sınağ 45 dəqiqə əvvəl başladı" dedi. Təəccəbləndi gənc oğlan. "Necə olar xanım?!, sınağ saat 9.00da başlamalıydı, hələ saat 08. 45"dedi. Qadından gələn cavabsa gənc adam üçün tam bir şok idi; " deyəsən xəbəriniz yoxdu, 3 gün əvvəl saatlar 1 saat irəli alındı.

*****

NetWare: Buyurun Sistem Operatoru.
Adam: Kompyuterin qəhvə daşıyıcısı qırıldı.Zəmanət daxilindəyəm, nə etmək lazımdır?
Netware: Qəhvə daşıyıcısımı?
Adam: Bəli kompyuterin önündəki!
Netware: Üzr istəyirəm, anlamaqda çətinlik çəkirəm. Bu qəhvə daşıyıcısını haradan aldınız. Kompaniya filan idi?
Adam: Kompüterlə birlikdə gəldi. Kompaniya olub olmadığını bilmirəm. Üzərində 24X yazılıb.
**(Bəhsedilən cihaz CD playerdir, 24X-i hər kəs bilməyə bilər deyə...)

*****

Adamın sigareti bitir. Saat da gecənin 22.00 sidi. Arvadına siqaret almağa gedəcəyini və bir azdan dönəcəyini söyləyərək, yolun kənarındakı dükana gedir.Dükana çatanda dükanın bağlı olduğunu görür.Dükanın yanında da bir bar varmış. Adam pullu dəzgahların birindən siqaret almaq ümidiylə bara girir. Sigareti alan yerdə barda çox gözəl bir sarışın görür. Qadın da adama baxırmış.Adam qadının yanına yaxınlaşıb, söhbət etməyə başlayırlar. Bardan çıxıb qadının evinə gedirlər. Adam səhər təlaşla qalxıb,qadına bir az un gətirməsini söyləyir və əllərini unlayıb evdən təlaşla çıxır. Evə gedəndə, arvadı hirslə qapını açır. Adam arvadına "Vallah siqaret almaq üçün çıxdım, dükan bağlıdı idi. Bara getdim daha sonra barda sarışın bir qadınla tanışdım. Onun evində sabahladım" deyir.Arvadı adama inanmayaraq baxır və "Mənə əllərini göstər" deyir. Adam əllərini göstərəndən sonra qadının reaksiyası belə olur: - Alçaq! yenə yalan danışırsan. Bütün gecə bowling oynadın,elə?

*****

Cavan oglan sevgilisini axşam evə ötürür.Evin qarşısında oğlan bir əlini divara söykəyərək
- "Məni bir öpərsənmi?"..
Qız:
- "Dəlisən? evin qarşısında anamgil görər" deyir..
Oğlan:
"Nə olacaq canım bu saatda kim görəcək, nə olar səni çox sevirəm...
Qız:
- "Mən də səni, amma olmaz..."
Oğlan çox israr edir. Bu ara birdən pilləkanın işığı yanır və qızın kiçik bacısı çölə çıxır.
Kiçik qiz:
- "Atam deyir ki öpəcəksə öpsün, lazım olsa mən öpəcəyəm, o da
olmazsa,özü gələcəy,amma o heyvan oğlu heyvana söylə əlini
diafon düyməsindən çəksin dedi''

*****

Yaşlı bir cütçü yol qəzasında zərər çəkmiş olduğu səbəbiylə məhkəmədə özlərini müdafiə edirlər.Qəzaya səbəb olan nəqliyyat firmasının vəkili soruşur:-Qəza yerinə gələn polis qrupuna-"Yaxşıyam" demədinizmi?
Cütçü ifadəsinə başlayır:
-Traktorumun arxasında inəyim sarıqız ilə birlikdə gedərkən, bu nəqliyyat şirkətinin yük maşını.
Vəkil sözünü kəsdi;
-Detalları soruşmuram, yalnız bu suala cavab ver.Qəza yerinə gələn polis qrupuna "Yaxşıyam" Dedinizmi? Demədinizmi?
-Deməli, biz sarıqız ilə birlikdə gedərkən.
Vəkil yenə cütçünün sözünü kəsir və hakimə dönərək:
-Möhtərəm hakim!, Bu adam qəza yerinə gələn polis qrupuna,ondan vəziyyətini soruşduğu zaman "çox yaxşıyam" demişdi. İndi aradan 3-4 həftə keçdikdən sonra zərər çəkmişliyini qarşıya qoyaraq, müvəkkilimə şər atır. Lütfən qəza əsnasında yaxşı olduğunu söyləyib söyləmədiyi mövzusunda məhkəməyə doğrudan cavab verməsini söyləyərsinizmi?
Hakim:
-Bir dəqiqə.Əvvəl bu sarıqız hekayəsini eşitmək istəyirəm.
Cütçü hakimə təşəkkür edib, ifadəsini davam etdirir:
-Bu nəqliyyat şirkətinin yük maşını traktoruma vurduğunda,mən bir xəndəyə, sarıqız başqa bir xəndəyə yıxıldıq.
Gicəlmiş bir halda yatarkən, digər tərəfdən sarıqızın yanıq yanıq böyürmələrini eşidə bilirdim.
Aydındır ki çox ağrı çəkirdi.
O sırada dərhal oradan keçməkdə olan polis qrupu dayandı və məmurlardan biri gedib digər xəndəkdə yatan sarıqıza baxdı.
1 - 2 dəqiqə sonra da tapancasını çıxartdı və inləməkdə olan sarıqızı iki qaşının ortasından vurdu.
Ardından əlində tüstüləyən tapancası ilə yanıma gəldi və mənə "Sən necəsən əmi" deyə soruşdu.
Siz olsanız nə cavab verərdiniz?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 12985   Tarix: 22 mart 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 610
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 274
.

Ben Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu

ABŞ-nin Florida ştatında "Əl-Qaidə" lideri Üsama Ben Ladenin ailəsinin keçmiş mülkü sökülüb. Oklend şəhərində yerləşən bina uzun müddət Usama Ben Ladenin qardaşı Xəlilə məxsus olub. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktından sonra Xəlil iqamətgahını tərk edərək şəxsi təyyarəs

28.04.2024 409
.

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Azərbaycanın bəzi rayonlarında olan kənd adları insanlarda maraq doğurur. Onlardan bəziləri insanlarda gülüş doğurur, bəzi toponimlərin adı isə başa düşülmür. Onlara misal olaraq İnəkboğan, Mırtı, Potu, Tövlə, Ətyeməzli, Soğanverdilər, Qızqayıtdı kimi kəndlərin adını çəkmək olar. Daha ətraflı Xəzər TV-ni

28.04.2024 412
.

Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO

Arb-də yayımlanan "Səni axtarıram" verilişində yaşanan hadisə diqqət çəkib. xəbər verir ki, efirə üz tutan şikayətçi qadının ərinin söylədikləri hər kəsi təəccübləndirib. Özündən yaşca böyük qadınla ailə quran gənc oğlan buna məcbur edildiyini iddia edib. Həbsxanaya düşməkdən qorxduğunu deyə

28.04.2024 1098
.

"Google" rəsmi proqramlarla bağlı yenilik etdi

"Google" rəsmi hökumət proqramlarını müvafiq etiketlə işarələməyə başlayıb. Məlumata görə, tətbiqin rəsmi mənşəyini təsdiqləmək üçün yükləmə düyməsinin yanında "Government" və ya "Dövlət Qurumu" qeydinin olmasına diqqət edilməlidir. Hazırda yenilik Avstraliya, Braziliya

04.05.2024 101
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 525
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 772
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 279