Siz gecə əyninizə nə geyinirsiniz? (Maraqlı)

Ətir qadının gələcək əri kimi bir şeydir, onu əldə etməmişdən öncə diqqətlə seçmək lazımdır, bəzən isə bir anda aşiq ola bilərsən! Koko Şanel deyir ki, ətir istifadə etməyən qadının gələcəyi yoxdur...

Çiçək ətirləri, meyvəli ətirlər, tünd ətirlər insana qışın ortasında yay əhval-ruhiyyəsini, yayın ortasında isə qışın soyuğunu hiss etdirə bilər. Fransızlar düşünürlər ki, qadında ən vacib olan yaxşı ayaqqabı, gözəl saç düzümü və düzgün seçilmiş ətirdir.

Zövqlü qadın və bəyin özündən öncə salona ətrinin iyi daxil olmalıdır...

Ətirin yaranma tarixinə qısa nəzər salaq:

Parfümeriya ilk dəfə qədim Misirdə yarandı, sonra yunanlar, romalılar və ərəblər tərəfindən inkişaf etdirildi.

Misirlilər parfümeriyadan əvvəl-əvvəl yalnız dini rituallarda istifadə etsə də, sonralar misirli qadınlar müxtəlif bayram və şənliklərdə ətirdən geniş istifadə etməyə başladılar. Ətirə olan tələbat getdikcə artırdı, əhalinin əsasən varlı təbəqəsi bundan istifadə edirdi. Parfümün geniş istifadəsinin səbəblərindən biri də insanların bədənlərindəki pis qoxunu gizlətmək arzusu idi.

Parfümün şöhrəti illər, əsrlər boyu artırdı, azalmırdı.

XIV əsrdə tərkibi spirt və efir yağlarından ibarət olan ətirli su meydana çıxdı.
Ətirli yağlar və alkoqolun qarışığından olan müasir ətir ilk dəfə macarlar tərəfindən macar kraliçası Yelizaveta üçün hazırlanmışdı. Bu ətir Avropada "macar suyu" adı ilə şöhrət qazanır.

İtaliyada parfümeriya sənəti renessans dövründə inkişaf edir. XVI əsrdə isə italyan parfümeriya məhsulları Katerina Mediçinin şəxsi ətriyyatçısı tərəfindən Fransaya aparılır. Tezliklə Fransa Avropanın parfümeriya və kosmetika istehsalında liderliyi əlinə alır.

1608–ci ildə Santa Mariya Novella monastrında dünyada ilk dəfə parfümeriya fabriki fəaliyyət göstərməyə başlayır.

1656-cı ildə Fransada əlcək və ətir istehsalçıları ətirli əlcək istahsalına başlayırlar. XVIII əsrdə isə odekolon kəşf edilir. Tərkibi rozmarin, berqamot və limondan olan odekolondan vannaya əlavə edir, ağız yaxalıcı kimi və hətta imalədə belə istifadə edirdilər.

Parfümeriya sahəsindəki növbəti çevriliş XX əsrin əvvəllərinə aiddir. Belə ki, yüksək dərəcəli modelyerlər model biznesi ilə parfümeriyanı birləşdirmək qərarına gəlirlər. Bu sahədə ilk addımı Qabriel Şanel atır, 1921-ci ildə o, öz model əmtəəsi olan "Chanel" ə "Chanel N5 " ətrini əlavə edir.

Merilin Monro "siz gecə əyninizə nə geyinirsiniz?" sualına o, "Chanel N 5" deyə cavab vermişdi.

Ətir rənglərinin müxtəlifliyi ona qatılan boyalar sayəsindədir, az miqdarda əlavə edilən rəng ətirin iyinə heç bir təsir göstərmir. Ətirin saxlama müddəti adətən 2-3 ildir, iyini tez dəyişməməsi üçün isə onu qaranlıq və sərin yerdə saxlamaq gərəkdir.

Müasir dövrdə, ətir seçiminin bu qədər zəngin olduğu bir zamanda maraqlı məsələ insanların ətirləri bir-birindən nə dərəcədə yaxşı seçib-seçməsidir. Ətirlərə qarşı olan hissiyyat fərdidir. Ətir istehsalçıları, ətriyyatçılar isə bir neçə yüz ətiri bir-birindən seçə və beyinlərində saxlaya bilər...

Jan Pol Qerlen deyir ki, əgər kişi qadına aşiq olubsa, demək, qadının ətir seçimi düzgün olub.

Ətir seçərkən diqqətli olmaq şərtdir, çünki o sənin özün haqqında söyləmədiyini söyləyir. Şirin, kəskin ətirlərin seçimi xasiyyət və əhval-ruhiyyəyə uyğun olaraq dəyişir.

Ətir məsələsində bir şey müzakirədən kənardır – hər bir qadının çantasında ətir gəzdirməsi şərtdir.

mənbə: publika.az

Siz gecə əyninizə nə geyinirsiniz? (Maraqlı)Siz gecə əyninizə nə geyinirsiniz? (Maraqlı)Siz gecə əyninizə nə geyinirsiniz? (Maraqlı)Siz gecə əyninizə nə geyinirsiniz? (Maraqlı)Siz gecə əyninizə nə geyinirsiniz? (Maraqlı)Siz gecə əyninizə nə geyinirsiniz? (Maraqlı)Siz gecə əyninizə nə geyinirsiniz? (Maraqlı)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5287   Tarix: 09 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181