İndi də balaca Gangnam Style gəlir (Video)
Cənubi Koreyada yaşayan reper PSY Gangnam Style mahnısını ifa edəndən sonra YouTube servisində fenomenal populyarlaşdı, bir neçə rekord vurdu və dünyanın ən tanınan müğənnilərindən birinə çevrildi.Gangnam Style videoklipində cəmi bir neçə saniyə görünən 7 yaşlı oğlan da indi məşhurlaşır.
koreyalı Hvan Min Vu ABŞ, Vyetnam, Çin və Filippində solo-konsertlərlə çıxış edib.
Kiçik reper və rəqqası indi "Balaca Gangnam Style" adlandırırlar.
Gələn həftə Min Vunun ilk klipi təqdim ediləcək.
Hvanın dediyinə görə, o da PSY kimi dünyaca tanınmaq istəyir.
"Müğənni olmaq istəyirəm. PSY-a oxşamaq fikrində deyiləm. Böyüyəndə müğənni olmaq, atamla anama çoxlu pul vermək niyyətindəyəm", - Hvan Min Vu deyib.
mənbə: asiatimes.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş