8 mart günündə qadınları necə sevindirməli?

8 mart günündə qadınları necə sevindirməli?8 mart qadınlar bayramının qeyd edilməsinə artıq saatlar qalır.
Əgər bir xanım ətrafındakılardan xoş münasibət görürsə, rahat, problemsiz həyat yaşayırsa, sözsüz ki, onun üçün hər gün bayramdır. Amma cəmiyyətimizdə xüsusi günə çevrilmiş 8 mart qadınlar bayramını qeyd etməyin də öz xüsusi mənası var.

Hər kəs öz maddi vəziyyətinə uyğun hədiyyələr alır

Qadınlar günündə alınan hədiyyələr əks cinsin maddi vəziyyətindən və dünya görüşündən asılı olaraq insandan insana dəyişir. Kimisi 8 martın yaradıcısı Klara Setkinaya söyür, kimisi "bu gün şəhərdə yoxam" deyə bəhanə gətirir, kimisi də dəyər verdiyi xanımın könlünü xoş etmək üçün imkanına uyğun hədiyyə seçir.

Xanımlara 8 mart günündə hədiyyə alan kişilərin yaşayacağı problemləri yox etmək məqsədilə "8 martda xanımlara nə hədiyyə etməli" mövzusunu araşdırmağa qərar verdi.

Hədiyyə edərkən münasibətin müddətini və yaxınlıq dərəcəsini nəzərə alın

Mövzunu araşdırmaq məqsədilə, ilk olaraq, psixoloq Şəhla Məmmədovaya müraciət etdik. Şəhla xanım bildirdi ki, səmimi, müasir və mehriban qadın üçün ona hansı maddi dəyərdə hədiyyə veriləcəyinin heç bir fərqi yoxdur: "Çünki qəlbində hədiyyə edən insana qarşı saf sevgi bəsləyənlər adətən verilən hədiyyənin mənəvi dəyərini daha çox üstün tuturlar. Amma bu, heç kimə bir xanıma onun qətiyyən bəyənməyəcəyi hədiyyə təqdim etməyə haqq qazandırmır. Qarşı tərəfi nə qədər müddət ərzində tanımasından asılı olaraq verilən hədiyyə həm də onların münasibətlərinin nə dərəcədə yaxın olmasını göstərəcək. Məsələn, münasibətiniz dost və ya tanışlıq dərəcəsindədirsə, suvenir və ya aksesuar almaq daha labüddür. Yox, əgər doğmanız və yaxud sevgilinizdirsə, bir-birinizi bir ildən çox tanıyırsınızsa, zövqünə bələdsinizsə, onda ətir, köynək, çanta, qarşı tərəfin sevdiyi digər əşyaları və ya xüsusi hədiyyələri təqdim edə bilərsiniz".

Qadınlar üçün ən gözəl hədiyyə qırmızı qızılgüldür

Digər hədiyyələrdən fərqli olaraq kişilərin münasibətin hansı müddətdə davam etməsindən asılı olmayaraq hədiyyə ilə bərabər təqdim etməli olduğu ikinci hədiyyə güllər və ya tək qızılgüldür. Qızılgülün rəngi xanımın istəyinə görə dəyişə bilər, amma sevgini göstərən ən uyğun rəng məhz qırmızıdır.

Ürəyiniz cibinizdən daha əsasdır

Sonda Şəhla xanım fikrini belə tamamladı: "Əziz kişilər, unutmayın, hədiyyənizin qiymətindən aslı olmayaraq ən əsas sevginizi və hörmətinizi xanımlara təkcə 8 mart qadınlar günündə deyil hər gün hiss etdirməyinizdir. Bir-birinizə "Mən səni sevirəm" sözünü heç vaxt çox görməyin".

İstənilən bahalı hədiyyənin ucuz oxşarı var

Alınacaq hədiyyələr maddi vəziyyətə görə də dəyişir. İmkanı olanlar daha bahalı hədiyyələrə, maddi vəziyyəti zəif olanlar isə uyğun hədiyyələrə üstünlük verməlidirlər. Nəzərə alsaq ki, zəmanəmizdə istənilən məhsulun oxşarı var, bunu etmək heç də çətin olmayacaq.

Bahalı mağazalarda da, ucuz piştaxtalarda da eyni malı tapmaq olar

Heç kəsə sirr deyil ki, bayramlarda və ya ad günlərində xanımlar üçün hədiyyə seçmək haqqında düşündükdə insanın ağlına gələn ilk ideya ətirlərdir. Bu hədiyyəni münasibətdən aslı olmayaraq hər xanıma edə bilərlər. Son günlərdə parfüm satan tanınmış mağazaların vitrinlərində çox böyük endirim yazılarının şahidiyik. Amma endirimdə olmasına baxmayaraq əksər insanların mağazalardan brend ətirləri almağa imkanı çatmır. Bu zaman isə həmin ətirlərin alternativ variantını satan piştaxtalar üzünüzü güldürəcək.

100 manatdan bahalı Fransız ətirlərini 10 manata almaq olar

Məsələn, hansısa tanınmış Fransız ətrinin qiyməti 100 manatdan bahadırsa, piştaxtalarda həmin ətirin Dubay versiyasını 10 manatdan 50 manata kimi əldə edə bilərsiniz. Əmin olun ətirlər arasında heç bir fərq yoxdur. Qoxladıqda eyni ətri duyacaqsınız. Sadəcə olaraq, ətirin hansı ölkənin istehsalı olması ilə bağlı qablaşdırmanın üzərində yazı ola bilər.

200 manatlıq brend çantanın eynisi 20 manata

Heç kəsə sirr deyil ki, istənilən qadının brend çantalara xüsusi marağı var. Amma sizin brend çanta almağa maddi imkanınız olmaya bilər. Bəs brend çantanın saxtasını necə? Əgər orijinalını 200 manatdan baha alacaqsınızsa, saxtasını 20 manatdan 60 manata kimi əldə edə bilərsiniz.

Kişilərə gümüş, qadınlara isə qızıl

Əgər münasibətiniz uzun müddətdir davam edirsə, onda sevgilinizə gümüş, qızıl zinyət əşyaları hədiyyə edə bilərsiniz.

Qadınlar üçün hansı hədiyyə daha uyğundur?

Zərif cinsin nümayəndələrinə kosmetika səbəti, bujiteriya, yumşaq oyuncaqlar, sevgi yastığı, qol saatı, kolye, sevgilinizin və sizin şəkliniz əks olunmuş divar saatı və ya fincan hədiyyə edə bilərsiniz. Maddi vəziyyətiniz yaxşıdırsa, tək qaş brilliant üzük, kompüter planşeti və ya bahalı telefon hədiyyəsi ilə onun ağlını başından ala bilərsiniz.

8 mart qadınlar günü üçün hədiyyə seçəndə maddiyyatdan və keyfiyyətdən daha çox düşünməli olduğunuz bir nüans var. Alacağınız hədiyyə, bəlkə də, bir müddət sonra yararsız olacaq, amma saf sevginiz və hörmətiniz əbədi olaraq yaşayacaq. Həmişə sevib, sevilməyiniz arzusu ilə...

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5947   Tarix: 07 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Azərbaycanın bəzi rayonlarında olan kənd adları insanlarda maraq doğurur. Onlardan bəziləri insanlarda gülüş doğurur, bəzi toponimlərin adı isə başa düşülmür. Onlara misal olaraq İnəkboğan, Mırtı, Potu, Tövlə, Ətyeməzli, Soğanverdilər, Qızqayıtdı kimi kəndlərin adını çəkmək olar. Daha ətraflı Xəzər TV-ni

28.04.2024 363
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 207
.

Bir pişiyin müsbət və mənfi cəhətlər: Heyvan sahiblərinin NƏZƏRİNƏ

Hansı ev heyvanı almağa qərar verdikdən sonra cinsiyyət məsələsini həll etməyə dəyər. Aydındır ki, erkək və dişi pişiklər həm görünüş, həm də davranış baxımından fərqlənəcəklər. xarici KİV-ə istinadən xəbər verir ki, buna görə mütəxəssislər bu məsələni əvvəlcədən təhlil etməyi məsləhət görürlər. Bi

27.04.2024 389
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 311
.

Sevgilisini evdə abort etdirdi

Rusiyanın Sankt-Peterburq şəhərində 25 yaşlı Özbəkistan vətəndaşı sevgilisinin təkidi ilə kortəbii abort etdirib. yerli mediaya istinadla bildirir ki, qadın hamilə olduğunu 2023-cü ilin oktyabrında bilib. Amma Əli adlı sevgilisi bu xəbərə mənfi reaksiya verib. Uşağın dünyaya gəlməsinin qarşısını alma

27.04.2024 815
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21.04.2024 523
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21.04.2024 916
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

27.04.2024 749
.

Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq?

Alla Puqaçovanın qəsrini aldığını iddia edən rusiyalı Stas Bareski burada xarici agentlər siyahısına daxil edilən sənət adamları, artistlər üçün özəl həbsxana açmaq qərarına gəlib. O, bu planları barədə -ya müsahibəsində deyib. "Mən qəsrdə meyitxana (morq) ideyasından əl çəkməmişəm. Sadəcə istərdi

27.04.2024 383