Zapı: qozbel, qurbağa, gözəl (Fotolar)

Texnologiyaların inkişaf etdiyi bir dövrdə çoxları üçün xırda, cılız və primitiv görünən bu avtomobil dövrünün, sözün əsl mənasında, mühəndis inqilabı sayılırdı.Keçən əsrin 60-cı illərində SSRİ hökuməti yüngül, ikiqapılı və 4 yerlik xalq avtomobilinin hazırlanması haqqında qərar verdi.

Yuxarıdan gələn göstərişə sovet mühəndisləri böyük məsuliyyətlə yanaşdılar və o vaxtın "qərbin təcrübəsindən yararlanmaq" tapşırığını, sözün hərfi mənasında, başa düşərək eyni sinifdən olan rəqibinin bənzərini hazırladılar. Bu İtaliyanın Fiat 600 modeli oldu. İş ondadır ki, o zaman Fiat istifadədə və qulluqda sadə xalq avtomobili sayılırdı. Fiat 600 iki qapılı, lakin tutumlu, ucuz, sərfəli və mühərrik bölümü arxada olan kupe idi. Arxa mühərrikli konstruksiya isə maşının istehsalda xərclərini daha da sadələşdirirdi.

Yaxın bir zamanda Zaporojyedəki "Kommunar" kombayn zavodunda bu avtomobillərin kütləvi istehsalına başlanıldı. Mütəxəssislər italyan həmkarlarının ideyalarından yararlanaraq hava ilə soyudulan 4 silindrli V formalı mühərrik də icad etdilər. 27 at gücündə olan bu sadəlik adi sovet avtomobilsevərlərin aqreqatın istismarında özlərinin də müdaxiləsinə imkan yaradırdı. 1960-cı ilin yanvarında 3 təcrübə modeli istehsal edildi və böyük ölkənin müxtəlif poliqonlarından 14 min kilometr məsafə qət etməklə sınaqdan keçirildi. Nəhayət ki, SSRİ Kommunist Partiyasının birinci katibi Nikita Sergeyeviç Xruşşov Qızıl meydanda ZAZ-ı sürərək onun kütləvi istehsalına xeyir-dua verib. Xalq avtomobilinin ilk partiyası 1960-cı il noyabrın 22-də konveyerdən çıxıb. ZAZ 965-in salonuna nəzər yetirəndə büdcə avtomobilinin nə olduğunu başa düşürsən.

Əgər o vaxt Volqa və Moskviçin salon təchizatına saat və radioqəbuledicisi daxil idisə, ZAZ-da hətta külqabı da yoxdur. Qapılar isə dəri kəmərlər vasitəsi ilə qapadılır. Primitivliyinə və həddən ziyada sadəliyinə baxmayaraq, yaddan çıxarmaq olmaz ki, bu, sovetlərin ilk A sinif kiçik litrajlı avtomobilidir. ZAZ 965-lərin istehsalı 1969-cu ildə dayandırılıb. Həmin dövr üçün böyük ölkənin yollarında artıq bu modeldən olan 322 106 maşın şütüyürdü.

Azərbaycanın müxtəlif bölgələrində də o zaman bu avtomobillərə rast gəlinirdi. Maşınlar əsasən poçt daşıntılarında və əlillər üçün ideal sayılırdı. Bu gün Bakı küçələrində də ZAZ-965-i görmək olar. Belə avtomobil sahiblərinin biri də Rəşad Nəsirovdur. Dediyinə görə, avtomobili tanışından simvolik qiymətə alıb, onu bərpa etmək qərarına gəlib. Bu tip avtomobillərin bərpası çox çətindir. Çünki o dövrün digər modellərindən - Volqa və Moskviçdən fərqli olaraq, Azərbaycanda "Zapı"lara tələbat az olub və bu səbəbdən də ehtiyat hissələrini Ukraynadakı retro avtomobil həvəskarlarından əldə edib.

Demək olar ki, tamamilə yararsız və çürümüş halda olan avtomobilin rənglənməsi, mühərrikinin yığılması, eksteryer və interyerin qaydaya salınmasına təxminən 7 aya yaxın vaxt tələb olunub. Retro avtomobil həvəskarının bildirdiyinə görə, 1966-cı ildə konveyerdən çıxan bu avtomobilin ilkin görünüşünü almaq üçün gününü saatlarla kompüter arxasında internetdə keçirməli olub. Amma necə deyərlər, əziyyətinə dəyər. Ən azı, ona görə ki, ZAZ 965-i idarə edərkən maşını görən istənilən şəxs bu avtoya təbəssümlə və bir qədər nastalji hissi ilə baxır.

P.S. Bu avtomobil haqqında minlərlə lətifələr mövcuddur. Ona onlarla ad qoyulub: qozbel, qurbağa, zapı, amma fikrimcə, uzun zaman yolunu dolaşaraq bizim dövrə gəlib çıxan bu xalq avtolarının qiyməti yoxdur. Həm də bu "qurbağa"lar hər bir kəsdə müsbət emosiyalar yaradır.

mənbə: avtomobil.az

Zapı: qozbel, qurbağa, gözəl (Fotolar)Zapı: qozbel, qurbağa, gözəl (Fotolar)Zapı: qozbel, qurbağa, gözəl (Fotolar)Zapı: qozbel, qurbağa, gözəl (Fotolar)Zapı: qozbel, qurbağa, gözəl (Fotolar)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 11775   Tarix: 06 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

TOP MP3