Antibiotiklər ziyandırmı?

Antibiotiklər ziyandırmı?Antibiotiklərin zərərli olması barədə söhbətlər xeyli dərəcədə şişirdilmişdir. Əksinə, onlardan düzgün istifadə edilməsi insanı bir sıra ağır xəstəliklərdən və onların fəsadlarından qurtara bilər. Bəzi hallarda elə bir vəziyyət yaranır ki, yalnız antibiotiklərdən istifadə edilməsi, xəstənin hətta həyatının qorunmasına səbəb olur. Bu halda antibiotiklərin zərəri barədə düşünmək yersiz olur.

Antibiotiklərin yanaşı mənfi təsirləri (allergik reaksiya, daxili orqanlara olan toksik təsirlər və s.) kifayət qədər az hallarda rast gəlinir. Əksər hallarda bunun səbəbi, xəstənin antibiotiki həkim tərəfindən təyin olunan qaydada yox, "özü bildiyi" kimi – dozasını, qəbul vaxtını və müddətini dəyişərək qəbul etdiyi hallarda baş verir. Məhz buna görə, antibiotikləri qəbul edərkən həkim tərəfindən təyin edilən qaydalara ciddi şəkildə əməl etmək və antibiotiklərin qəbul edilməsi zamanı özlərində baş verən dəyişikliklər barədə ona məlumat vermək lazımdır.

Qeyd etmək lazımdır ki, antibotiklərin düzgün işlədilməsi zamanı baş verən fəsadlar da olur: bağırsaqların disbakteriozu, immunitetin zəifləməsi və s. Ona görə də disbakteriozun əmələ gəlməməsi üçün, antibiotiklər qəbul edərkən paralel şəkildə probiotiklər, immunitetin normallaşdırılması üçün isə vitamin kompleksləri qəbul etmək lazımdır.

Antibiotikləri alarkən mütləq onların son istifadə olunma tarixlərinə diqqət yetirin. İstifadə vaxtı başa çatmış olan antibiotiklərin qəbul edilməsi çox təhlükəlidir! Çünki, istifadə müddəti başa çatdıqdan sonra bir çox antibiotiklərin toksik təsiri kəskin şəkildə artır.

Əgər siz daimi olaraq hər hansı digər dərman preparatı da qəbul edirsinizsə, bu haqda mütləq həkiminizə məlumat verin. Antibiotiklərin bir sıra dərmanlarla eyni vaxtda qəbul edilməsi bəzən onların təsirinin azalmasına, bəzən isə toksik təsirlərinin artmasına səbəb ola bilər.

Beləliklə, antibiotikləri yalnız həkim təyinatı üzrə, onun dozasını və müddətini artırmadan qəbul etdikdə (savadlı həkim onları yalnız vacib olduqda təyin edir), əksər hallarda antibiotiklər heç bir zərər vermirlər.

Lakin bir sıra xəstəliklər və vəziyyətlər var ki, bu hallarda antibiotiklərdən istifadə olunması insan üçün təhlükəli ola bilər.

- Hamiləlik. Əksər antibiotiklərin inkaşafda olan dölə mənfi təsir etməsi səbəbindən, hamiləlik zamanı onların tətbiq edilməsi mütləq əks-göstəriş hesab edilir. Hamiləlik zamanı antibiotiklərdən istifadə edilməsi, hamiləliyin ilk 3 ayı ərzində maksimal dərəcədə təhlükəli hesab olunur! Doğulmayan uşaq (ümumiyyətlə isə bütün uşaqlar) üçün tetrasiklin, doksisiklin, levomisetin və digər antibiotiklər xüsusilə zərərlidir.

Bəzi hallarda, hamiləlik vaxtı antibiotiklərdən istifadə olunmasına qoyulan qadağanı pozmaq lazım gəlir. Məsələn, ananın orqanizmində həm onun, həm də uşağın həyatının təhlükədə olduğu pnevmoniyanın və ya digər təhlükəli xəstəliyin inkişaf etməsi zamanı. Belə hallarda həkimlər, dölə ən az toksik təsir göstərə bilən, antibiotiki seçirlər.

- Uşaq əmizdirilməsi – antibiotikdən istifadə edilməsinə nisbi əks-göstəriş hesab edilir. Bilavasitə doğuşdan sonra və ya ondan bir qədər sonra antibiotiklərdən istifadə edilməsi – tez-tez rast gəlinən haldır. Bunun səbəbi doğuşdan sonra müxtəlif infeksion fəsadların baş verməsidir. Məlumdur ki, bir çox antibiotiklər aktiv şəkildə ana südünə keçərək, onun tərkibində uşaq üçün təhlükəli olan miqdarda toplanırlar. Ona görə də, uşağın əmizdirilməsi dövründə, anaya antibiotiklərin təyin edilməsi vacib olarsa, bu zaman, müalicə müddəti ərzində uşağın ana südü ilə əmizdirilməsini dayandırmaq lazımdır. Əmizdirmədən imtina edilməsini, müalicə başa çatdırıldıqdan sonra daha 2-3 gün ərzində də davam etdirmək lazımdır, çünki, bir sıra antibiotiklər orqanizmdə yığılaraq, onların qəbulu başa çatdıqdan sonra, yalnız bir neçə gün ərzində orqanizmdən tam şəkildə çıxarılmış olurlar.

- Uşaq yaşlarında. Uşaqlarda antibiotiklərin yalnız müəyyən qrupları istifadə edilə bilər. Penisillin, sefalosporinlər, makrolid qrupundan olan antibiotiklər uşaq orqanizmi tərəfindən daha asanlıqla tab gətirilə bilən preparatlar hesab olunur. Uşaqlarda güclü antibiotiklərdən istifadə edilməsi yalnız, daha təhlükəsiz antibiotiklərlə müalicə effekt vermədiyi halda tətbiq edilə bilər. İstənilən halda, xüsusən də uşaqlarda, hər hansı bir antibiotikin təyin edilməsi üzrə seçim yalnız həkim tərəfindən edilə bilər.

- Böyrək və qara ciyər çatışmazlığı olan xəstələr. Antibiotikləri təyin etməzdən qabaq böyrəklərin və qara ciyərin vəziyyətini yoxlamaq vacib hesab edilir. Məhz bu orqanlar, antibiotikləri aktiv şəkildə toplayaraq emal etdikləri üçün, onların təsirindən də ən çox "əziyyət çəkirlər". Antibiotiklərin qəbul edilməsi xroniki böyrək və qara ciyər xəstəliyindən əziyyət çəkənlərin vəziyyətini daha da ağırlaşdıra bilər. Ona görə də antibiotiklərdən istifadə edilməsi üçün, böyrəklərin və qara ciyərin kəskin və xroniki xəstəlikləri (pielonefrit, qlomerulonefrit, hepatit), həmçinin böyrək və qara ciyər çatışmazlıqları əks-göstəriş hesab edilir. Belə xəstəlik hallarında toksik təsiri aşağı olan antibiotiklərdən (penisillin, sefalosporinlər) istifadə edilməsi daha məqsədəuyğun hesab edilir.

- Allergiyadan (növündən asılı olmayaraq) əziyyət çəkən insanlar. Antibiotiklər – allergik reaksiya verə bilən dərmanlardan biridir. Allegiya yüngül halda bədəndə müəyyən miqdarda səpgilərin əmələ gəlməsi, ağır halda isə, vaxtında düzgün və dəqiq tibbi yardım göstərilməməsi nəticəsində, xəstənin ölümü ilə nəticələnə bilən anafilaktik şok (ani güclü allergik reaksiya) şəklində meydana çıxa bilər. Məhz buna görə həkim qəbulunda olarkən, sizdə allergiyaya meylliliyin olması, həmçinin nə vaxtsa, hər hansı antibiotiklərə qarşı allergiyanın baş verməsi hadisəsi barədə həkimə mütləq məlumat vermək lazımdır. Həmin antibiotiklərin adını yadda saxlayaraq həkimi bu barədə xəbərdar etmək zəruridir. Qeyd etmək lazımdır ki, antibiotiklərə qarşı allergik reaksiyanın olması allergiyaya meylli olmayan adamlarda da (əlbətdə ki, allergiyalılara nisbətən daha nadir hallarda) baş verə bilər. Bu isə həmin preparata qarşı fərdi dözümsüzlüyün olması ilə izah olunur.

Bir daha yadda saxlayın – pis dərman olmur. Sadəcə olaraq, bəzi hallarda təcrübəsiz həkimlər, bəzən isə özünə "arxayın" olan xəstələr bu dərmanları "yersiz" olaraq təyin edirlər.

mənbə: faktxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4382   Tarix: 04 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946