Azərbaycanda Ağbirçəklər Şurası yaradılır

Azərbaycanda Ağbirçəklər Şurası yaradılır"Ölkədə sanki ağbirçəklər, yaşa dolmuş qadınlar unudulur"

"Ölkə üzrə Ağbirçəklər Şurasının yaradılması vacibdir və qadınların belə bir cəmiyyətə böyük ehtiyacı var". Bu fikirləri Modern.az-a açıqlamasında Nəsimi rayonu üzrə Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva deyib.

O, qeyd edib ki, sanki ağbirçəklər, yaşa dolmuş qadınlar unudulur: "Ağbirçəklərə diqqət ayırmaq üçün belə bir cəmiyyət olmalıdır ki, problemləri olan xanımlar ona müraciət edə bilsinlər. Bu gün gözümüzün önündə Azərbaycan qadınının rəmzi olan birinci xanımımız Mehriban xanım Əliyeva bizə örnəkdir. Ölkədə qadın problemləri ilə bağlı böyük proqramlar hazırlayır və bu da öz nəticəsini müsbət şəkildə göstərir. Respublika üzrə belə bir cəmiyyət yaransa, qadınların problemləri müəyyən qədər azalar. Biz məsələni yaxın zamanlarda həll etmək niyətindəyik".

Öz növbəsində Zərifə Quliyeva millət vəkili Fəttah Heydərovu Ağsaqqallar Şurasının sədri seçilməsi münasibətilə də təbrik edib.

Millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, Ağbirçəklər Şurasının yaradılması milli dəyərlərimizdən qaynaqlanır: "Azərbaycanda ağbirçək və ağsaqqalın xüsusi rolu var. Bir neçə ildir ki, rayonlar üzrə Ağbirçəklər Şurasi fəaliyyət göstərir. Hesab edirəm ki, bu təqdirəlayiqdir. Respublika üzrə bu şuranın yaradılması vacibdir, çünki xalqımız üçün ağsaqqal, ağbirçək müqəddəs varlıqlar sayılır. Rayonlar üzrə bu şura 2008-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, respublika üzrə Ağbirçəklər Şurasının yaranması ləngiyir".

Bu günlərdə Ağsaqqallar Şurasını növbəti qurultayının keçirilməsinə diqqət çəkən millət vəkili deyib ki, hörmətli el ağsaqqalı Fəttah Heydərovun Respublika Ağsaqqallar Şurasının sədri seçilməsi hər kəsi sevindirdi: "Əminəm ki, respublika üzrə Ağbirçəklər Şurasının da iclası keçiriləcək və bu məsələ gündəmdən kənarda qalmayacaq. Məsələ həll olunacaq".

Qeyd edək ki, 20008-ci ildə Zərifə Quliyeva və bir neçə qadın Agbirçəklər Şurası təsis edib. Demək olar ki, bütün rayonlar üzrə belə bir qurum fəaliyyət göstərir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1740   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888