"O öpüşə görə bir həftə üzümü yumadım" (Fotolar)

Əməkdar artist, muğam və xalq mahnılarımızın mahir ifaçısı Gülyanaq Məmmədovanı "Uşaqlıqdan reportaj" layihəmizə dəvət edəndə dərhal razılaşdı. "Bəlkə də, yaşla əlaqədardır, ya nəsə, son vaxtlar uşaqlığım, doğma kəndim üçün burnumun ucu göynəyir"-deyib xatirələrini bizimlə həvəslə paylaşdı. Mənə ən maraqlı gələn bilirsinizmi nə oldu? Gülyanağın illərdən sonra da dəyişməyən səmimiyyəti. Böyük Dəhnə kəndinin məşhur sakini səmimiyyətini hələ də qoruyub saxlamışdı. O səmimiyyət sevilən sənətçinin içində gizlətdiyi o balaca Gülyanağın gözlərində bərq vururdu.

"Nənəm deyib, yanaqları gülə bənzər, adım qalıb, Gülyanaq"

"Şəkidə Böyük Dəhnə kəndində dünyaya göz açmışam. Sadə bir ailədə. Elə bugünkü sadəliyimə görə də ailəmə çox borcluyam. Adımla bağlı bir tarixçəni danışmaq istəyirəm. Anam adımı Elnaz qoymaq istəyib, buna görə də mən doğulanda kağıza "Elnaz" yazıb veriblər nənəmə ki, yadından çıxmasın və doğum şəhadətnaməsinə yazdırsın. Elə olub ki, nənəm yolda kağızı itirib və ad yadından çıxıb. Nə qədər soruşsalar da, yadına sala bilməyib. Axırda soruşublar ki, uşaq necədir, gözləri nə rəngdədir-filan. Nənəm qayıdıb ki, elə gözəl qızdır, yanaqları da gülə bənzəyir. Bunu eşidən kimi deyiblər ki, gəl qızın adını Gülyanaq qoyaq. Sonradan Elnaz adını bacıma qoydular. Gülyazın da adı əvvəlcə Yazgül olub, sonradan qonşumuz hirslənib ki, bu mənim qızımın adıdır. Anamgil də adı dəyişib Gülyaz qoyublar".

"Dedi ki, "mən ölüb gedəcəyəm, amma bu qız qalıb oxuyacaq""

"9 yaşım olanda zonalararası baxış müsabiqəsinin qalibi seçilmişəm. Yadımdadır ki, sevilən sənətkarlarımız Şövkət Məmmədova, Nəriman Əliyev və digər ustadlarmız ən yaxşı oxuyanları seçib Bakıya aparırdılar. Mən də onda Ələkbər Tağıyevin "Azərbaycan gəncləri" mahnısını oxudum. Şövkət xanım məni qucaqlayıb öpdü, "bu ki, hələ pioner deyil, amma Gülyanağın gələcəyi var", -dedi. Həmin ifam barədə "Azərbaycan gəncləri" qəzeti də yazmışdı. Bir dəfə xalq artisti Zeynəb Xanlarova ilə də görüşmüşəm. Uşaq idim, dərnəkdən çıxıb evə qayıdırdım, gördüm Şəkinin o vaxtkı katibi Sevil xanımla Zeynəb xanım gəlir. Qaçdım üstünə, "bu nə gözəl qızdır" deyib, məni qucaqlayıb öpdü. Düz bir həftə üzümü yumadım, bütün kəndə car çəkdim ki, Zeynəb Xanlarova məni öpüb.

Uşaq olanda Təranə Vəlizadə ilə Eyvaz Şəkiyə qonaq gəlmişdilər. Onlar qohumumuz olan Xavər xanımgildə qalırdılar. Xavərin də bacısı Sədaqət klub müdiri idi. Onlarda olanda Eyvaz stolu nağara kimi çalırdı, mən də oxuyurdum. İndiki kimi yadımdadır; Eyvaz dedi ki, "Mən ölüb gedəcəyəm, amma bu qız qalıb oxuyacaq." "

"Kənddə ən çox elçi göndərilən qız mən olmuşam"

"Kənddə ən çox elçi göndərilən qız mən olmuşam. Məktəbdə oxuyanda dalımca o qədər oğlan düşürdü ki... Amma mən də davakar qız idim, çoxunu qapazaltı eləmişdim. Qorxusundan mənə yaxın düşən olmurdu. Elə qonşu qızlarından, sinif yoldaşlarımdan xəbər yollayırdılar ki, Gülyanağı sevirəm. O vaxtlar tütün sahəsində anamgilə kömək edirdik. Bir dəfə məni sevən bir oğlan gəlmişdi ki, eşqini bəyan eləsin. Yerdən daşı götürüb nətəhər oğlana atmışdımsa, başını qan aparmışdı. Bir dəfə mənə elçi göndərən oğlana demişdim ki, ayağını yorğanına görə uzat. Oğlanın anasıgil hirslənib xalama demişdilər ki, get onlardan soruş gör, yorğanları hansı uzunluqdadır ki, bizi bəyənmir. Hətta məni qaçırmaq da istəyiblər. Bir dəfə bacımla sahəyə gedirdik, qabaqda bir maşının bizi gözlədiyini gördük. Tanıdığımız adam idi və bilirdik ki, məni qaçırmağa gəliblər. Tez qaçıb bir kəndçimizin həyətində gizləndik".

"Dodağıma bəhməz çəkib, parıldadırdım"

"3-4 yaşım olanda artıq musiqiyə böyük marağım vardı. Bunu nəinki ailədə, qonum-qonşuda da hər kəs bilirdi. Yadımdadır ki, o vaxtlar kənddə kino göstərirdilər. Ən çox da hind filmlərini. Mən də bacılarıma qoşulub o filmlərə baxmağa gedirdim. Hind qızlarının parıldayan dodaqlarını görüb, özüm də onlara bənzəmək istəyirdim. Evimizdən bəhməz oğurlayıb dodağıma çəkirdim ki, parıldasın. Sonra güzgünün qarşısına keçib, gah aktrisalıq edirdim, gah da diktor kimi danışırdım. Heç musiqiçi olmaq ağlıma da gəlmirdi, deyirdim, gələcəkdə ya aktrisa olacağam, ya da diktor. Özü də o vaxtlar populyar olan Roza Tağıyeva, Ofeliya Sənani kimi danışır, hətta onlar kimi gülümsəyirdim".

"Atamgil məni zorla, ağlaya-ağlaya kəndə gətirdilər"

"Bu arzum məktəbə gedənəcən davam etdi. Amma məktəb vaxtı musiqi duyumumu kəşf edən müəllimlərim məni oxutmağa başladılar. Məktəblə bağlı gəl bir əhvalatı danışım, sonra söhbəti davam etdirək. O vaxt ilk dəfə olaraq atamgil məni Bakıya-bibimgilə qonaq apardı. Mən də Bakını görüb necə valeh oldumsa, kəndə getmək istəmədim. Dedim, mən də Bakıda qalıb, şəhərli olacağam, qəşəng paltarlar geyinib Bakını gəzib forslanacağam. Uşağam axı. Amma atamgil məni zorla, ağlaya-ağlaya kəndə gətirdilər. Məktəbə gedəndə isə özümü yerlə sürüdüm və dedim öldürün məni, kənddə məktəbə getməyəcəyəm. Elə bilirdim ağlasam, məni qaytarıb yenə Bakıya aparacaqlar."

"Sinifdə qızlardan boyca hündür olmağıma görə utanırdım"

"Məktəbdə oxuyan vaxtlarımda hündürboy qızı idim, hətta sinifdə qızlardan boyca hündür olmağıma görə utanırdım. Boynumu qısırdım ki, balaca görünüm. Səsim olduğundan müəllimlərim məni sinifdə oxudurdular. Müəlliməm mənə "Əlifba" bayramında oxumaq üçün "Nargilə" mahnısını öyrətdi və ilk dəfə həmin gün uşaqların qarşısında müğənnilik qabiliyyətimi nümayiş etdirdim. Yadımdadır ki, danışarkən "c" hərfini xüsusi vurğulayırdım. Ümumiyyətlə, Şəkidə danışıq zamanı "c" xüsusi tələffüz olunur. Müəlliməm məni lövhəyə çıxarıb, "təmiz danış" deyə məni öyrədirdi. Deyirdi, gələcəkdə müğənni olacaqsan, mahnıları düzgün ifa etməlisən".

"Dayımoğluna nişanlandım, amma…"

"Atamgil mənim müğənni olmağımı istəmirdilər. Çünki o vaxtlar Rəhimə bacımın da səsi vardı və Bakıda Musiqi Texnikumunda oxuyurdu. Atamgil ona görə çox narahat olurdular. Kənd yeri olduğu üçün valideynlərin bir arzusu vardı ki, qızlarını ərə versinlər. Qorxurdular ki, şəhər yerində başımıza iş gələr. Onu da deyim ki, məni dayımoğluna nişanlamışdılar. Mən istəmirdim, amma anam qardaşına yox deyə bilməmişdi. Amma sonradan nişanı qaytardıq, qismət… İndi dayımoğlu ilə çox mehribanıq, bir-birimizə gedib-gəlirik. Bakıda oxumaq arzumu qardaşımın sayəsində reallaşdıra bildim".

"Yalandan şivən salıb, qardaşımı döydürdüm"

"Küsəyən qız idim, həm də hamı məni tanıdığından forslanırdım. Lider olmaq istəyim məni eqoist eləmişdi. Evdə mənə söz demək mümkün deyildi, başlayırdım ağlamağa. Çox vaxt yalandan ağlayırdım ki, məni əzizləsinlər. İndi qızım da hərdən belə edəndə öz uşaqlığım yadıma düşür. Ən çox da Gülyazla yola getmirdim. O, ağıllı, sözəbaxan qız idi, amma mən onun sözünü eşitmirdim. Cığal idim. Ən çox da davamız paltar üstə düşürdü. Gülyaza bir paltar alan kimi başlayırdım çığır-bağır salmağa. Özümünkü dura-dura başlayırdım onun paltarını, ayaqqabısını geyinməyə. Ərköyünləşmişdim. Bir dəfə yadımdadır ki, yalandan şivən salıb, qardaşımı döydürdüm. İndi də o hərəkətimə görə peşmançılıq çəkirəm."

"Çay daşanda atam bizi barının üstünə çıxarardı"

"Uşaqlığımdan danışıb, Dəhnə çayının daşmasından danışmasam, xatirələrim yarımçıq qalar. Kəndimizin yuxarı hissəsində Dəhnə çayı axır, yadımdadır ki, hər dəfə daşanda həyətləri su basardı. Uşaq olanda bu daşqından çox qorxardıq. Çünki həyətimizdə suyun hündürlüyü bir metrdən yuxarı olardı. Atam suyun qabağını almaq üçün hündür və enli daş barı da çəkmişdi, amma xeyri olmurdu. Su havarı basıb həyətə dolurdu. Çox vaxt su həyəti basanda atamgil məni və bacı-qardaşlarımı daş barının üstünə qaldırıb qoyurdu ki, suda boğulmayaq. Bir xatirə də danışım; bir dəfə gecə kəndi su basanda əmim görür ki, iri bir kol suda üzür. Elə bilib bizik, sel aparır. Nətəhər özünü suya tullamışdısa, sel onu aparıb divara çırpmışdı. Əvvəllər kəndimizi sevmirdim. Amma yaşa dolduqca o yerlər üçün burnumun ucu göynəyir. Burda-Bakıda kəndimizin ətrini hiss edirəm".

"O öpüşə görə bir həftə üzümü yumadım" (Fotolar)"O öpüşə görə bir həftə üzümü yumadım" (Fotolar)"O öpüşə görə bir həftə üzümü yumadım" (Fotolar)"O öpüşə görə bir həftə üzümü yumadım" (Fotolar)"O öpüşə görə bir həftə üzümü yumadım" (Fotolar)"O öpüşə görə bir həftə üzümü yumadım" (Fotolar)"O öpüşə görə bir həftə üzümü yumadım" (Fotolar)"O öpüşə görə bir həftə üzümü yumadım" (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11461   Tarix: 20 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104