İş axtaranlar üçün xəbər var

İş axtaranlar üçün xəbər varSəyyar Əmək Birjası təşkil edilib və işaxtaran vətəndaşlar tərəfindən maraqla qarşılanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyətinin bütün sahələrində olduğu kimi, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, onların münasib iş yerləri ilə təmin olunması istiqamətində görülən işlərdə də müasir və effektli iş üsullarına üstünlük verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu sahədə Nazirliyin Dövlət Məşğulluq Xidməti tərəfindən yeni və səmərəli vasitə kimi tətbiq olunan Səyyar Əmək Birjası fevralın 8-də Bakının Xətai rayonunda fəaliyyətini davam etdirib.

Xətai rayonu Bakının ən iri əmək ehtiyatlarına və güclü iqtisadi potensialına malik rayonlarından biridir. Tədbirin keçirilməsi üçün işaxtaran vətəndaşların maarifləndirilməsinə daha çox ehtiyac duyulan ərazi kimi rayonun Əhmədli qəsəbə inzibati ərazisi seçilib. Burada yerli vətəndaşlar Bakı şəhərinin müxtəlif müəssisələrində mövcud boş iş yerləri (vakansiyalar) ilə tanış olmaq imkanları ilə yanaşı, aktiv məşğulluq tədbirləri barədə yerindəcə məsləhət almaq, peşə kurslarına cəlb olunmaq imkanı qazanıblar. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin və Bakı şəhər Məşğulluq İdarəsinin məsul şəxsləri də iştirak ediblər.
Qeyd edək ki, bundan öncə Bakının Binəqədi, Nəsimi, Qaradağ, Nizami rayonlarında Səyyar Əmək Birjası təşkil edilib və işaxtaran vətəndaşlar tərəfindən maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, 2012-ci ilin yekunlarına görə, Xətai rayonunda Məşğulluq Mərkəzinə müraciət edən vətəndaşlardan 494 nəfəri işlə təmin olunub, 139 nəfərə işsizlik müavinəti təyin edilib, 64 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Ümumilikdə, Bakı şəhəri üzrə ötən il Məşğulluq Mərkəzləri tərəfindən 7639 nəfərin münasib işlərlə təmin edilməsinə, 1075 nəfərin peşə kurslarına cəlb edilməsinə nail olunub.
Cari il ərzində işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını daha da asanlaşdırmaq üçün 171 aktiv məşğulluq tədbirinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər içərisində Səyyar Əmək Birjasının təşkilinə də geniş yer veriləcəkdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9916   Tarix: 09 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 262
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 181
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 491
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 443
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 116
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 74
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 715
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 807
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

11:45 359