"O, çox qudurub" - Röya

"O, çox qudurub" - RöyaTürklərin Azərbaycan şou-biznesinə münasibəti necədir?
- Biz özümüzü bəyənməsək də, onlar bizi çox sevir. Biz onlara necə səcdə kimi yanaşırıqsa, vallah, onlar bizə eyni cür baxırlar. Mənə deyiblər ki, sizdə hər şəxsin evində piano var və hamı oxuyur. Ona görə də mən çox sevinirəm ki, biz nə isə etməyə başlamışıq. Sizdən bir xahiş edirəm ki, həmkarlarınıza adımdan çatdırasınız: Türkiyədə Azərbaycan mətbuatı diqqətlə izlənilir və istinadlar olur. İstəyirəm ki, bizim hamımızı yaxşı səviyyədə bilsinlər. Hətta müğənnilərimizi "vurmaq" barəsində diqqətli olmağınızı xahiş edirəm. Özümlə bağlı olmasa da, başqalarıyla bağlı elə sözlər deyirlər ki, ora gedəndə çox utanıram. İnternetdə axtarırlar sonra mənə aparıcını göstərirlər. Deyirlər ki, bu qız incəsənət haqqında niyə belə danışır? Çünki onlar üçün incəsənət, jurnalist çox dəyərlidir. Bu sahənin şəxslərini onlar dövlət səviyyəsində qəbul edirlər. Bilirlər ki, sözün düzünü deyən şəxslər məhz onlardır. Çalışaq bir-birimizi alçatmayaq. Nəzərə alaq ki, bizi tək Türkiyə deyil, dünya və xüsusiylə, mənfur düşmənlərimiz ermənilər də izləyir.

- Azərbaycanda 14 illik səhnə fəaliyyətinizi dayandırıb, qəfil Türkiyə şou-biznesinə üz tutmağınıza səbəb nədir?
- Əvvəla onu deyim ki, ilk dəfə 16 yaşımda "Gəl bizim dağlara" mahnısını ifa etmişəm. Akif İslamzadəylə başlamışam. Peşəkar səhnədə olmağım dəqiq 10 il sayılır. Amma Azərbaycan Televiziyasının solisti kimi və qrupda çıxışlarım bu 4 ilə təsadüf edir ki, bunu da saymıram.

Qaldı ki, sualınıza... Azərbaycanda işlərimi dayandırmamışam. Hazırda ifa etdiyim "Günahsız günahım" mahnısı radio dalğalarında səslənir, "Sənli günlərim" mahnısı internetdə daha geniş yayılıb və dinləyicilərin ən çox yüklənən mahnılar sırasındadır. "Sənli günlərim" mahnısı Türkiyədə yenidən aranjeman ediləcək və qarşıdakı 2 ay ərzində də orada bu mahnıya klip çəkiləcək. Bu günlərdə "Günahsız günahım" mahnısına da klip çəkiləcək. Klipin rejissoru Emredir. Türkiyənin məşhur müğənniləri Funda Ararın, Fərhad Göçərin, Hadisənin kliplərini çəkən bu rejissor mənim üçün də kliplər çəkəcək.

Əslində ən özəl işlərim Bakıdadır. Konsertlərim, toylarım... Türklər neçə ki, əlavə işə ekstra deyirlər, həmin ekstra işlərim (qazanc yerim) əsasən buradadır. Mən də buranı qoyub, Türkiyəyə oxumaq üçün getməmişəm ki? Bütün bunlara görə arxalandığım Azərbaycan xalqıdır.

- Bütün bu qızğın iş rejimində ailəyə vaxt ayıra bilirsinizmi?
- Hər şeyə vaxtım çatır. Sizdən ayrılıb, evə gedəcəyəm. Oğlum Hüseyn də böyüyüb. Çox qudurub... (gülür) uşaqlı analar mənim bu vəziyyətimi çox yaxşı anlayırlar. Hüseyn əvvəl ağlamırdı. Deyirdim ki, nə yaxşı ağıllı, sakit balam var. İndi isə Hüseyn ağlaya-ağlaya deyir ki, "paçemu, poçemu ti poeş?" (niyə, niyə sən oxuyursan?)

- Siz Türkiyəyə gedəndən sonra mətbuatda əleyhinizə yaman yazılar yazıldı...
- Bu məsələ müqəddəs "Qurani-Kərim" kitabında da yer alıb. Adam özü olmadığı yerdə, onun haqqında danışılan söz-söhbətləri ortalığa çıxartmaq olmaz. Mən hər dəfə gedib-gələndə, görürəm ki, bir xalq artisti, əməkdar artist və ümumiyyətlə, fəxri adı olmayan müğənni nə isə danışır. Yenə də hamısına hörmətlə yanaşıram və demək istəyirəm ki, kiminləsə münasibətiniz pozulursa və yaxud küsüb-barışırsınızsa, onsuzda, nəticədə bu sənətdə hamı bir-birinə nifrət edəcək. Yalandan gözdən pərdə asmaq üçün kiməsə dəstək olub, kimisə tapdalamasınlar. Çərxi-fələk fırlanaraq, bir gün də mənim üstümdə dayanacaq. Razılaşsınlar ki, mən işlə məşğulam, onlar isə mənimlə məşğuldurlar. Nə vaxta qədər?... Ona görə də hörmətlərini qoruyub saxlasınlar. Bütün yayılan söz-söhbətlərə, deyilən sözlərə susacağam və deyirəm ki, Allah onları qorusun!

- Sizi qalmaqala sürükləməkdə məqsəd yalnız özünü reklam edə bilməsi ola bilər?
- Gözdən salmaq. Bilirlər ki, mən əsəbi, dəlisov adamam. Çıxıb nə isə deyəcəyəm. Amma bundan sonra heç nə deməyəcəyəm.

- Bu, Röyanın siyasətidir?
- Yox. Gedişatı kənardan izlədim. Anladım ki, hər şey fırlanıb öz yerini tapacaq və ümumiyyətlə, bundan 5-10 il əvvəl olan pisliklər indi mənimlə dost olurlar, məndən üzr istəməyə başlayırlar. Əminəm ki, bu da bir neçə il keçdikdən sonra həmin şey təkrar olacaq. Onları görəndən sonra bunlara son qoydum.

- 22 ildir Qarabağ məsələsi davam edir və çözülmür. Bəlkə, sənətlə, mahnı oxumaqla dünya ictimaiyyətinə səs salaraq bunun qarşısını almaq olar?
- Sizə deyim ki, bunun daxilində incəsənət də var. Bu, sizə elə-belə, gülməli gəlməsin. Ona görə də bəlkə də zamanı gələcək, bu da olacaq. Zamanı gəlir də...

- Bu məsələ üçün sizin xüsusi ideyalarınız və planlarınız varmı?
- Mənə düşən vəzifə olarsa, bunu yerinə yetirərəm. Amma tam içərisinə girmək üçün planlarımı bunun tamamilə üzərində qurmamışam. Tək istədiyim budur ki, dəfələrlə də görmüşəm ki, müğənnilərimiz onların efirinə çıxanda sözünü kəsiblər, mahnısını da buraxıblar. Mən bunun yığışdırılmasını istəyirəm. Böyüklük çıxmasın, a!... Bəlkə sabah bu iş mənim də başıma gələcək. Amma mən istəmirəm ki, belə şeylər təkrar olsun. Son olaraq hələ ki, Türkiyədə çalışan mənəm. Türkiyədə məndən sonra işləyən yoxdur, məndən əvvəl işləyənlər var. Onlar işləyirlər, amma onlar sayılmır. Məndən sonrakı işləyənlər üçün çox asan olacaq. Mən buna söz verirəm! Arxamca gələn nəsilə - qəşəng oxuyan qızlarımıza və oğlanlarımıza söz verirəm ki, onlar üçün çox gözəl qapı açacağam. Hər zaman da onların arxasında varam! Hazırda qızlarımız və oğlanlarımız var ki, onlara uğurlar arzulayıram. Bilsinlər ki, Röya olaraq mən onlarla varam!

- Türkiyədə Qarabağ məsələsinə həssaslıqla yanaşırlar. Bu məsələylə bağlı sizə hər hansı təkliflər olunmayıb? Yaxud bununla bağlı müxtəlif söhbətləriniz ola bilər...
- Danışıqlar var. Orada azərbaycanlı şirkət rəhbərləri var. Onların da bununla bağlı öz planları var. Bunun bağlı əvvəlcədən danışmayaq. Ona görə ki, adamın o qədər düşməni var... Daxildən üzümə gülə-gülə, elə şeylər edirlər ki... Daxili düşmənlərimiz çoxdur. Biz onlardan necə azad olacağıq ki, heç bunu bilmirəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5873   Tarix: 08 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870