Gənclər hansı sahəyə maraq göstərirlər?

Gənclər hansı sahəyə maraq göstərirlər?Hər bir insan maddi ehtiyaclarını təmin etmək və özünü problemlərdən qorumaq üçün işləyir. Amma etiraf etmək lazımdır ki, heç də bütün gənclər işsizlik probleminin geniş yayıldığı bir dövrdə düzgün qərar verib özlərinə uyğun iş tapa bilmirlər.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, gənclər əsasən yüksək əmək haqqı olan iş axtarırlar ki, həyatlarını maddi cəhətdən təmin edə bilsinlər. "İş seçiminə əmək haqqının məbləği kimi psixoloji faktorlar da təsir edir. Hər bir insan çalışır ki, sevdiyi işi etsin. Misal üçün, Tibb Universitetini bitirən adamlar var ki, televiziyada çalışırlar. Niyə? Ona görə ki, bu sahə onlara zövq verir. Gənclərin iş sahəsində üzləşdikləri əsas problem isə ondan ibarətdir ki, bəzi gənclər özlərini yaxşı tanımırlar. Öz potensiallarını yaxşı formada anlamırlar. Nəticədə də düzgün qərarlar verə bilmir və özlərinə uyğun iş seçə bilmirlər. Yeniyetmələr işləmədən pul qazanmaq istəyirlər. İşləmədən də pul qazanmağın bir yolu isə kriminaldır. Bu səbəbdən də yeniyetmələrin 50 faizi kriminal musiqilərə qulaq asıb, kriminal hadisələrə maraq göstərir. Ona görə ki, bunları bilmək üçün kitab oxumaq, zehni əmək tətbiq etmək tələb olunmur".

Bu gün elə bir dönəmdir ki, hər kəs gördüyü işə görə maaş alır və həyatını qurur. Psixoloq qeyd edir ki, əgər hansısa bir müəssisə üçün faydalı olmazsansa, orada işləyə bilməzsən. Bunun yaxşı tərəfi də ondan ibarətdir ki, əsasən savadlı, güclü potensialı olan adamlar işə qəbul olunurlar. Əgər əvvəllər daha çox işə qohumlar, tanışlar cəlb olunurdularsa, indi bu kimi hallar az müşahidə olunur. Şirkət və ya hansısa qurum rəhbəri fikirləşir ki, qohumlarına maaş ayırmaq əvəzinə, savadlı, xeyri gələn işçi işə götürmək onun üçün daha sərfəlidir.

Bəzən iş seçərkən insanlar üçün maaşın vacib olmadığını deyən Rüstəmov nəzərə çatdırıb ki, bir qismi üçün kollektiv daha vacibdir. Misal üçün, bəzi yerlərdə maaş az verilsə də, çox adam işləyir. Çünki orada kollektiv yaxşıdır və insanın günü maraqlı keçir. Bəzi çox maaş təklif olunan yerlərdən isə insanlar 4-5 gün işlədikdən sonra qaçırlar. Ola bilsin ki, belə yerlərdə kollektiv və iş rejimi qane etmir. Belə yerlərə bir ay ərzində yüzlərlə adam işə qəbul olsa da, onların yarıdan çoxu işləmir.

Psixoloq bildirib ki, gənclər heç də həmişə özlərinə uyğun və istədikləri işi tapa bilmirlər. Zaman keçdikcə gənclər reallıqla barışmaq məsələsi ilə üzləşirlər. "Əgər taksi sürücüsündən soruşsan ki, 15-16 yaşında bu işimi arzulayırdın, cavabından görəcəksiz ki, o, tamam başqa sahədə işləməyə çalışıb. Ya da təmizlik işlərinə baxan xanımdan soruşun ki, siz 18 yaşınızda təmizlik işlərinə baxmağı düşünürdünüzmü? Deyəcək ki, heç vaxt. Onlar istədikləri üçün deyil, müəyyən problemlərlə üzləşdikləri, nəyisə bacarmadıqları və ya lazımi qədər səy göstərmədikləri üçün bu işlərdə çalışırlar. Hər kəs yaxşı şeylər barədə düşünür, amma bunun üçün nələrsə etmir".

Müsahibimizə görə, bir ara gənc xanımlar şou-biznesə böyük maraq göstərdikləri halda, indi bu sahəyə o qədər də önəm vermirlər. "İndi gənclər arasında daha çox elmə maraq var. Bu gün xanımlar daha çox bank, sığorta sektorunda çalışırlar. Təhsil və səhiyyə sahəsində də qadınlara çox rast gəlmək olur. Təhsili olmayan qadınlar isə saç ustası, dərzi kimi işlərdə çalışırlar. Gənc oğlanlar isə həm özəl, həm də dövlət sektorunda işləyirlər. Dövlət sektorunda daha çox maddi cəhətdən yaxşı təmin olunan adamlar işləyirlər. Özəl sektorda isə daha çox qazanc dalınca qaçanlar çalışırlar".

Həmsöhbətimizə görə, elə insanlar da var ki, onlar heç bir yerdə işləyə bilmirlər. Hara getsələr, onları işdə heç kim saxlamır. "Bu o demək deyil ki, iş yeri pisdir. Əslində, həmin insanın özü pisdir. Mən inanmıram ki, kimsə həqiqətən də özünə iş tapa bilmir. Əksinə, bu gün savadlı, öz işini yaxşı bilən mütəxəssis tapmaq çox çətindir. İş tapa bilməyənlər sadəcə özlərini doğru formada təqdim etmirlər. Həm də onlar gənc yaşlarında kiçik bir vəzifədə işləməklə razılaşmadıqları üçün sonradan işsiz qalırlar. Məsələn, 18 yaşında kiçik bir vəzifədə işləyən adam artıq 25 yaşında yaxşı bir vəzifədə oturur. Yaş keçdikcə insanın iddiaları böyüyür, amma təəssüf ki, imkanları sıfıra enir".

Onun sözlərinə görə, bir qisim gənclər isə həmişə çalışırlar ki, birdən-birə böyük vəzifədə otursunlar, şirkət rəhbəri olsunlar. Bununla yanaşı, bizim gənclər bir yerdə, bir işdə qərar tuta bilmirlər. Psixoloq bildirib ki, bu, sırf psixoloji problemdir. "Belə adamlar problemin həllini özlərində axtarmırlar və deyirlər ki, "mənim də "day-day"ım olsaydı, yaxşı vəzifədə işləyərdim". Uğurlu və bacarıqlı insana hər kəs sahib duracaq və hər kəs onun "day-day"ıdır. Uğursuz və bacarıqsız insana isə öz ailəsi belə yiyə dura bilməz"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1101   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549