Sirkdə pələng təlimçisini parçaladı (Video)
Təlimçi qanaxmadan ölüb.
Meksikada sirkdə pələng öz təlimçisini parçalayıb. ANS PRESS-in xarici mətbuatına istinadən verdiyi məlumata görə, amerikalı təlimçi Aleksandr Krispin Sonara ştatındakı sirkdə hücuma məruz qalıb. Krispin sirkin səhnəsində iki vəhşi heyvanla bir yerdə olub. Qəfildən heyvanlardan biri nəzarətdən çıxaraq ona hücum edib. Sirk əməkdaşları onu xilas etməyə cəhd etsələr də, heyvan ölmüş təlimçinin cəsədini yalnız bir müddət sonra dişlərindən buraxıb.
Dərhal Kripsin xəstəxanaya çatdırılsa da, həkimlərin əlindən heç bir şey gəlməyib. Hücüm zamanı sirkdə olan izləyicilər təşvişlə yerlərini tərk edərək qaçmağa başlayıblar.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş