Paltarları necə yumaq lazımdır?

Paltarları necə yumaq lazımdır?Yun
Müasir yun parçalar iki kateqoriyaya bölünür: yun və yarımyun. Birincinin tərkibində 90-100% yun var, ikincinin tərkibində 20-90% yun və lavsan, kapron, yaxud viskoz var. Əgər tərkibin içində 50% süni saplar varsa, onda parçada parıltı və yumrular əmələ gəlir.

Yaxşı olar ki, yun paltarlar bir çox halda əllə, xüsusi vasitələrdən istifadə etməklə yuyulsun. Yun paltar yığılmasın deyə, onu bir az ilıq suda, eyni temperaturda yuyurlar və suya çəkirlər, heç vaxt islatmırlar və burub sıxmırlar. Axırıncı dəfə yaxalayanda yun yığılmasın deyə, xüsusi kondisionerlər əlavə edin. Rəngi çıxan yun paltarı yuduqda ilıq suya duz və sirkə tökün. Müasir paltaryuyan maşınlarda yun üçün də rejim nəzərdə tutulub, lakin bahalı yun paltarları əllə yusanız daha yaxşı olar. Ümumiyyətlə, çalışın yun paltarları tez-tez yumayın.

Yun paltarı kölgədə astar üzünə sərilmiş halda qurudun. Sviterləri və şalları (pled) daha yaxşı olar ki, xovlu məhrəbaların üstünə sərib qurudasınız. Yun malları gün şüalarının altında qurutmaq qadağandır, lakin onlara təmiz hava lazımdır, odur ki, qarderobunuzun havasını müntəzəm dəyişmək sizin üçün adət halını almalıdır.

İpək
İpək parçalar (bura həmçinin krep, atlas, qaz, fay, çesuça və məxmər aiddir) suyu çox asanlıqla özünə çəkir və çox tez quruyur. Tər ipəyin üzərindən tez buxarlanaraq, ləkə qoya bilər. Bu halda, paltarı yumazdan qabaq tər ləkəsini spirtlə təmizləmək lazımdır. Balaca təmiz pambıq əsgini spirtdə isladaraq, kənardan mərkəzə doğru dairəvi hərəkətlərlə ləkəni təmizləyin.

Bahalı və eksklüziv ipəklərə qulluq üçün yazılmamış qayda var - onları kimyəvi təmizləməyə verirlər, çünki adi yumada rənglər sola bilər. Baxmayaraq ki, müasir paltaryuyan maşınlarda ipək parçalar üçün xüsusi proqramlar var, mütəxəssislər ipəyi yalnız əllə və bir az ilıq suda yumağı məsləhət görürlər. Axırıncı yaxalamada soyuq suya xüsusi kondisioner və ya 1 çay qa-şığı sirkə əlavə edirlər ki, rənglərin parlaqlığı bərpa olunsun.

Yun parça kimi, ipək parçanı da heç vaxt burub sıxmırlar, onları paltara-sanda, yaxud ipdə səliqə ilə asaraq, yalnız kölgədə qurudurlar.

Viskoz
İndiki zamanda geniş yayılmış viskozdan ipəyə, pambığa, hətta yuna və kətana bənzər parçalar yaradırlar. Hər halda, onlar təbii parçalar kimi möhkəm deyillər, ona görə də viskozdan olan mallar 30°C - 40°C temperaturda xüsusilə ehtiyatla yuyulmalıdır.

Kətan
Əvvəlki kimi dəbdə olan kətan mallar uzun müddət köhnəlmir, lakin çox tez əzilir. Yaxşı olar ki, onları yüksək temperaturda yuyasınız və hətta qaynadasınız.

Pambıq
Pambıq əşyaları kətan paltarları kimi yuyurlar, amma daha aşağı temperatur rejimində. Xüsusi qulluq tələb edən yalnız cins şalvarlardır. Əgər cins şalvarları ilk dəfə yuyursunuzsa, onda çox ehtimal ki, onların rəngi gedəcək. Ona görə də onları başqa paltarlarla, hətta tünd rəngli paltarlarla qarışdırmayaraq yumaq yaxşı olardı. Yumanın danılmaz bir qaydası var, onları həmişə tərs üzünə çevirirlər. Cinsləri həm əllə, həm də paltaryuyan maşında yumaq olar, lakin suyun temperaturu çox yüksək olmamalıdır, ən yaxşı variant - 30°C-dir, onda mal uzun müddət qorunub saxlanır.

Əgər təsərrüfatınızda az istifadə etdiyiniz ağlar varsa, onları heç olmasa ildə 1 dəfə yumaq, saxlandığı şkafın havasını isə dəyişmək lazımdır.

Trikotaj
Trikotaj yuxarıda adı çəkilən materiallardan ibarət ola bilər: ipəkdən, yundan, viskozdan və s. Bu parçanın keyfiyyəti ipin keyfiyyətindən, hörmə növündən, toxunmanın sıxlığından asılıdır. Pambıq trikotaj yumşaq və möhkəmdir.

Yun trikotaj pambıq, yaxud viskoz trikotajdan daha elastikdir, formanı yaxşı saxlayır. Sintetik trikotaj (neylon, poliester, akril) maşında çox gözəl yuyulur, əzilmir, su çəkmir, ona görə də tez quruyur.

Toxunma trikotajı yaxşısı budur əllə, ilıq suda yuyasınız, onu islatmayasınız, sürtməyəsiniz və burub sıxmayasınız. Yüksək keyfiyyətli yun trikotajdan olan paltarı kimyəvi təmizləməyə vermək yaxşı olardı. Trikotajdan olan paltara qulluğun əsas qaydası odur ki, ilmələr iri olduqca, ona qarşı daha ehtiyatlı olmaq lazımdır. Yun trikotaj paltarlar isti su "xoşlamır". Belə paltarları paltaryuyan tozlar-dan biri ilə yuyun, bir neçə dəfə sirkə qatılmış ilıq su ilə yaxalayın. Trikotaj paltarları suda çox saxlamaq olmaz.

Toxunma papaqları qurudarkən içinə kağız, ya da əsgi salmaq lazımdır. Formasını itirməsin deyə, quruyandan sonra papağı bir neçə dəqiqə buxara verin.

Əgər trikotaj koftanın, sviterin dirsəkləri dartılıbsa, həmin yeri buxara verəndə yenə əvvəlki görkəmini alır.
Sintetik trikotaj paltarları gündə və hava axını olan yerdə qurutmaq olmaz, belə olduqda paltar kobudlaşır və formasını itirir.

Pərğu (tük)
Pərğudan olan malları, məsələn gödəkcələri nəmişlikdən qorumaq lazımdır, əks halda pərğu çürüyər. Ona görə də pərğu paltarını ancaq kimyəvi təmizləməyə verə bilməyəndə yumağa icazə verilir. Pərğudan olan paltarı paltaryuyan maşında 30°C temperaturlu suda yumşaq yuyucu vasitə ilə yumaq olar.

Yeri gəlmişkən, paltarda yığılmış topalar əmələ gəlməsin deyə, barabana 2-3 ədəd stolüstü tennis üçün top qoymaq lazımdır. Quruyandan sonra, paltarı vaxtaşırı çırparaq, havasını dəyişmək lazımdır. Bu qurutma üsulu yaş pərğunun qoxusunu yox edər.

Sintepon
Təbii pərğunu əvəz etmək üçün yaradılmış sintepona da bu cür incə yanaşma tələb olunur. Pərğudan fərqli olaraq, sinteponu həm əllə, həm də maşında yumaq olar, lakin incə yuma rejiminə və 30°C temperaturuna riayət etmək lazımdır. Lazım olduqda malı ilıq ütü ilə ütüləmək olar.

Su götürməyən parçalar
İndi dəbdə olan, su götürməyən parçalardan hazırlanan paltarlara da xüsusi qulluq lazımdır. Tövsiyə olunur ki, belə paltarlar mümkün qədər az yuyulsun, çünki yuyulduqca onlar öz sudan qorunma xüsusiyyətlərini itirir, vaxt keçdikcə su götürməyən qat nazikləşir. Əgər bu cür paltar su keçirməyə başlayıbsa, onda su keçirməyən örtüyü maye və aerozol şəklində olan xüsusi hopdurulan materiallar vasitəsilə bərpa etmək olar.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4342   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

TOP MP3