Fotoaparat alarkən bunlara diqqət edin!

Fotoaparat alarkən bunlara diqqət edin!Hər bir istehlakçı bilməlidir ki, fotoaparatlar zəmanət müddətilə satılmalıdır
Fotoaparat işığın köməyilə hərəkətdə olmayan obyektlərin görüntüsünün alınması və fiksasiyası qurğusudur. O insanlar tərəfindən maraq kəsb edən anların şəklin yaddaşına köçürülməsi üçün istifadə olunur. Hər kəs evində belə bir qurğunun olmasını istəyir. Lakin ticarət şəbəkələrindən fotoaparat əldə etmək istəyərkən istehlakçı müəyyən çətinlik qarşısında qalır. Çünki hazırda satışda olan ən müxtəlif çeşiddə və keyfiyyətdə olan fotoaparatları fərqləndirmək həqiqətən çətindir. İqtisadi İnkişaf nazirliyinin mətbuat xidmətindən verilən maarifləndirici məlumatda istehlakçılara fotoaparatlar haqqında bəzi zəruri məlumatlarla tanış ola bilər.

İstehlakçı olaraq hər kəs fotoaparat alarkən ilk növbədə ondan hansı səviyyədə, harada və nə məqsəd üçün istifadə olunmasını dəqiq aydınlaşdırmalıdır. Çünkü fotoqrafiyaya yeni maraq göstərənlər üçün minimal imkanlara malik həvəskar fotoaparatların alınması məqsədəuyğundur. Kifayət qədər funksiyaları olan peşəkar fotoaparatlara külli miqdarda pul xərcləməyə ehtiyac yoxdur.

Müasir fotoaparatları ən müxtəlif əlamətlərinə görə, istifadə olunan işığahəssaslı materialın tipinə və fotoşəklin alınma texnologiyasına, kadrın formatına, istehlakçı xüsusiyyətlərinin səviyyəsinə, yaxud digər əlamətlərə görə sinifləşdirmək olar.

Fotoşəklin alınma texnologiyasına və işıqhəssaslı materialın istifadə tipinə görə fotoaparatlar klassik, xüsusi, APS sistemli (təkmilləşdirilmiş), polaroid sistemli və rəqəmsal tipli beş qrupa bölünür.

Klassik, xüsusi və APS sistemli plyonkalı fotoaparatlar geniş yayılıb. Bu qəbildən olan fotoaparatlarla çəkilən şəkillər obyektiv vasitəsilə kiçildilmiş formada onun daxilində yerləşdirilmiş fotoplyonkaya həkk olunur. Sonradan labaratoriya şəraitində kimyəvi aşınma yolu ilə əldə olunur.

Polaroid və rəqəmsal fotoaparatlar isə quruluşuna görə plyonkalı fotoaparatlardan xeyli fərqlənirlər. Polaroid tipli fotoaparatlar şəkli laborator işlənmə olmadan xüsusi çoxqatlı materialda rəngli halda dərhal çap etməyə qadirdirlər. Rəqəmsal fotoaparatlar isə xarici görünüşcə plyonkalı fotoaparatların analoqudur. Bu tip fotoaparatlarda işıq görüntüsü işıq hissiyyatlı elementlərin təsirilə elektrik impulslarının əmələ gəlməsi nəticəsində baş verir. Rəqəmsal fotoaparatlar xüsusi proqramın və müxtəlif tipli qurğuların köməyilə fotogörüntülərin yadda saxlanmasına, yaxud kompüterə yüklənməsinə imkan verir.

Fotoaparatların istehlak xüsusiyyətlərinə gəlincə, bura onların funksionallığı, estetikliyi, etibarlılığı və s. daxildir. Funksional xüsusiyyətləri dedikdə fotoaparatın konstruksiya özəllikləri, texniki imkanları nəzərdə tutulur. İstehlakçı üçün alınan fotoaparatın estetik görünüşü də xeyli dərəcədə əhəmiyyətlidir. Təbii ki, hər hansı bir ələ yatımlı quruluşda olmayan, xoşagəlməz rəngi olan bu cihazı işlətmək o qədər də xoş olmur. Etibarlılığına isə onun işləkliliyi, uzunömürlülüyü, təmirəyararlılığı və saxlanması daxildir. Fotoaparatın etibarlılığı onun istehsalına istifadə olunan materiallardan asılıdır.

Fotoaparat alarkən onun funksiyaları, forması, korpusunun rəngi və s. bu kimi amillər hər bir istehlakçını düşünməyə məcbur edir. Çünki bir sıra göstəricilərinə görə fotoaparatlar demək olar ki, bir-birinə çox yaxındır. Bunun üçün ilk növbədə istehlakçı satıcıdan malla bağlı informasiya almaq hüququndan istifadə etməlidir. Bilin ki, ölkə qanunvericiliyinə əsasən istehlakçılar ticarət obyektindən alınmış malın keyfiyyətilə bağlı zəruri məlumatları tələb etmək hüququna malikdir. İstehlakçı aldığı fotoaparatın keyfiyyətini, komplektliyini yoxlamaq, onun düzgün istifadəsinin nümayiş etdirilməsini satıcıdan tələb edə bilər. Satıcı isə istehlakçının bu tələblərini yerinə yetirməyə borcludur.

Fotoaparatı seçdikdən sonra mütləq onu yerində qoşub yoxlayın və funksiyaları, idarə olunması ilə bağlı mağaza əməkdaşına zəruri olan suallarınızı verin. Qablaşdırmazdan öncə onun korpusunu, ekranını yaxından nəzərdən keçirin, hər hansı bir qüsur aşkar etdikdə onu almaqdan imtina edin. Alan zaman orijinal mal aldığımıza əmin olmaq üçün keyfiyyət sertifikatını soruşmağı unutmayın. Fotoaparat alarkən ilk olaraq onun funksiyalarına, menyudan istifadə rahatlığına, rejim seçiminə və s. məsələlərə diqqət yetirilməlidir. Fotoaparatı almazdan əvvəl onun menyusunu, panelində olan düymələrin işləmə qaydasını yaxşı öyrənmək vacibdir.

Ticarət şəbəkələrinə daşınarkən fotoaparatlar amortizasiya imkanları olan individual qablara yerləşdirilir. İstehlakçı tərəfindən əldə edilərkən isə karton materiallı qablarda olurlar. Fotoaparatları mexaniki zədələnmələrdən qorumaqla bütün növ nəqliyyat vasitələrilə daşımaq olar. Onları kəskin kimyəvi təsirlərin mövcud olduğu mühitdə saxlanmasına icazə verilmir. Fotoaparatlar xüsusi qızdırıcılardan, günəş şüalarından uzaq, quru və havalandırma sistemi olan yerlərdə saxlanılmalıdır.

Eyni zamanda hər bir istehlakçı bilməlidir ki, fotoaparatlar zəmanət müddətilə satılmalıdır. Zəmanət müddəti onun zəmanət talonunda, pasportunda, yaxud nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddətilə satılarkən, satıcı onun pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu ona görə edilir ki, istehlakçı həmin müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilsin. Satış tarixindən etibarən fotoaparatlara verilən zəmanət müddəti orta hesabla 2 ildir.
anspress


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5577   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qızları tez ərə vermək lazımdır"

"Qızım Qumrala 5 yaşında sual verdilər ki, məktəbə gedirsən? Cavab verdi ki, ya məktəbə, ya ərə gedəcəyəm. Qız uşqlarını başa salıram ki, tez ailə qurmalısınız. Dünyanı görmək lazım deyil. İcazə vermirəm dünyanı görsünlər. Sevgimi də başa salıram ki, önəmli ailədir. İndi 17 yaşı var. İş, oxuma

17:41 290
.

İlham Əliyev bu qanunu təsdiqlədi

Prezident İlham Əliyev Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. BİG.AZ xəbər verir ki, yenilənmiş qanuna əsasən, üzərinə həbs qoyulmuş əmlakın qanunla müəyyən edilmiş hallarda və qaydada idarə edilməsi ilə əlaqədar tədbirlər görülə bilər. Qanun üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması

16:22 306
.

Röya Ayxandan ecazkar klip - VİDEO

Xalq artisti Röya Ayxan "Gəl mənimlə" adlı yeni mahnı və klipini təqdim edib. Sözləri, musiqisi və aranjimanı Kənan Zeynalova məxsus olan "Gəl mənimlə" mahnısını Türkiyənin məşhur rejisoru Müjdat Kupşi ekranlaşdırıb. Böyük komandanın - Murat Tuncel, Bener Hamamçı, Giray Gergin kim

16:01 276
.

Bakıda müəllim 10-cu sinif şagirdlərini döydü - ARAŞDIRMA BAŞLADI / ANBAAN GÖRÜNTÜ

Paytaxtın Xətai rayonunda yerləşən 254 nömrəli Tam Orta Məktəbdə müəllimin şagirdlərinə qarşı fiziki şiddət göstərdiyi iddia olunur. Bu barədə məlumat və görüntülər -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, həmin məktəbdə fiziki tərbiyə fənnini tədris edən müəllim Səməndər Allahverdiye

14:20 592
.

Süni intellektin tətbiq edilməsi ilə uğura imza atmaq mümkündürmü? – EKSPERTDƏN AÇIQLAMA

İqtisadi artımı dəstəkləmək, sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq və dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsini təşviq etmək üçün rəqəmsal texnologiyalardan istifadə etmək zəruridir. Müasir dünyada ölkələrin inkişafında yeni texnologiyaları

15:09 193
.

Aktrisa Qonca Vuslateri Paris jurnalının üz qabığına çəkildi

"Leyla: Həyat. Sevgi. Ədalət." serialında Nur obrazını canlandıran Qonca Vuslaterinin Parisdə işıq üzü görən jurnalın üz qabığında fotoları yayımlanıb. türk mediasına istinadən xəbər verir ki, məşhur aktrisa Qonca Vuslateri modelyer dostu Hakan Akkayanın Nyu-York geyim kolleksiyasından nümunələr

12:07 284
.

Od Çərşənbəsinin maraqlı adətləri - İnanca görə bu gecə ocağın sönməməsi vacibdir

Bu gün Azərbaycanda Novruzun ikinci çərşənbəsi – Od Çərşənbəsidir. Bu çərşənbə istiliyin, işığın və həyat enerjisinin rəmzi sayılır. xəbər verir ki, Od Çərşənbəsi ilə bağlı xalq arasında müxtəlif adətlər və rituallar var:. Od Çərşənbəsində yerinə yetirilən adətlər:. Tonqal qalamaq – Bu gün ən əsas adə

13:35 356
.

Nurgül Yeşilçayın etirafı gündəm mövzusu oldu

Aktrisa Nurgül Yeşilçay bir müddətdir ki, ekrandan uzaq bir həyat yaşayır. türk mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımları ilə tamaşaçı sevgisi qazanan Yeşilçay qatıldığı proqramda Asmalı Konak serialına necə təklif aldığı hekayəsini danışıb. Yeşilçay, "Əvvəlcə başqa bi

19:00 247
.

Demet Özdemir və Çağatay Ulusoy "Eşref Rüya"nın hər bölümünə bu qədər qazanacaqlar

Demet Özdemir və Çağatay Ulusoyun "Eşref Rüya" serialında bir bölüm üçün alacağı qonarar məlum olub. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Demet Özdemirin 1.5 milyon TL, Çağatay Ulusoyun 3.5 milyon TL alacağı bildirilir. [hh4-unikal]

21:15 50
.

TOP MP3