Ən zövqlü geyinəni seçməyə başladılar (Foto & Video)

Biznes ledi Ruhi Əliyeva, stilist Anar Ağakişiyev, modelyer-dizayner Leyla Əhmədova və "Nərgiz" jurnalının redaktoru Könül Nağıyeva yeni layihədə bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, onlar ən zövqlü qadını seçmək üçün "ATV" telekanalında yayımlanacaq "Özünə bax" layihəsi ətrafinda toplaşıb. Bununla yanaşı, münsiflərə hər həftə bir məşhur simanın da qoşulacağı gözlənilir. Artiq qonaq münsif qismində xalq artisti Zülfiyyə Xanbabayeva, rejissor Aqil M Quliyev və teleaparıcı Nərgiz Cəlilova çəkilişlərdə iştirak edib.
Ozunə bax dörd mərhələdə keçirilməsi nəzərdə tutulan əyləncəli verilişdir.

Layihənin əsas məqsədi mütəxəssislərin köməyi ilə qadınlara son dəblə ayaqlaşaraq, düzgün və zövqlü geyinməkdə yardımçı olmaqdır. Layihə gözəllik yarışması deyil və burda əsas diqqət geyimlərə verilir. Verilişin başlıca məqsədlərindən biri də Azərbaycanın ən zövqlü qadınını seçməkdir. Layihədə 18 yaşından yuxarı zövqünə və geyim tərzinə güvənən qadınlar iştirak edə bilər. Qeydiyyat vasitəsiylə iştirakçı olan xanımlar 3 mərhələdən keçib, finala vəsiqə qazanıb, ölkənin zövqlə geyinən xanımı adı uğrunda mübarizə aparacaq. Qalibə qiymətli hədiyyələrin təqdim edilməsi nəzərdə tutulur. Xanımları stilist, model, dəb sahəsində çalışan peşəkarlardan ibarət münsiflər heyəti qiymətləndirəcək. Proqram boyu iştirakçılara zövqlü geyinməklə yanaşı geyindiyi qiyafətin stilinə uyğün davranış, düzgün yerimək, makiyaj və saç düzümünun seçimində əsas hansı detallara diqqət edilməsi barədə məsləhətlərin verilməsi eləcə də istiqamətləndirilməsi nəzərdə tutulur. Finalda zövqünə güvənən 10 xanımın iştirakı nəzrədə tutulur.

Layihədə iştirak etmək istəyən xanımlar atv.az saytında qeydiyyatdan keçə bilərlər. "Özünə bax"ın ilk efiri fevral ayının 4-ü, saat 15.30-da olacaq.

Ən zövqlü geyinəni seçməyə başladılar (Foto & Video)Ən zövqlü geyinəni seçməyə başladılar (Foto & Video)Ən zövqlü geyinəni seçməyə başladılar (Foto & Video)Ən zövqlü geyinəni seçməyə başladılar (Foto & Video)


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 13778   Tarix: 31 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aysel mini ətəkdə GÖZ QAMAŞDIRDI - FOTOLAR

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Zərifliyi və gözəlliyi ilə diqqət çəkən sənətçinin paylaşımına təriflər yağdırıblar. Aysel mini geyimi il

00:08 151
.

Afət toyunda bu gəlinliyi GEYİNƏCƏK - VİDEO

Xəbər verdiyimiz kimi, jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır. xəbər verir ki, cütlük artıq gəlinlik mağazasında olub. Afət toyda geyinəcəyi gəlinliyi də seçib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aparıcının sevincli halları izləyiciləri

13.12.2025 499
.

Mənzurə Musayeva bu dünya ulduzunu tanımadı

ATV telekanalında yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb. xəbər verir ki, veriliş zamanı müğəni Mənzurə Musayevaya müğənni Şakiranın fotosu göstərilib. Sənətçi Şakiranı tanımadığını deyib. ifaçı "Xeyr, bu xanımı tanımıram. Mən bunu mütləq tanımalıyam?" deyərək fotoy

11.12.2025 578
.

Məşhur filmin yeni bölümü çəkiləcək

"Sony Pictures" şirkəti "Men in Black" ("Qara geyimli adamlar") franşizasının beşinci filminin çəkiləcəyini açıqlayıb. "Deadline" nəşrinə istinadən xəbər verir ki, film artıq hazırlıq mərhələsindədir. Yeni bölüm üçün ssenarini Kris Bremner yazacaq. İşini bitirdikdə

07.12.2025 277
.

Nadir xanımı və yeni doğulan nəvəsi ilə - Foto

Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinc və yeni doğulan nəvəsi ilə fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi oğlu Loğmanın övladının şəklinə "Ailəmizin günəşi. Qafaq Qafarzadə, dünyamıza xoş gəlmisən" şərhini yazıb. Qeyd edək ki, Loğman Əntiqə adlı xanımla ailəlidir. Nadir

13.12.2025 385
.

Nadir Qafarzadə baba oldu

Müğənni Nadir Qafarzadə baba olub. Axşam.az xəbər verir ki, sənətçinin nəvəsi dünyaya gəlib. Qafarzadə Axşam.az-a açıqlamasında bildirib ki, oğul nəvəsi olub. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiqə adlı xanımla ailəlidir. İfaçının ikinci övladı Əziz də bu il ailə qurub

10.12.2025 736
.

Faciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızının ŞOK MESAJLARI üzə çıxdı - FOTOLAR

Müğənni Güllünün şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan qızı Tuğyan Ülkem Gülterin tutulmazdan az öncə rəfiqəsinə göndərdiyi mesajlar üzə çıxıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mesajlarda "Çamadanlarımı götürüb Yalovaya qayıdacağam" ifadəsi diqqə

13.12.2025 380
.

Hollivud şoku: aktyor Piter Qrin Nyu-Yorkda ölü tapıldı

ABŞ-da tanınmış aktyor Piter Qrin Nyu-Yorkdakı mənzilində ölü vəziyyətdə tapılıb. xəbər verir ki, bu barədə "New York Daily News" nəşri məlumat yayıb. 60 yaşlı aktyorun ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Məlumata görə, "Maska" və "Kriminal Çtivo" (Pulp Fiction

13.12.2025 188
.

Xanımı və oğullarının fotosunu paylaşdı

Aktyor Kamran Ağabalayev oğulları və xanımının fotosunu paylaşıb. Axşma.az xəbər verir ki, aktyor paylaşıma "Mənim ürəklərim" qısa şərhini yazıb. Qeyd edək ki, K.Ağabalayevin 2 oğul övladı var

13.12.2025 269
.

TOP MP3