Paytaxtda əlavə vaxt və pul tələb edən yenilik

Paytaxtda əlavə vaxt və pul tələb edən yenilikPaytaxtda İntellektual İdarəetmə Sisteminin tətbiqi əlaqədar mövcud xətlərdə dəyişikliklər edilərək marşrutların sayı azaldılıb. Hələ ötən ildən başlanmış optimallaşdırma işləri nəticəsində marşrutların sayı 310-dan 217-yə salınmışdı. Bu ilsə bu rəqəm bir az da ixtisar edilərək say 217-dən 174-ə qədər azaldıldı. Amma buna optimallaşdırma demək mümkündürmü?

Dəyişiklikdən sonra əvvəllər mənzil başına bir avtobusla gedən sərnişin indi ən azı ikisini dəyişməli olur. Bundan başqa marşrut xətlərinin sayı azalsa da, mövcud xətlər üzrə hərəkət dən avtobusların sayı artırılmayıb. Bütün bunlar isə sərnişinlər üçün vaxt və pul itkisindən başqa bir şey deyil. Əlbəttə, bura hər gün yaşanan stress, işə gecikmək, buna görə rəhbərlik tərəfindən töhmətləri də əlavə etmək olar.

Nəqliyyat Nazirliyindən isə hesab edirlər ki, yenilik tıxacları azaltmaq, sərnişinlərin təhlükəsizliyi üçün atılmış doğru addımdır. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov islahatlar başlayanda paytaxtda 310 qədər marşrut avtobusu olduğunu, hazırda isə bu rəqəmin 174-ə endirildiyini bildirdi.

"174 marşrut xətində 2321-ə yaxın avtobus işləyir ki, bunların 1423 iri, 985 orta, 13 kiçik tutumludur. Ötən il 200 iri, 200 orta tutumlu yeni avtobus xətdə buraxılıb. Bundan başqa bəzi xətlər üzrə yeni avtobusların gətirilməsi, eyni zamanda bəzi köhnə avtobusların ləğv olunması planlaşdırılır".

Nazirlik rəsmisi bu il sayın bir az da azaldımasının bir-birini təkrar edən, istismar müddəti bitən, xırda tutumlu avtobusların ləğv edilməsi istəyindən irəli gəldiyini deyir. Bundan başqa artan qəzalar, sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq sayı daha da azaltmağa qərar verilib.

Nazirlik sərnişinlərin rahatlığını düşünsə də, yenilik narazılıqları daha da artırıb. Namiq Həsənov əhali arasındakı narazılıqdan xəbərdar olduqlarını dedi.

"Əsas problemlər isə intervallarla əlaqədardır, çünki yollardakı təmir işləri, tıxaclar gecikmələrə səbəb olur. Bunun avtomobillərin sayının azaldılması ilə heç bir əlaqəsi yoxdur. Avtobusların mövcud sayı paytaxt sərnişin nəqliyyatı üçün tam optimal rəqəmdir. Hətta marşrutların sayı indikindən daha çox olsa belə, yenə də insanlar narazılıq edəcək. Ola bilər ki, bəzi avtobusların bağlanması bir çoxları üçün diskomfort yarada bilər. Bütün islahatlarda narazılıqlar olur. Böyük əksəriyyətin maraqlarını təmin etmək üçün kiçik sayda əhali qrupunun narazı qalması mümkündür. Amma hər halda bu islahatlar sərnişinlərin maksimum rahatlığı üçün hesablanıb. Bir şey anlaşılmalıdır ki, bu ümumi islahatların tərkib hissəsidir. Yanvar-fevral aylarında Dövlət Avtomobil Nəqliyyat Xidməti və "Bakısərnişinnəqliyyat" MMC əməkdaşları hərəkət sxemləri ilə bağlı araşdırmalarını davam etdirirlər. Hansı istiqamətdə marşrutların ləğvinə ehtiyac olsa, xətdən çıxarılacaq. Hələ ki bu say yetərlidir".

Bununla yanaşı şöbə müdiri hansı xətt üzrə əlavə avtobuslara ehtiyac olsa, avtobusların sayının artırılacağını da bildirdi. Amma yeni avtobusları yalnız sahibkarlar almalıdır. Nəqliyyat Nazirliyi sadəcə ehtiyac olan xətlər barədə məlumat verir.

Avtobusların sayə sərnişinlərə uyğun deyil

"Müstəqil Nəqliyyatçılar" İctimai Birliyinin sədri Natiq Ələkbərli bildirdi ki, marşrutların sayı sərnişinlərin sayına uyğun olmalıdır.

"Amma bu gün onların sayı azaldılarkən sərnişinlər nəzərə alınmır. Nəticədə onlar yaşadıqları ərazidən və ya gedəcəkləri yerə uzaq məsafədən keçən marşrutlardan istifadə etməli olur. Bundan başqa gedəcəyi yerə çatmaq üçün 2-3 marşrutdan istifadə etməyə məcbur olurlar. Əlbəttə, onlar bu vəziyyətə heç də hazır deyil. Hər hansı istiqamətdə avtobusların sayı azaldılarkən həmin istiqamətdə sərnişinlərin axını nəzərə alınmalıdır. Amma vəziyyət onu göstərir ki, qərar sadəcə sərnişinlərə problem yaradır. Marşrutların sayının azaldılmasının hər hansı müsbət tərəfi yoxdur".

Avtobus qıtlığı

Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun sözlərinə görə, bu islahatların aparılması prezidentin 2006-cı il sərəncamında da əks olunub. Həmin sərəncamda marşrut xətlərinin yenidən müayinə olunması, bir xətt üzrə hərəkət edən bir neçə marşrutun biri ilə əvəzlənməsi qeyd olunub.
"Bu mənada sayın azaldılması problem deyil. Əsas odur ki, həmin xətt üzrə hərəkət edən avtobusların sayı artırılsın. Avtobus qıtlığı yaranacaqsa, bu problemi artıra bilər. Ləğv olunan xətlərin əvəzində onları əvəzləyəcək marşrutların sayı artırılmalıdır. Bəzi istiqamətlərdə xətlərin tamamilə ləğv olunduğu məlumdur. Problem belə qala bilməz, yəqin ki, xətlərə əlavə avtobuslar buraxılacaq. Əks təqdirdə vəziyyət daha da çətinləşəcək".

Ekspertin sözlərinə görə, marşrutların sayını azaltmadan əvvəl avtobusların sayı artırılması daha yaxşı olardı.

" Amma bu Nəqliyyat Nazirliyinin təcrübəsində bu ilk addım deyil. Nəqliyyatın İntellektual İdarəedilməsi sisteminə keçilərkən də eyni proses yaşandı. Yollar tam təmir olunmamış, sistemə keçildiyi bildirildi. Amma həmin layihə özünü doğrultmadı. Yeni avtobusların gətirilməsi də başqa bir problemdir. Çünki həmin avtobusları nazirlik özü gətirir və sahibkarlara yüksək qiymətə təklif edir. Həm qiymət, həm də yolların bərbad vəziyyətdə olduğundan sahibkarlar da yeni avtobus almaqda maraqlı olmurlar. Nəqliyyat Nazirliyi gələcəkdə sahibkarlar qarşısında iri tutumlu avtobusların gətirilməsini tələb kimi qoya bilər. Amma bu gün nazirlik nə sərnişin, nə sahibkar, nə də sürücünün maraqlı nəzərə alınmır, sadəcə öz istəklərini həyata keçirir".

M.Rüstəmovun sözlərinə görə, yeniliyi sadəcə təhlükəsizlik üçün müsbət addım hesab etmək olar. "Çünki marşrutlar üzrə rəqabət nəqliyyat hadisələrini artırırdı. Sürücü planın yerinə yetirilməsi üçün təhrik olunurdu. Amma təhlükəsizliyi təmin edərkən xidmətin keyfiyyəti də aşağı olur. Kimlərinsə maraqlarına görə, sərnişinlər əziyyət çəkməli olur. Dövlət subyekti olaraq bunun günahkarı isə Nəqliyyat Nazirliyidir".

Ekspertin sözlərinə görə, sıxlıq, gecikmələrin aradan qaldırılması, yeni avtobuslara ehtiyacı öyrənmək üçün sadəcə bir həftə monitorinq aparmaq yetərlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4784   Tarix: 28 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

10:28 23
.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 419
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

11:27 387
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

12:37 97
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

11:18 197
.

Xırdalanda bağça müdirinin "fond pulu" tələb etdiyi iddia olunur - VİDEO

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin "fond pulu" tələb etdiyi iddia olunur. xəbər verir ki, bununla bağlı müdir Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə səs yazısı yayılıb. Müdir məcburi şəkildə "fond pulu"nun yığılmasını tələb edir:. "Bu bağça üçü

14:40 281
.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

15:54 172
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

16:48 92
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 356