Virtual aləmin yaratdığı acı məqamlar

Virtual aləmin yaratdığı acı məqamlarAdına müasirlik dediyimiz - virtual aləmin də yaratdığı acı məqamlar az deyil.

Hazırda internet, sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib, adına müasirlik dediyimiz - virtual aləmin də yaratdığı acı məqamlar az deyil. Xüsusilə bu gün məktəblilərin sosial şəbəkələrdən geniş istifadə etməsi, eləcə də burada yaranan hər hansı bir qarşıdurma, anlaşılmazlıq sonda ağır nəticələrə belə gətirib çıxarır. Bəs bizdə necə, məktəblilərin sosial şəbəkələrdən hansı məqsədlə istifadəsinə nəzarət olunurmu?

Psixoloqlar hesab edir ki, məktəblinin sosial şəbəkələrdə vaxtını daha çox keçirməsi cəmiyyətdə, real aləmdə özlərini tapa bilməmələrindən irəli gəlir. Özlərini tənha hiss edən, ünsiyyətə ehtiyacı olan məktəblilər məhz bu sosial şəbəkələr vasitəsilə ehtiyaclarını təmin edirlər. Bu da nəinki onları dərslərindən yayındırır, həm də virtual aləmdə baş verənlər birbaşa ona psixi təsir göstərir. Nəticədə uşağın psixologiyasında, valideyn və ətrafı ilə münasibətində xoşagəlməz hallar yaşanır. Ona görə də valideynlər uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyətlər qoymalı, onları internet asılılığından məhrum etməlidirlər.

Mövzunun qəhrəmanı olan məktəblilərsə sosial şəbəkələrdən hansı məqsədlərlə istifadə etdiklərinə müxtəlif arqumentlər gətirirlər. Hətta bir neçəsi etiraf etdi ki, bəzən sosial şəbəkələrdə sözləri çəp də gəlib.

Sosial şəbəkələrin məktəblilərin əxlaqına, eləcə də gələcək həyatına mənfi təsir göstərdiyni deyən valideynlərsə çıxış yolunu qadağalarda görür.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz sosial şəbəkələrin faydalı tərəfləri ilə yanaşı, mənfi təsirlərinin də az olmadığını vurğuladı. Bildirdi ki, bu gün sosial şəbəkələrdən hər hansı bir fəsadlar yaranırsa bunun başlıca səbəbi azyaşlılara nə məktəbdə, nə də ailədə nəzarətin olunmamasıdır. London, Vaşinqton kimi şəhərlərdə kompyuter arxasında uşaqlara ciddi nəzarətin edildiyini deyən mütəxəssis ölkəmizdə belə bir praktikanın olmamasına təəssüfləndi. Bildirdi ki, normalda məktəbli dərslərinə hazırlaşmalı və onun üçün sosial şəbəkələr maraq kəsb etməməlidir.

Odur ki valideynlər, elə məktəblilər də daha diqqətli olsalar yaxşıdır, hər halda real həyatın gözəlliyni heç bir sosial şəbəkə təmin etmir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1053   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875