Türkiyəli müğənni:Vücudumu göstərməkdən məmnunam

Bakıya gəlişinizin səbəbi nədir?

- İlk dəfədir ki, Bakıda oluram. Bura yaxın dostum, həkim Hayati Akbaşın dəvəti ilə gəldim. Mən gözəlliklə bağlı hər şeyi çox sevirəm. Verilişimdə həmişə xanımlara gözəlliklə bağlı məsləhətlər verirəm. Bakıda klinikaların birində gerçəkləşdiriləcək burun əməliyyatının aparılması prosesində iştirak edəcəm. Yeni məlumatlar əldə edib, Türkiyədəki tamaşaçılarıma aparacam.

- Şəhərimizi gəzmək imkanınız oldu?

- Dostlarım Bakını mənə bir az gəzdirdilər. Bakının bu qədər gözəl olduğunu heç bilmirdim. Çox müasir şəhəriniz var. Deyilənə görə, son 5-6 ildə Bakı tanınmaz hala gəlib, gözəlləşib. Çox təəccübləndim. İlk dəfədir ki, memarlığa önəm verən şəhər görürəm. Bakıya baxmaqla doymaq olmur. Sizin insanlarınız çox mehriban, canayaxındırlar. Hansı restorana getdiksə bizi çox gülərüzlə qarşıladılar. Buranın insanlarına heyran qaldım. O qədər istiqanlısınız ki, elə bil illərdir bir-birimizi tanıyırıq.

- Yəqin ki, yeməklərimizin də dadına baxdınız...

- Dostlarımın hamısı pəhriz saxladığı üçün ətli yeməklərin dadına baxa bilmədim. Amma sizin çox dadlı dolmalarınızın olduğunu eşitdim. Mütləq dolmaların dadına baxacam. Birdə burada mənə qutab yeməyi tövsiyyə etdilər.

- Azərbaycan sənətçilərindən kimləri tanıyırsınız?

- Türkiyədə tez-tez olduğuna görə Brilliant Dadaşovanı tanıyıram. Bir də indi Vasif Məhərrəmli ilə tanış oldum.

- Həmişə çox cəsur, açıq-saçıq fotolarınız ilə gündəmdə olmusunuz...

- Bu işə model kimi başlamışam. İdman müəllimiyəm. Ona görə də bədən quruluşumdan çox razıyam. Və açıq pozlar verməkdən də çəkinmirəm. Qapanmağı çox sevmirəm. Vücudumu göstərməkdən məmnunam.

- Azərbaycanla bağlı layihə etməyi düşünürsünüzmü?

- Əgər təklif gəlsə, dəyərləndirərəm. Mən həm aparıcı, həm də müğənniyəm. Bunu həm Türkiyədə, həm də Azərbaycanda ən səviyyəli formada edəcəyimə inanıram. Təkliflər gözləyirəm. (gülür)

- Bu qədər enerjini haradan alırsınız?

- İdmançı olduğumdan enerjim bitib-tükənmir. Mən sakit biri kimi görünürəm. Amma bu məsum görünüşə inanmayın. Əyləncəyi, aktiv həyatı sevirəm. Günümü anam və itimlə keçirməyi xoşlayıram. İdmanla məşğul olmadan dayana bilmərəm. Bura gələndə də tək tələbim qalacağım otaqda idman etmək üçün lazımi avadanlıqların olması idi.

- Bu il mənim ilimdir demişdiniz. Oldumu?

- Olmadı. Bir daha bu qədər böyük danışmayacam. Heç bir işim gündəmdə partlayış etmədi. Yaxın günlərdə yeni bir proqrama başlayacam. Tam fərqli üslubda olacaq.

- Son olaraq Bakıdakı fanatlarınıza nə demək istərdiniz?

- Növbəti gəlişimdə mütləq onlarla görüşəcəm. Bəlkə bir konsert də verərəm. Tək istədiyim burada Rihannanın konsertinə getmək idi. Alınmadı. Eşidəndə ki, Rihanna Bakıdadı, inanmadım.Türkiyəli müğənni:Vücudumu göstərməkdən məmnunamTürkiyəli müğənni:Vücudumu göstərməkdən məmnunamTürkiyəli müğənni:Vücudumu göstərməkdən məmnunamTürkiyəli müğənni:Vücudumu göstərməkdən məmnunam


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4734   Tarix: 22 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121