Təbii haldır, ancaq gözəlliyi məhv edir...

Təbii haldır, ancaq gözəlliyi məhv edir...Belə bir deyim var, "malına güvənmə, bir qığılcım yetər, gözəlliyinə güvənmə, bir sızanaq yetər". Sızanaqlar bütün gözəlliyi məhv edəcək qüvvəyə malikdir. İnsanların çoxu da bu problemdən əziyyət çəkir.

Qadınlar kişilərdən daha çox bu problemlə qarşılaşdıqları üçün ən orijinal müalicə üsullarını da məhz zərif cinsin nümayəndələri kəşf edir. Sızanaqlar ilk baxışdan adi problem kimi görünsə də, əslində insana həm fiziki, həm də psixoloji baxımdan zədə vurmuş olur. Sıxılan, yaralanan civzələr bütün üzə yayılır, ən yaxşı halda kiçik izi qalmaq şərti ilə yox olur.

Sızanaqlar üz, çiyin, kürək və sinədə rast gəlinən piy vəziləri ilə bağlı olan dəri xəstəliyidir. Ən çox yeniyetməlik yaşlarında narahatçılıq yaradan bu hal yeniyetmələrə psixoloji təsir edir və özünə qapanma hissi yaradır. Əslində isə sızanaqlar səbəbsiz yaranmır. Dermatoloq Günel Rzayevanın sözlərinə görə, sızanaq problemini vaxtında ciddi problem kimi qəbul edib, onun yaranma səbəblərini öyrənmək lazımdır. Əks təqdirdə, üzdə yaraların, ləkələrin, çapıqların yaranmasına səbəb olar ki, bu izlərin də aparılması o qədər asan deyil: "Dəri insan gözəlliyi üçün vacibdir. Amma sızanaqlı dəri gözəlliyi məhv edir və xoşagəlməyən görüntü yaradır. Əvvəla, deyim ki, sızanaq piy vəzisi kanalının tutulması ilə yaranır. Piy kanalının tutulmasına baxmayaraq, vəzi yağ ifraz edir və nəticədə kiçik kistlər meydana çıxır. Sızanaq xroniki, residivləşən xəstəlikdir".

Yeniyetmə yaşlarındakı hər 100 gəncdən 80-i bu halla rastlaşır. Təqribən 50 nəfərə yaxını da 30 yaşı keçməsinə baxmayaraq, hələ də sızanaqlarla mübarizə aparır.

Dermatoloq bildirir ki, sızanaqların yaranmasının ilkin səbəblərindən biri stresdir. Sızanaq yaranır, gənclər bundan narahat olub daim əllərini üzlərinə vururlar, yaxud sızanaqları əzirlər, yaralayırlar ki, bu isə onun daha da artmasına səbəb olur. Artmasından əlavə izinin qalması ehtimalı da böyükdür: "Bizdə sızanağa görə həkimə müraciət edənlər azdır. Elə bir vaxt müraciət edirlər ki, artıq sızanaqlar dərinləşir, iz qoyur, bütün üzə yayılır, irinləyir. Bir sözlə, müalicəsi aylar çəkir. Halbuki vaxtında edilən müraciət sızanağın qarşısının tez alınmasına kömək edə bilərdi. Yeniyetməlik yaşında yaranan sızanaqlara fikir verilmir, yaşı artdıqca düzələcək deyirlər. Lakin unudurlar ki, sızanaq dəri xəstəliyidir və vaxtında müalicə olunmalıdır".

Sızanaqların yaranmasına səbəb kimi qadınlarda hormonal pozuntular, androgenlərin balansının pozulması, idmanla məşğul olan insanlarda əzələ şişirtməsi üçün dozadan artıq dərmanların qəbul edilməsi, həzm sisteminin pozulması, qeyri-rasional qidalanma, keyfiyyətsiz makiyaj vasitələri, təzimlənməyən üz dərisini göstərmək olar.

G.Rzayevanın dediyinə görə, iki cür civzələr mövcuddur. İndurativ civzələr-nahamar səthli geniş yayılmış infiltratlar və fleqmonoz civzələr-iltihab prosessi dərinin dərin qatlarına toxunur, asta və uzun müddətli inkişaf edir: "Sızanaqların yaranmaması üçün ilkin şərt üz dərisinin təmizlənməsinə riayət etməkdir. Bəzən deyirlər ki, qızarmış, acı, duzlu qida qəbul etməmək üzdəki sızanaqları yox edəcək. Bu, səhv fikirdir. Belə qidaları qəbul etməməklə yaranmış sızanağı yox etmək olmaz. Belə qidaları qəbul etməmək yeni sızanaqların yaranmasının qarşısını alır. Ona görə, əvvəlcə üzü sızanaqlardan təmizləmək lazımdır. Təbii ki, sağlam qidalanaraq. Daha sonra rassiondan mümkün qədər qazlı içkiləri, qızarmış yeməkləri çıxarmaq və üzün təmizliyinə daimi riayət etmək lazımdır".

Sızanaqların içində olan mayenin tərkibi bakteriyalardır. Sıxıldığı zaman bakteriyaların üzün digər bölgələrinə yayılma ehtimalı çoxdur. Bu isə bir sızanaq yox etmək istəyinin daha dəhşətli sızanaqları yaratma səbəbi ola bilər. Dermatoloq xanımlara sızanaqla oynamamağı və qətiyyən əl vurmamağı məsləhət görür: "Əgər üzünüzün hər hansı bir hissəsində sızanaq varsa və siz mütləq bu sızanaqdan qurtulmalısınızsa, o zaman bunu steril bir formada etmək lazımdır. Makiyajlı üzdə və kremli barmaqlarla sızanaq təmizləmək yolverilməzdir. Üzü təmiz yumaq, daha sonra spirtlənmiş iynə ilə sızanağı deşib təmizləmək lazımdır. Bu da əslində yolverilməzdir, sızanağa bütün hallarda müdaxilə etmək olmaz. Sadəcə, qeyri steril formada təmizləməkdənsə steril formada təmizləmək daha məqsədəuyğundur".

Sızanaq bir həftədən çox müddətə getməzsə o zaman dermatoloqa müraciət etmək lazımdır. Sızanaq üçün gözəllik salonlarına, yaxud hər hansı bir makiyaj vasitəsinə müraciət etmək yersizdir. Çünki problem kökündən həll olunmadıqca davam edəcək.

Psixoloq Firuzə Zeynalova isə sızanaqların insanın özünə güvən hissini sarsıtdığını bildirir. Problemli dəriyə malik olan insanlar özünə qapanır, cəmiyyətə qarışmır, üzbəüz ünsiyyətdən qaçır: "Qarşınızda sızanaqlı insan varsa, bundan narahat olduğunuzu ona hiss etdirməyin. Məsləhət də verməyin. Heç nə yoxmuş kimi davranın. Sızanaq kiçik olsa da, insan psixikasında qoyduğu iz və narahatlıq çox böyükdür".

Qeyd edək ki, gündəlik bol təmiz su içmək, meyvə və tərəvəz qəbul etmək üzün həm rəngini, həm də sağlamlığını qoruyacaq. Sızanaq yaranma ehtimalını da azaldacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3275   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197