Lombard fırıldaqları çoxalır

Lombard fırıldaqları çoxalırMəlumdur ki, bu gün əhalinin kredit üçün üz tutduqları yerlərdən biri də lombardlardır. Amma banklardan fərqli olaraq nisbətən asan şərtlərlə xidmət göstərən lombardların fəaliyyətlərində bəzi boşluqlar hiss olunmaqdadır. Xatırladaq ki, onlarin fəaliyyəti 1997 – ci ildən etibarən "Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi" haqqında Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.
Lombard fəaliyyətində ən çox rast gəlinən fırıldaqlardan biri isə vətəndaşların aldadılmasıdır. Belə ki, verdiyi pulun müqabilində onun ikiqat dəyərini alan lombardların sonradan qaçaraq gizlənmələri az olmayıb. Elə sonuncu dəfə analoji hadisə Bakının Nizami rayonunda baş verib. Lombard sahibi Məmməd Həsənov və onun işçiləri ümumilikdə 100 min manata yaxın dəyəri olan 300 nəfərin qır-qızılını götürərək gizlənib. Ekspertlər lombard sahəsində bu cür boşluların aradan qaldırılması üçün təkliflər irəli sürürlər.
İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, lombardlar kreditlərin verilməsindən daha çox borcların verilməsi fəaliyyəti ilə məşğul olur: "Lombard fəaliyyəti əhali üçün ona görə cəlbedicidir ki, burada banklardan fərqli olaraq girov tələb olunmur. Ona görə də lombardlardan pulun alınması daha asandır. Amma təbii ki, banklardan fərqli olaraq lombardların verdikləri kreditlərin faiz dərəcələri daha yüksəkdir. Əksər hallarda bu dərəcələr aylıq olaraq 4 faiz intervalında dəyişir. Bu da ona gətirir ki, lombardlardan vəsait cəlb edənlər geri daha çox vəsait qaytarırlar. Amma problem təkcə qaytarılan vəsaitlər üzrə deyil. Digər problem onunla bağlıdır ki, bəzi hallarda lombardlar vətəndaşların qarşılıqlı öhdəliklərini yerinə yetirmirlər. Yəni, verilən məbləğdən daha çox qızıl və zinət əşyaları alırlar. Bütün hallarda qızıl və zinət əşyalarının məbləği verilən borcdan 1.5 – 2 dəfə çox olur».
Vüqar Bayramov bildirir ki, lombardların fəaliyyətinə ciddi nəzarət edilməlidir: "Çünki, əgər lombardlar öz öhdəliklərini tam olaraq yerinə yetirmir və bəzi hallarda ölkədən qaçırlarsa, buna nəzarət etmək imkanı çətin olur. Lombardların qurulması və lombard fəaliyyəti Azərbaycan qanunvericiliyi əsasında aparılır. Sadəcə burada problem ondan ibarətdir ki, lombard fəaliyyəti ilə məşğul olanların sayının çox olması və onların fəaliyyətinə nəzarətin zəif olmasıdır. Baxmayaraq ki, Azərbaycan qanunvericiliyində lombardlar xüsusi lisenziya əsasında fəaliyyət göstərirlər. Amma təəssüf ki, lombardların fəaliyyətə nəzarət mexanizmləri zəifdir. Lombardlar məhz nəzarətin zəif olmasından istifadə edərək vətəndaşları aldadır. Bəzi hallarda onlar öz yerlərini asanca dəyişə bilirlər. Çünki, banklardan fərqli olaraq adətən onların kiçik otağı olur. Həmin otaqlar da icarəyə götürülür. Ona görə də başqa yerə köçmə və eyni zamanda ölkəni tərketmə riskləri yüksək olur. Hər halda lombard fəaliyyəti ilə məşğul olmaq üçün şərtlərin ağırlaşdırılmasına ehtiyac var. Lombard üçün minimum nizamnamə kapitalı tələb olunmur. Amma bununla belə vətəndaşların aldadılmasının qarşısını almaq üçün lombardların öhdəliyini artırmaq lazımdır. Bu öhdəlik o formada ola bilər ki, lombardlar fəaliyyətə başlayan zaman xüsusi lisenziyanın alınması üçün yalnız vəsait ödəməsin. Eyni zamanda öhdəliklərinə sadiq qalması üçün həmin qurumlar qarşısında müəyyən girovla çıxış etsinlər. Ona görə də qaydaların təkmilləşməsinə və sərtləşdirilməsinə ehtiyac var ki, lombardlar vətəndaşlar qarşısındakı öhdəliklərinə ciddi əməl etsinlər".
Digər iqtisadçı ekspert Nazim Məmmədov bildirir ki, lombardların fəaliyyəti qanunla tənzimlənir: "Lombardlar hüquqi və bank hesabları olan fiziki şəxslər olur. Vəsaitləri inkossasiya vasitəsi ilə banklara götürürlər. Adətən lombardlar qızıl – zinət əşyalarının girov götürülməklə kiçik kreditlər verirlər. Əgər lombardlarda hansısa aldatma hadisəsi baş veribsə, həmin işçilərin məsuliyyətsizliyindən xəbər verir. Bu halda onların lisenziyasının alınması üçün müxtəlif tələblər mövcuddur. Tələblərdə də bütün təhlükəsizlik məsələləri ön plandadır. Kiçik yaşlı insanların və yaxud da lombardların oğurluq etməsi cəmiyyət üçün ciddi sosial siqnaldır. Gənclərin məşğulluğu ilə bağlı cənab Prezident qeyd edib ki, 1.1 milyondan artıq iş yeri açılıb. Bunlar davam etdirilməlidir. Əslində, ümumi bank institutunun yaxşı işləmədiyi, əhalisinin sosial durumu yaxşı olmayan ölkələrdə lombardlar çox olur. Vətəndaşlar gələcək üçün yığım kimi topladıqları qızıl – zinət əşyalarını bu gün xərcləməyə məcburdurlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5113   Tarix: 20 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018