Milli Qəhrəmanın qardaşı qızı: Əmim məni satdı

Milli Qəhrəmanın qardaşı qızı: Əmim məni satdıAzərbaycanın Milli Qəhrəmanı, Goranboy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Maşallah Abdullayevə qarşı ciddi ittiham irəli sürülüb.

Maşallah Abdullayevin qardaşı Nadir Abdullayevin qızı Vüsalə Abdullayeva APA-ya açıqlamasında 20 il öncə əmisi tərəfindən yüksək məbləğ qarşılığında Türkmənistana satıldığını iddia edir. 1979-cu ildə Bakıda anadan olan Vüsalə Nadir qızı Abdullayevanın sözlərinə görə, anadan olandan az sonra atası ilə anası ayrılıb: "Bundan sonra anam məni Goranboy Rayon Prokurorluğunun binasının qarşısına atıb. Atama zəng ediblər, atam gəlib məni aparıb. Əmzikli olduğuma görə yenidən anama qaytarıblar ki, müəyyən yaşa kimi saxlasın. Anam 4 yaşımda olanda məni yenidən atamın üstünə atıb. Atam isə başqası ilə evi olduğu üçün mənə baxmayıb, nənəmin himayəsində qalmışam. Az sonra atam həbs olunub. Əmim Maşallah Abdullayev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olanda onun evində Aydın adlı bir kişi çalışırdı. Aydının bacısı olan Vilə xanım Türkmənistanda yaşayırdı. Əmim Aydınla birlikdə həmin qadına zəng vurdu ki, gəlib məni aparsın. Əmim o qadına deyib ki, məni aparıb öldürsün ki, bir daha buralara qayıtmayıb. Məni həmin vaxt Türkmənistana göndərdilər. Azərbaycanda mənə sənəd düzəldildi və həmin qadının 1974-cü il təvəllüdlü qızı Sarıbaşova Mətanət İlyas qızı kimi onunla birlikdə Türkmənistana göndərildim".

V. Abdullayevanın sözlərinə görə, Türkmənistana gedəndə onun 12-13 yaşı olub. Orada onu 45 yaşlı zavod direktoruna satıblar: "Bunun əvəzində Rafat adlı həmin kişidən 1 otaqlı ev aldılar. Mənə isə başımı qatmaq üçün oyuncaq ayı verildi. Türkmənistanda yaşayan, azərbaycanlı olan həmin kişi məni tez-tez döyürdü, əlimin üstündə bıçağın izləri indiyə kimi qalır. Bir müddətdən sonra isə Vilə məni 500 dollara Əhməd adlı birinə satdı. Sonradan başqa müştərilərin olmadığını görüb mənə yalandan toy edildi. Hərbi batalyondan əsgər gətirib toy elədilər, oğlan toydan sonra çıxıb getdi. Sonra isə həmin qadın məni Özbəkistana gətirib rəfiqəsinin qohumuna satdı. Orada 2 uşağım oldu. Oğlum 1995, qızım 1997-ci il təvəllüdlüdür. Bir neçə ildən sonra uşaqlarımı da götürüb Azərbaycana gəldim. Əmimdən kömək istədim ki, bizə yardım etsin. Onlar isə mənə bilet alıb, yenidən pulsuz-parasız Özbəkistana göndərdilər. Özbəkistana qayıdıb ailəmlə barışdım. Lakin yoldaşım üstümə ikinci arvad aldı. Ondan da 2 uşağı oldu. Bundan sonra yaşamadım. 2004-cü ildə Bakıya gəldim. Lakin heç kim məni istəmədi. Əmimin yanına getdim ki, bütün bu işləri sən eləmisən, indi də mənə köməklik et. Etmədi. Goranboyun Kəpənəkli kəndində hamı bu məsələni bilir, kimdən soruşulsa, deyəcək".

V. Abdullayeva bu vaxta kimi niyə susmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, əldən-ələ satıldığı və müxtəlif təzyiqlərə məruz qaldığı üçün çox qorxub: "Sonradan Özbəkistanda övladlarım dünyaya gəldi. Onlar olandan sonra uşaqların böyüməsi və tərbiyəsi ilə məşğul oldum. Lakin 2004-cü ildə Bakıya gələndən sonra əmimə kömək üçün müraciət edəndə o mənim Özbəkistan vətəndaşı olmağımı təsdiqləyən sənədlərimi yandırdı, Azərbaycanın şəxsiyyət vəsiqəsini düzəltdirdi. Artıq bundan sonra mən Özbəkistana qayıda bilmədim. Çünki Özbəkistanda Sarıbaşova Mətanət İlyas qızı kimi qeydiyyatda idim, Azərbaycanda isə Abdullayeva Vüsalə Nadir qızı adı ilə şəxsiyyət verildi. Bundan sonra əsas problemlər yarandı və bir daha Özbəkistana qayıtmaq mümkün olmadı. Əmim Milli Qəhrəman olduğu üçün bu məsələyə ciddi yanaşmırlar. Mən isə əmimin etdiyi hərəkətlərə görə layiqli cəzasını almasını istəyirəm".

Maşallah Abdullayevin APA-ya açıqlaması isə başqa məqamları ortaya çıxarıb: "Həmin qız mənim narkoman qardaşımın narkoman balasıdır. Mən heç vaxt belə iş tutmamışam. Vüsaləni anam saxlayıb. Hələ uşaq vaxtlarında bir neçə evdən oğurluq etdi. Sonra onun atası, qardaşım Nadir qızını Aydın adlı əsgərlik yoldaşının Türkmənistanda yaşayan bacısına verdi. Özü aparıb verdi ki, mən bu qızı öldürəcəyəm, sən onu saxla. Atası qızını Türkmənistanda anasının yanına yollaması ilə bağlı aldığı sənədlər əsasında, öz metrikası və şəhər sovetindən aldığı arayışla göndərib. Həmin qadın da onu öz balası kimi 17 yaşına kimi saxlayıb. Onun bizə yazdığı məktublar da var. İndi isə çıxıb ortaya. Goranboyda Əkbərov Rasim, Ağa adlı "57-lər" deyilən insanlar var. Vüsalə onlarla bizimkiləri qorxudur. Həmin "57-lər" hazırda bu qızı maliyyələşdirir. O vaxt onlar terror hazırlasalar da, alınmadı. Bütün goranboylular bilir ki, vəziyyət necədir. Vüsalə indi nə üzlə gəlib harasa müraciət edir? Onun ağlı yerində deyil. Özü də 3 il məhbus həyatı yaşayıb. O narkomandır, nəşə üstündə tutulub. Atası 3-cü dəfə məhkum olunub, hazırda da həbsdədir.
Mən ona balam kimi yanaşmışam. Mənim pulum yox idimi, o qədərmi ağılsız idim ki, qardaşım qızını satam? Onlar bu gün Maşallahın ölümü üçün işlər görürlər. Baş Prokurorluğa müraciət etsələr də, mən hər şeyə hazıram, qoy eləsinlər. Onun yazdığı məktublar var və orada qeyd olunur ki, "Əmi, məni atam satdı". Müəyyən müddət Özbəkistanda qalandan sonra Azərbaycanda atasına, narkomanlara nəşə gətirmək üçün gəlib. İkinci dəfə gələndə sənədləri yerində olmayıb. Ona kömək eləmişəm, öz evimə qeydiyyata saldırıb, ona şəxsiyyət vəsiqəsi almışam. Dayım qızı Şəkər xanım onu aeroportda aparıb, 1000 dollar da verib, yola salmaq istəmişik. Amma o, Şəkər xanıma təzyiq göstərərək qaçıb, bir gecə bacımın evində qalıb. Səhər isə onların qızıl-zinət əşyalarını, 3 min dollar və digər əşyaları götürüb qaçıb. Ona bu gün heç kim yaxın durmur. O, hər əməldən çıxan adamdır".

Qeyd edək ki, V. Abdullayeva hazırda "Təmiz dünya" İctimai Birliyinin himayəsində saxlanılır. İctimai Birliyin sədri Mehriban Zeynalova isə APA-ya bildirib ki, bu iş üzrə məsələ qaldırılacaq: "Bununla bağlı 2011-ci ildə Goranboy Rayon Prokurorluğuna müraciət edilsə də, iş məhkəməyə gedib çıxmayıb. Polis işi araşdırıb və qərar çıxarıb ki, əməldə cinayət tərkibi olmadığından işə xitam verilsin. Hazırda Abdullayeva Vüsalə Nadir qızının dedikləri əsasında məktub hazırlanır. Bu məktub yaxın vaxtlarda Respublika Prokurorluğa göndəriləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6188   Tarix: 16 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 129
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 125
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 193
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

02.05.2024 984
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 533
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 287
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

02.05.2024 895
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

02.05.2024 148
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 489