Azərbaycanlı model:Heç bir sponsordan ədəbsiz təklif almamışam (Fotolar)

İspaniyada modellik etdiyin halda niyə Azərbaycana qayıtdın?

- İspaniyada modelliyə başlayanda 16 yaşım vardı. Modellik kurslarına gedirdim, podiumlara çıxırdım. Əslində İspaniyada yaşasam da, Azərbaycana tez-tez gəlirdim. Bir dəfə burada "Miss Azerbaijan" gözəllik müsabiqəsinin keçirildiyini gördüm. Qərara aldım ki, mən də qatılım. Amma müsabiqənin şərtlərinə görə, tatuajlı qızların yarışda iştirakına icazə verilmirdi. Mənim isə tatuajım var idi. Əvvəlcə dedilər ki, eybi yox, anketə qeyd et ki, tatuajın yoxdur. Amma sonra bunun üstü açıldı və məhz bu səbəbdən yarışdan uzaqlaşdırıldım. Mən də onlarla dava etmişdim. Çünki seçdikləri qızların əksəriyyəti plastik əməliyyat etdirmiş, silikonlu idilər. Buradakı qazancın İspaniyaya nisbətən daha yaxşı olduğunu gördüm. Bu səbəbdən vətənimdə qalıb işləmək istədim.

- Və sonra "Azəri top model" müsabiqəsinə qatıldın...

- Bu müsabiqədə özümə çox güvənirdim. Inanırdım ki, qalib olacağam və oldum da.

- Həmin yarışmada sənin birincilik üçün beş min manat verdiyin haqda xəbərlər yayılmışdı.

- Müsabiqə sms yolu ilə keçirilirdi. Buna görə də orada yalan, saxtakarlıq mümkün deyildi. Mən də kontur alıb özümə səs verirdim. Tanışlarım, qohumlarım, məni bəyənən insanlar da səs göndərirdi. Beləcə, mən də qalib seçildim. Hətta sonda səs faizlərini də mənə göstərdilər, hər şey çox şəffaf keçmişdi. Onu da etiraf edim ki, bu, qatıldığım sonuncu müsabiqə olacaq. Mənə birincilik lazım idi, onu da əldə etdim.

- Azərbaycanda model biznesinə çox da ciddi yanaşılmır. Yəqin sən də belə problemlərlə qarşılaşırsan...

- Doğrudur, bizdə modellərə olan münasibət heç də ürəkaçan deyil. Model biznesinə dırnaqarası baxırlar. Halbuki modellik çox gözəl və incə bir peşədir. Bu peşəni qeyri-ciddi edən elə modellərimizin özüdür. Modellərimizin qüsurları çoxdur. Plastik əməliyyat etdirib, silikon taxtıran birisindən model olmaz. Amma belələri podiumları bəzəyirlər. Bizdən əvvəlki modellərimizdə də günah var. Onlar gənc modellərə irəli getməyə dəstək olmaqdansa, ayağından çəkirlər. Qəbul etmək istəmirlər ki, onların dövrü çoxdan keçib. Mən də müəyyən yaşdan sonra bu sahədən gedəcəyəm. Bu, daimi bir iş deyil. Onda mən hansısa bir gənc qıza model olmaq üçün kömək edəcəyəm.

- Bəs, modellərin sponsorların hesabına özlərini reklam edib, gündəmdə qalması barədə nə fikirləşirsən?

- Bugünə kimi nə qazanmışamsa, hamısını öz gücümə etmişəm. Avtomobilim var, podiumlara dəvət alıram. Buna görə heç kimin köməyindən istifadə etmirəm. Mənim özümə də sponsorluq təklif edənlər olur. Amma mənim sponsor hesabına yüksəlmək niyyətim yoxdur. Bugünə kimi heç bir sponsordan ədəbsiz təklif almamışam. Çünki mənim tərbiyəm var. Amma bəzi modellər özlərini aparmağı bacarmırlar. Bax, həmin insanlara ədəbsiz təkliflər olur. Çünki onlar buna şərait yaradır. Model oturuşuna, duruşuna fikir verməlidir. Belələri model biznesinin adını batırırlar.

- Yerli modellərimizdən kimi bəyənirsən?

- Mən Azərbaycanda iki model tanıyıram: Səbinə Allahverdiyeva və İlqar Əliyev. Başqalarına isə sadəcə gülürəm. Çünki nə çəkilişə gedirlər, nə podiuma çıxırlar, evdə oturub özlərinə model deyirlər. Bəzən də görürsən ki, boyu 1.65-dir, deyir ki, mən manikenəm. Belələrinə fotomodel və model anlayışını izah etmək lazımdır. Çünki özlərini gülünc vəziyyətə qoyurlar.

- Bir ara model Maya ilə aranızda söz-söhbət yaranmışdı. Nə baş vermişdi?

- "Azəri top model" müsabiqəsində olanda biz çox əziyyət çəkirdik: çəkilişlərə gedirdik, bütün günü məşqlər edirdik, yemək yemir, pəhriz saxlayırdıq. Müsabiqənin ortasında Maya çəkiliş adı ilə Türkiyəyə getdi. Amma mən bilirdim ki, Maya ora nə məqsədlə getmişdi. Geri döndükdən sonra müsabiqəni qaldığı yerdən davam etdi. Belə bir haqsızlığa çox əsəbiləşmişdim. Hər yerdə məni model kimi görmədiyini deyirdi. Bu da məni qıcıqlandırdı və onun Türkiyəyə əslində nə üçün getdiyini açıb hər kəsə dedim.

- Modelliklə yanaşı həm də aktrisa kimi özünü sınadın. Səncə, hansı daha yaxşı alındı?

- "Qaranlıqlar çiçəyi" serialına kastinq yolu ilə seçildim. Orada çox modellər var idi, amma keçmədilər. Aktrisalıq üçün istedad lazımdır. Mən özümdə bu istedadı görürəm. Mənə aktrisalıq daha yaxındır. Modellik isə sadəcə bir hobbidir. Bu yaxınlarda gürcüstanlı rejissordan filmə çəkilmək təklifi almışam. Əgər razılaşsaq, işbirliyinə başlayacağıq.

- Özünü peşəkar model hesab edirsən?

- Mən dünən yerimdən durub model olmamışam. Adını peşəkar qoyanlardan daha çox təcrübəm var. Digər modellər kimi pul verib jurnallarda şəkillərimi yaymıram. Bir model üçün bundan böyük biabırçılıq ola bilməz. Mən pulla özümü reklam etmirəm, əksinə, mənə pul verirlər.

- Açıq-saçıq fotosessiya təklifi alsan razılaşarsan?

- Avropada olsa, razılaşardım, amma burada yox. İspaniyada çimərlik geyimində podiuma çıxmışam. Bir dəfə təklif etmişdilər, amma razılaşmadım.

- Bildiyimə görə, çalışdığın model agentliyi ilə aranızda narazıçılıq olub və sən ordan ayrılmısan...

- Agentliklərlə işləmək sərf etmir. Çox haqsızlıq edirlər. Əziyyəti model çəkir, qazancın çoxunu isə onlar götürür. Faizi az götürsələr, daha yaxşı olar. Buna görə də sərbəst olaraq işləyirəm. Şükür ki, artıq məni tanıyırlar, çox təkliflər alıram.

- Bir az da gələcək planlarından danış...

- Məşhur model Tayra Benksə pərəstiş edirəm. Gələcəkdə onun kimi "Top Model" verilişi açıb, istedadlı qızlara dəstək olmaq istəyirəm. Bunu edəcəyimə inanıram. Mən Züleyxa Akçurinanın yerinə olsaydım, indi belə veriliş açıb model olmaq istəyənlərə dəstək olardım. Azərbaycanlı model:Heç bir sponsordan ədəbsiz təklif almamışam (Fotolar)Azərbaycanlı model:Heç bir sponsordan ədəbsiz təklif almamışam (Fotolar)Azərbaycanlı model:Heç bir sponsordan ədəbsiz təklif almamışam (Fotolar)Azərbaycanlı model:Heç bir sponsordan ədəbsiz təklif almamışam (Fotolar)Azərbaycanlı model:Heç bir sponsordan ədəbsiz təklif almamışam (Fotolar)Azərbaycanlı model:Heç bir sponsordan ədəbsiz təklif almamışam (Fotolar)Azərbaycanlı model:Heç bir sponsordan ədəbsiz təklif almamışam (Fotolar)Azərbaycanlı model:Heç bir sponsordan ədəbsiz təklif almamışam (Fotolar)Azərbaycanlı model:Heç bir sponsordan ədəbsiz təklif almamışam (Fotolar)Azərbaycanlı model:Heç bir sponsordan ədəbsiz təklif almamışam (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10884   Tarix: 15 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059