"Ərim qəzetdə şəklimə baxıb "arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır" - (Foto)

Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay "Milliyet" qəzetinin suallarını cavablandırıb. Publika.Az həmin müsahibəni oxuculara təqdim edir.

Şəxsi həyatı, oğlu və keçmiş həyat yoldaşı ilə bağlı suallara səmimiyyətlə cavab verən Yeşilçay gözəlliyinin də sirrini açıqlayıb.

"MƏNİMKİ ÖKÜZ KİMİ YEYİR"

- Yeçilçay necə anadır? Siz də başqa analar kimi qaşıq əlinizdə uşağınızın arxasınca qaçırsınız?
- Xeyr, məncə, Allah hamının özünə görə uşaq verir. Mənim uşağım öküz kimi yeyir. Mən adət etdiyimiz anaların əksinə olaraq "Bəsdir, yemə" deyirəm.

- Övladınızla birlikdə necə vaxt keçirirsiniz?
- Çox əyləncəli. Serial çəkilişləri bitdikdən sonra İngiltərəyə getdik. Oğlumla əvvəlcədən razılaşırıq. Bütün pulumuzu ortaya qoyuruq. Həmin pula nələr etmək mümkündürsə onu edirik. Oğlum bir qram da ərköyün uşaq deyil. Özünə deyirəm, "Filan qədər pulum var. Bu pula ləzzətli yemək istəyirsən, oyuncaq almaq istəyirsən, ya kinoya getmək?" O da istədiyini seçir. Bahalı bir şey istəsə, açıqca ona pulumuzun olmadığını deyirəm. Mənim bir sözlə, şəhanə oğlum var. Onu çox sevirəm.

"BOŞANMAMIŞDAN ƏVVƏL QORXURDUM"

- Tənha ana olmaq sizə yük olmadı ki?
- Boşanmamışdan əvvəl qorxurdum. Amma sistemimi qurduqdan sonra heç bir çətinliyin olmadığını gördüm. Sən daxilən xoşbəxt və rahatsansa, övladın da xoşbəxt olacaq. Əminəm ki, oğlum biz boşandıqdan sonra daha xoşbəxt uşaq oldu. Çünki, hələ ayrılmamışdan əvvəl həyat yoldaşımla aramızda mübahisələr olurdu. Bəzən evdə yüksək səslə mübahisə edirdik. Uşaq da bundan təsirlənərək özünə qapanırdı. İndi tək öz həyatımı yaşayıram. İşlərim yerindədir. Hər şey çox mükkəmməldir. Bir də ki, mənim həyatdan elə də böyük gözləntilərim yoxdur. Ailəli olduğum müddətdə elə bilirdim ki, həyat bu cür sıxıcı davam edəcək. Düzdür, ailə qurduğum ilk vaxtlar hər şey möhtəşəm idi. Çox gözəl günlərim də oldu, amma ailəli olanda hər anın sevincini yaşaya bilmirsən.

- Atdığın hər addımda övladını düşünürsən?
- Düşünmürəm desəm, yalan olar, amma mən də bir fərdəm. Oğlum Nejat üçün hər şey edə bilərəm. Ancaq sonra "Səndən ötrü saçımı süpürgə elədim" demək istəmirəm. Birdən oğlum da "Etməyəydin" deyə mənə cavab versə, nə deyərəm? Düzdür, oğlumla eyni evi bölüşürük, o mənim canım-ciyərimdir, amma onun üstünə çox yük yükləmək istəmirəm. Mənim öz həyatım, onun da öz həyatı var. Biz bir-birimizin ən yaxın qohumuyuq.

"ANAMI ÖZÜMƏ NÜMÜNƏ GÖTÜRMÜRƏM"

- Ana olaraq kimi özünüzə model seçirsiniz? Məsələn, öz ananızı nümunə götürürsünüz?
- Anamı xüsusi olaraq özümə nümunə götürmürəm. Çünki anam bizdən ötrü özünü öldürürdü. İndi də deyirəm ki, mən istədiyim anda anam mənim yanımda ola bilmirsə, bu anamın günahıdır. Biz yeyək, o, yeməsin, biz geyinək, o, geyinməsin. Anam 53 yaşında dörd uşağa baxmaqdan öldü. Övladımı dünyaya gətirəndə anamın yanımda olmağını istəyirdim. Anam yaşasaydı, ona "Bizdən ötrü saçını süpürgə etməyəydin" deyə bilərdim.

"KEÇMİŞ ƏRİMİN FOTOLARIMLA BAĞLI DEDİKLƏRİ XOŞUMA GƏLDİ"

- Nə vaxtsa kiminləsə görüntülənsəniz və ya mətbuatda fotolarınız çıxsa... Hər kəsi keçmiş həyat yoldaşının buna münasibəti maraqlandırır. Buna sizin münasibətiniz necədir?
- Çünki keçmiş həyat yoldaşım Cem Özər boşandıqdan sonra həddindən çox danışdı. Hər şeyə münasibət bildirirdi. Mən heç vaxt jurnalistlərin suallarını cavablandırmırdım. Bir dəfə "ayrıldıq" dedim, bitdi. Hətta yadımdadır, bir dəfə müxbir mənə sual verəndə "Məndən niyə soruşursunuz, gedin Cemə sual verin" dedim. Ancaq son şəkillərim haqqında Cemin dediklərini çox bəyəndim. Sağ olsun, ən azından mənə sataşmayıb. Cem hər şey deyə bilər. Məsələn, şəkilə baxıb "Keçmiş arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır. (Nurgül Yeşilçayın mətbuatda yayılan cazibədar şəkillərinə münasibət öyrənən jurnalistlər Cem Özərdən soruşublar ki, bu fotolara baxdıqdan sonra "belə gözəl qadını əldən qaçırdım" deyibmi. Cem Özər isə bu suala olduqca maraqlı cavab verib: "Niyə elə deməliyəm ki? Mən Nurgüllə bağlı hər şeyi bilirəm. Biz təbii yolla övlad sahibi olmuşuq. Oğlumuz Osman Nejatı leyləklər gətirməyib").

- Bəs siz keçmiş həyat yoldaşınıza "artıq bu məsələlər haqqında danışma" deyə bilmirsiniz?
- Çox demişəm, amma nə faydası var. Yenə də danışır. Bu adam sadəcə danışmağı sevir. Hamımız Cem Özəri yaxşı tanıyırıq.

"ARAQ ÜZÜMÜ MÖHTƏŞƏM EDİR"

- Gözəlliyiniz üçün deyəsən bir sıra təbii reseptləriniz var. Dərinizi bu qədər təravətli saxlamaq üçün nələrdən istifadə edirsiniz?
- Badam südü ilə üzümü hər gün təmizləyirəm. Tonik kimi süd, limon istifadə edirəm. Vacib bir gecədə iştirak edəcəmsə, üzümə yumurta ağı vururam. Saçlarımı balla yuyuram. Mənə inanın, şampunun içinə bir miqdar bal əlavə edin, saçlarınız inanılmaz dərəcədə gözəl olacaq.

Bir də araq və limon. İçirəm, bir az da üzümə vururam. Bax bu dediklərim illərin təcrübəsidir. Ruslar bu işi yaxşı bilirlər. Araq hər şeyin dərmanıdır. Bunu da oğlumun rus dayəsindən öyrənmişəm. Oğlum xəstələnən kimi uşağın boğazına araq sürtürdü, həmin andaca uşaq sağalırdı.

"AKTRİSA OLMASAYDIM, ÇOX ZÖVQSÜZ GEYİNƏRDİM"

- Gündəlik həyatda necə geyinirsiniz? Deyəsən, sabit imiciniz yoxdur...
- Mən Türkiyənin ən məşhur məhəlləsi Bəbəkdə yaşayıram. Birdən ürəyimdən mağazaya gedib çörək almaq keçir. Bundan ötrü də gedib makiyaj etmək istəmirəm. Ev paltarım ilə mağazaya gedib çörək alıram. Bircə unutduğum bir şey var ki, yaşadığım məhəllə ən məşhur yerdir. Aktrisa olmasaydım yəqin ki, çox zövqsüz geyinərdim. Düzdür, gözəl geyinib bəzənməyi çox sevirəm, amma tənbəllik edirəm.

- Oğlunuz sizi bəyənir?
- Oğlumdan eşitdiyim tərifləri həyatda heç kimdən eşitməmişəm. Oğlum qəzetdə Monica Belluccinin şəklini görəndə "Ana, bu sənsən?" deyir...
"Ərim qəzetdə şəklimə baxıb "arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır" - (Foto)"Ərim qəzetdə şəklimə baxıb "arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır" - (Foto)"Ərim qəzetdə şəklimə baxıb "arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır" - (Foto)"Ərim qəzetdə şəklimə baxıb "arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır" - (Foto)"Ərim qəzetdə şəklimə baxıb "arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır" - (Foto)"Ərim qəzetdə şəklimə baxıb "arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır" - (Foto)"Ərim qəzetdə şəklimə baxıb "arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır" - (Foto)"Ərim qəzetdə şəklimə baxıb "arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır" - (Foto)"Ərim qəzetdə şəklimə baxıb "arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır" - (Foto)"Ərim qəzetdə şəklimə baxıb "arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır" - (Foto)"Ərim qəzetdə şəklimə baxıb "arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır" - (Foto)"Ərim qəzetdə şəklimə baxıb "arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır" - (Foto)"Ərim qəzetdə şəklimə baxıb "arvadımın büsqalterini bəyəndim" deyə biləcək insandır" - (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9799   Tarix: 12 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875