Körpəni qucağa almaq düzgündürmü?

Körpəni qucağa almaq düzgündürmü?Necə olsa qoyuram öz-özünə oynayır" deyərək körpələrin uzun müddət tək qalması düzgün deyil
Körpənin qucağa alınmasıyla əlaqədar fərqli fikirlərin olması ana namizədlərini çaşdıra bilər. Bəzi fikirlərə görə körpə mümkün qədər az qucağa alınmalıdır ki, qucağa öyrəşməsin və ana rahat olsun. Bəzi yanaşmalar isə bunun tam tərsini, analara körpələri hələ ana qarınındaymış kimi uzun zaman demək olar ki, yapışıq bir həyat keçirməsini təklif edir.

Körpə ananın qarınına düşdüyündən etibarən (bəlkə də çox daha əvvəl) ananın zehinində bir yerə sahib olmağa başlayır. Bu "yer" ananın öz psixoloji vəziyyəti, bir körpə sahibi olmaqla əlaqədar duyğuları, hazırlığı, öz uşaqlığı və böyüdülmə tərzi ilə, öz ana atası, həmçinin yoldaşı ilə əlaqəsinə əsasən müəyyən edilir. Ananın özü bir körpə sahibi olmaq mövzusunda nə qədər qayğıdan uzaqdırsa, yoldaşıyla birlikdə nə qədər mehriban münasibətdədirsə, ayrıca öz uşaqlıq dövrü ilə əlaqədar emosional qarşıdurmaları nə qədər azdırsa, körpəsinin də sakit olma ehtimalı bir o qədər yüksəkdir.

Ana özünü rahat və dinc hiss edirsə, körpənin ehtiyaclarını qarşılamaq mövzusunda daha uğurlu olacaq. Ehtiyacları qarşılanan körpə daha dinc və sakit olacaq. Körpə üçün əvvəllər çox yeni və aydın olmayan, bəlkə də təhlükəli kimi görünən dünya, ananın qayğısı və sevgisi sayəsində yavaş yavaş etibarlı bir yerə çevrilməyə başlayır. Beləcə güvən duyğusu yaranır. Güvən duyğusu inkişaf etdikcə və körpə sakitləşdikcə, başlanğıcda bəlkə də davamlı qucaqda olmaq istəyən körpə artıq daha çox ayrı qala bilir. Çünki artıq bilir ki, yenidən nəyəsə ehtiyacı olduğunda ana ehtiyacını qarşılamaq üçün yanında olacaq.

Güvən duyğusu çox əhəmiyyətlidir:
Güvən duyğusu inkişaf edən körpə yavaş-yavaş anadan ayrı daha çox vaxt keçirir. Ətrafındakılara diqqət etməyə başlayır. Gülümsəməyə, iməkləməyə, getməyə, dünyanı kəşf etməyə başlyır. Onu müşahidə edən ana də körpənin yeni ehtiyaclarını görür, onları qarşılayır və körpəni təbii olaraq daha çox sərbəst buraxa bilir. Əvvəllər körpə ağladığı anda qucağına alıb döş verərkən, artıq əlindəki işini bitirə bilmək üçün bəlkə də körpəsinin bir iki dəqiqə sızlanmasına icazə verə bilir. Onu da qeyd edək ki, körpə nə qədər çətin sakitləşən bir körpə olsa da ananın göstərdiyi maraq və qayğı nəticəsində çətin bir körpə ilə ana arasında zaman keçdikcə bir harmoniya yaranır. Ana körpəsinə, körpə də anasına uyğunlaşır. Bu səbəblədir ki, analar körpələrinin nə vaxt və niyə ağladığını ağlama şəkillərindən və səs tonlarından başa düşürlər.

Düsturu yoxdur:
Bütün bunları nəzərə aldıqda hər bir körpə üçün filan qədər qucağa alınmalıdır kimi bir düstur olmadığını görürük. Bəzi körpələr davamlı qucaqda tutulmaq istəyir, bəziləri isə daha çox ayrı qala bilir. Əgər körpənin psixoloji inkişafı yolunda gedirsə zaman keçdikcə daha az qucaq istəyəcəyini görəcəksiniz. Digər tərəfdən, uşağın inkişaf dövrlərini bilmək də qucaq mövzusunda əhəmiyyətlidir. Məsələn 7-8 ay ərzində körpədə xaric qorxusu inkişaf etdiyi üçün o, daha çox qucaq istəyə bilər. 18 və 24 ay arasında anaya təkrar bir bağlanma yaranar və daha çox qucağa ehtiyac duya bilər. Bu hallar tamamilə normaldır.

Qucağa almamaq da düzgün deyil:
Uzun müddətlərlə qucağa alınmamaq da körpələr üçün olduqca təhlükəli ola bilər. Xüsusilə bəzi amerikan məktəblərində körpənin yatızdırılması ilə əlaqədar uzun müddət qucağa alınmaması və körpənin buna vərdiş etməli olduğu tövsiyə edilir. Həqiqətən də körpə buna qısa bir zamanda öyrəşər. Lakin eyni zamanda körpədə ətrafla əlaqədar neqativ hisslər inkişaf edə bilər. Körpə belə hiss edər: "Qorxuram, ehtiyaclarımın da qarşılanması lazımdır, nə qədər ağlasam da kimsə gəlmir, bura etibarlı bir yer deyil." Belə hallarda körpələrdə inamsızlıq, rahat ayrı qala bilməmək kimi hallar meydana gələ bilər və sakitləşə bilmək üçün daha çox qucağa ehtiyac duya bilərlər.

Uşaqlar üçün tək qala bilmə imkanlarının inkişafı əhəmiyyətlidir. Lakin yenə də körpəlik dövründə diqqətli olmaq lazımdır. "Necə olsa qoyuram öz-özünə oynayır" deyərək körpələrin uzun müddət tək qalması düzgün deyil. Bəzi körpələr uzun müddət tək qala bilir kimi görünə bilərlər amma bəlkə də özünə göstərilən diqqətin miqdarını qəbul etməyə və buna öyrəşməyə çalışırlar. Bu vəziyyət isə körpənin gələcəyi üçün olduqca təhlükəlidir və bir çox mənfi nəticələri ola bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3256   Tarix: 20 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164