Firon III Ramzesin qətlinin sirri açıldı

Firon III Ramzesin qətlinin sirri açıldıİtaliyanın Bolsano Mumiyalar İnstitutunun arxeoloqları fironun və onun oğlu ehtimal olunan şəxsin mumiyalarını tədqiq edərkən belə qənaətə gəliblər. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.
Alimlər kompüter tomoqrafiyasının köməyi ilə fironun mumiyasını "işıqlandırarkən" onun boynunda 7 santimetr uzunluğunda dərin kəsilmiş yara aşkar ediblər. Bu dərin yara onun nəfəs borusunun və bütün iri qan damarlarının kəsildiyini göstərir. Yaranın daxilində amulet (çar hakimiyyətinin simvolu) aşkar edilib. Deməli, yara mumiyalanmaya qədər sağalmayıb.

Mənbələrə əsasən, hökmdarı doğma oğlu Pentaver və arvadlarından biri Teye adlı qadın devirib. İndiyə qədər onun çevrilişdən sağ çıxdığı və ya sui-qəsdçilər tərəfindən öldürüldüyü məlum deyildi. Alimlərin tədqiqatları isə III Ramzesin öldürüldüyünə şahidlik edir. Haqqında söhbət gedən hadisələr e.ə. XII-XI əsrlərə aiddir.
III Ramzesin həlak olduğu şəraiti aydınlaşdırandan sonra alimlər onun qatili olduğu güman edilən mumiyanın analizinə keçiblər. Arxeoloqlar mumiyaların sümüklərindən genetik material götürərək onları müqayisə ediblər. Analiz firon və 18-20 yaşlarındakı kişinin ata və oğul olduqlarını təsdiqləyib.

Daha sonra alimlər tomoqraf şəkillərini araşdıraraq onun oğlunun ölümünün sirrini açmağa çalışıblar. Bu, onun bir qədər qeyri-adi şəraitdə dəfn olunduğunu aydınlaşdırmağa imkan verib.
Əvvəla, mumiyalanma prosesi zamanı onun daxili orqanları və beyni çıxarılmamışdı ki, bu da həmin dövrdəki dəfn mərasimləri haqqında bütün təsəvvürlərə zidd idi. Bundan başqa, gənc adamın bədəni keçi dərisinə bükülmüşdü. Bu da hökmdar ailəsinin üzvləri üçün dəfn mərasimləri nöqteyi-nəzərindən "çirkli" hesab edilirdi.
İkincisi, alimlər onun boğazında bir çox qırış və batıqlar tapıblar və onun döş qəfəsi qeyri-adi dərəcədə genişlənmişdi.

Qeyri-adi dəfnlə birlikdə bu fakt alimlərə bu gəncin ya diri-diri basdırıldığını, ya da basdırılmağa az qalmış boğulduğu fərziyyəsini irəli sürməyə imkan verir.
Beləliklə, III Ramzesin həqiqətən də arvadı Teye və oğlunun başçılıq etdiyi sui-qəsdçilər tərəfindən öldürüldüyü aydın olub. Tədqiqatçıların fikrincə, bu məlumatlar misirşünaslara çevrilişdən, Teye və onun cani yoldaşlarının əməllərindən bəhs edən "Turin papirusu" adlandırılan qədim mənbədəki bəzi anlaşılmayan və ya ikimənalı ifadələrin şifrəsini açmağa kömək edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3455   Tarix: 07 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660