Qadınlar onu xilaskar sayırlar, ancaq...

Qadınlar onu xilaskar sayırlar, ancaq...İstənilməyən tüklərdən qurtulmanın bir çox yolu var.
Gözəllik qurban tələb edir. Bu qurban ya saçdan, ya artıq çəkidən, ya da insanın hansısa istəyindən əl çəkməsi ola bilər. Zaman keçdikcə "qurban" kəlməsi sözün əsl mənasında funksiyasını itirir və gözəlliyin qurbanı artıq bədənə şüa yeridilməsi, iynə ilə deşilməsi və s. kimi əzablı yollara keçir.

İstənilməyən tüklərdən qurtulmanın bir çox yolu var ki, hazırda bunlardan ən geniş yayılmışı lazer epilyasiyasıdır. Lazer epilyasiyası istənilməyən tüklərdən qurtulmaq üçün kiçik bir prosedur olub, qadınlara və kişilərə tətbiq olunur. Lazer epilyasiyası işıq dalğasının bədənin bir nöqtəsindən bədənə yeridilməsi və bunun nəticəsində tükün kökünün yanmasıdır. Tükün kökü yandığı üçün artıq o nahiyyədən yenidən tük artımı müşahidə olunmur.

İnsanlar arasında lazer epilyasına qarşı müxtəlif xoflar var. Bu xoflar bədənə verilən şüadan şiş xəstəliyinin yaranması, yanan tüklərin bədənin daxilinə inkişaf etməsi, şüanın sonradan yanıqlar əmələ gətirməsi və s. hallarıdır.

Dermatoloq Vəfa Şıxlı lazer epilyasiyasının tüklərdən qurtulmanın ən rahat yolu olduğunu deyərək bildirib ki, bu tip epilyasiyalarda şüa sadəcə tükün kökünə gedəcək qədər verilir: "Lazer epilyasiyasını artıq 5 ilə yaxındır ki, insanlar üzərində həyata keçirirəm. Üz və ayaqlarda daha effektli nəticə alınır. Nəticənin hansı zamandan bəlli olması tükün codluğundan və dərinin tipindən asılıdır. Elə insanlar var ki, onlar 2 seansda tüklərdən tam azad olurlar".

Bütün tüklərin kökləri eyni dərəcədə aktiv olmadığı üçün seansların uzanma halları müşahidə olunur. Tellogen, yəni passiv köklər zaman keçdikcə aktivləşir və növbəti seanslarda da onlar yandırılır. Bığ və çənə nahiyyəsi 4-5 dəqiqə, ayaqlar 45 dəqiqəyə yaxın müddət alır.

Dermatoloqun dediyinə görə, lazer epilyasiyası bədəndə rentgen şüası kimi artıq şüa buraxmır. Bu cür şüalı epilyasiyanı demək olar ki, bədənin hər hissəsində tətbiq etmək mümkündür: "Epilyasiyadan çıxan şüalar insan orqanizmində xəstəliklər yaratmır. Çünki həm çox şüa verilmir, həm də bu işıqlar dalğa boyu işıqlardır. Tüklərin insan daxilinə inkişaf etməsi isə nadir görülən bir haldır və bunun epilyasiya ilə heç bir bağlantısı yoxdur".

1997-ci ildə Amerikada qida və dərman səneyesi tərəfindən təsdiqlənən lazer epilyasiyası haqqında bu fikirlər irəli sürülür: "Lazerdən çıxan şüalar dalğa boyu hərəkət edir. Dəriyə ziyan vermədən tükün kökünə qədər gedir. Rentgendən çox keçən insanın şiş xəstəliyinə yoluxması daha böyük faiz təşkil edir. Bu faiz lazer epilyasiyasına gələndə 0.001 göstərir. Nəticədə lazerin insanda şüa ilə bağlı xəstəlik yaratması mümkün deyil".

Lazer epilyasiyası üçün ən uğurlu dəri açıq ton dərilərdir. Bu zaman tüklər də zərif olur və az prosedur lazım olur. Tünd dərilərdə isə aleksandrit tipli cihazlardan istifadə olunur. V.Şıxlı bu prosedurun mütləq dermatoloqlar, yaxud bu sahədə təcrübəsi olan insanlar tərəfindən həyata keçirilməsinin vacibliyini vuğulayır.

Milli Onkologiya Mərkəzinin həkim onkoloqu Elvin Orucovun sözlərinə görə, lazer epilyasiyasında şüanın dozundan asılı olaraq, risk də dəyişir. Uzun müddətli istifadə birbaşa təsir etməsə də, provokasion təsiri ola bilər: "Xərçəng polietioloji xəstəlikdir. Yəni bunun səbəbi çoxdur. Xərçəng termini ümumi məhfumdur və yaranması qida, radiasiya, gen, hava çirkliliyi və s. səbəblərlə birbaşa bağlıdır. Lazer epilyasiyası zamanı verilən şüa isə qısa müddətli olduğu üçün elə də qorxulu deyil".

Onkoloq Rufid Ağayev isə şiş xəstəliklərinin kiçik şüalarla yaranmasının mümkün olmadığını deyərək qeyd edir ki, rentgen şüasının qüvvəti ilə lazer epilyasiyasındakı şüa tamamilə ayrı-ayrı dozlardadır. Rentgen şüaları ionizə edilmiş radiasiyadır. İonizə edilmiş radiasiyanın ən kiçik dozaları belə təhlükəlidir. Həkim bildirir ki, rentgen şüaları gözlə görülmədiyi üçün insanlar onu təhlükəsiz hesab edir: "Şüaya qaldıqda insanlar gün ərzində kifayət qədər zərərli şüa alırlar. Mobil telefonlardan, kompüterlərdən gələn dalğalar da şüadır. Günəşin özü yerə zərərli şüalar verir. Bir çox xəstəliklərin artımında bu vacib faktordur. Digər tərəfdən, biz əlavə olaraq gözəllik xatirinə az da olsa şüalanmaya məruz qalırıq. Əgər sağlam həyat istəyiriksə, şüalanmadan mümkün qədər uzaq duraq. Yox, şüalardan uzaqlaşmırıqsa, lazer epilyasiyası da onların bir tayıdır. Yeni bu tip kiçik şüalanmalardan qorxmaq və onların şiş yaradacağı qorxusundan xoflanmaq lazım deyil".

Ginekoloq Leyla Süleymanova lazer epilyasiyasının qadınlarda sonsuzluq və digər xəstəliklər yaratmayacağını qeyd edir. Onun sözlərinə görə, epilyasiya iç orqanlara təsir edəcək qədər güclü şüalanma vermir: "Ən çox verilən suallardan biridir ki, lazer epilyasiyası zamanı qadınlar hamilə qalmama kimi problemlə üzləşə bilərlərmi, yumurtalıqlar zədələnə bilərmi? Əminliklə deyə bilərəm ki, lazerin yumurtalıqlara işləməsi mümkün deyil. Artıq neçə illərdir bu üsuldan istifadə olunur. Hələ ki, buna görə xəstəliklə müraciət edən insan qeydə alınmayıb. Problem sadəcə dərinin üst qismində yanıq, ləkələr və s. ola bilər. Bunlar da 1-2 il ərzində dəri yeniləndikcə yox olacaq".

Lazer epilyasiyası cilddə iltihablı yaralar, uçuq, ziyil, axıntılı və sızıntılı eqzema varsa, qətiyyən edilməməlidir. İşığa həssas, xroniki cild xəstəliyi olan dərilər də lazerdən yararlanmamalıdır. Günəş işığına həssas olan insanlar epilyasiyaya başlamamışdan əvvəl testdən keçməlidirlər. Bu zaman dəridə narahtlıq yaranmazsa, epilyasiyanı davam etmək məsləhətdir. 12 yaşından böyük insanlara lazer tətbiq etməyin ziyanı yoxdur. Hamilə qadınlara isə ilk 3 ayda lazer epilyasiyası edilməməlidir.

merkez.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8540   Tarix: 17 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 480
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 262
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 271
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 513
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 437
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28.04.2024 435
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 411
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 515
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 255