Faiq Ağayev: "Dahi" (Video)
Bu gün ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümüdür. Azərbaycanın xalq artisti Faiq Ağayev də siyasi liderimiz haqda danışıb. Hələ illər öncə Ulu öndərin xatirəsinə həsr olunan "Dahi" mahnısını ifa edən və klip çəkdirən xalq artisti bu gün də onu dərin hüzünlə yad edir.
SİA-ya açıqlama verən Faiq Ağayev dahi şəxsiyyət haqda bu sözləri dedi: "Heydər Əliyev kimi insanın dahi şəxsiyyət olduğunu söyləməkdən heç vaxt yorulmarıq. Ulu öndər əbədi qovuşub müqəddəs sevgimizə. O, daim qəlbimizdədir. Onun şərəfinə ifa etdiyim mahnıda da dediyim kimi, kimlər dünyasından keçdi, özünü tanımaq üçün. O, isə dünyadan köçdü, ürəkdə yaşamaq üçün. Heydər Əliyev dünyasını dəyişməklə qəlbdə abidə qurdu. Cismi elə burda uyuyur. Tarixlərə yazılan şəxsiyyətlər var. Ulu öndərin də adını xalq verib- Dahi! Ölümün özü belə onun varlığına baş əydi. Allah rəhmət eləsin.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş



