Dünyanın ən bahalı 10 evi

Dünyanın ən bahalı 10 eviDünyanın ən bahalı 10 evinin adı açıqlanıb. Maraqlıdır ki, siyahıya kasıb əhalisinin sayına görə, hesabatlara liderlik edən Hindistan başçılıq edir. Belə ki, bu ölkədə planetin milyard dollarlıq evi yerləşir. Publika.Az siyahını təqdim edir.

Antilla, Mumbay, Hindistan - 1 milyard dollar

Mumbayda sıxlıq səbəbindən maqnatlar villalara deyil, hündür mərtəbəli binalar inşa etməyə üstünlük verirlər. Mukeş Ambaniyə məxsus 27 mərtəbəli, 40000 kvadrat metr ev 21-ci əsrin Tac Mahalı adlandırılır. Binada kinozal, vertolyot yeri, hovuz, Krişna ibadətgahı, bar və kitabxana var. Tikilinin 6 mərtəbəsi isə avtodayanacaqdır. Hansıki, orada Mukeş Ambaniyə məxsus 168 avtomobil kolleksiyası göz oxşayır. Antilla Mumbayi adlanan binanın dəyəri 1 milyard dollar təşkil edir. 6 nəfər ailə üzvünün yaşadığı möhtəşəm tikilidə 600 xidmətçi işləyir. Bu hər ailə üzvünə 100 qulluqçunun düşməsi deməkdir. Antilla Mumbay haqqında digər maraqlı fakt binada 3 vertolyot dayanacağının olması, binada asma bağların, hovuzun, 2 mərtəbəli xəstəxananın, 50 nəfərlik kinozalın yerləşməsidir.

2."Villa Leopolda", Fransa - 506 milyon dollar

Fransanın cənubunda yerləşən ən yaxşı sahil xətti görünüşünə malik 29 000 kvadrat metr sahəsi olan möhtəşəm villaya 19 yataq otağı, 14 vanna otağı, geniş formal bağlar, özəl çimərlik daxildir.
Villa ağac xətti ilə əhatə edilir. Əmlakın sadə ölçüsü son dərəcə heyrətləndiricidir. Burada qonaq evləri, üzgüçülük hovuzları, idman kortları, boulinq meydançası, çox sayda mətbəx, kinoteatr, nadir mərmər döşəmə, dövrün orjinal bədii əsərləri var.

3."Penthaus", London, Böyük Britaniya - 200 milyon dollar

Hayd-parkda yerləşən bu heyrətamiz mənzilin kv. metri 6 000 avro təşkil edir. Mənzil yüksək səviyyəli təhlükəsizlik sistemi, güllədeşməz pəncərələri, skaner və tunel ilə mühafizə sistemi var.

4."Fairfield Pond, The Hamptons", ABŞ- 170 milyon dollar

63 hektar ərazidə yerləşən Fairfield Pond ABŞ-ın ən böyük yaşayış mülkiyyətlərindən biri hesab edilir. Ev 29 yataq otağına, 39 vanna otağına, 5 tennis kortuna, boulinq meydançasına və böyük yeməkxanaya (91 metr uzunluğunda) malikdir.

5."Hearst Mansion, Beverli Hillz", ABŞ - 165 milyon dollar

Beverli Hillzdə yerləşən bu dəbdəbəli ev əvvəllər ABŞ-ın qəzet maqnatı Vilyam Randolf Hearstə məxsus olub. Malikanə 6 ayrı yaşayış yerinə, 3 üzgüçülük hovuzuna, 8 kamin, tennis kortuna, gecə klubuna, 29 yataq otağına malikdir. Əgər kiminsə ürəyindən bu evə sahib olmaq keçsə, o rahat, geniş evlə yanaşı, Jeff Bezosof Amazonun, Tom Kruzun, Keyti Holmesin, Devid və Viktoriya Bekhemin yaxın qonşusu olacaq.

6."The Pinnacle", Montana ştatı, ABŞ": 155 milyon dollar

Bu ev xizək və qolf icması "Yellouston Klubu" nun mülkiyyətidir. Malikanədə vanna otaqları, nəhəng şərab zirzəmisi, 10 yataq otağı, gimnastika və massaj otaqları var. Evi dəyərli edən amillərdən biri də evin "flooring" (qızdırılan döşəmə sistemi) sistem ilə qızdırılmasıdır.

7."The Manor" Los-Angeles - 150 nilyon dollar

4.2 hektarda yerləşən villada 123 otaq, qəsr stilli böyük kinozal, boulinq meydançası, tennis kortları, üzgüçülük hovuzu, 100 maşınlıq avtomobil dayanacağı var. 3 otaq isə ambalaj sənətinə həsr edilib.
Villada rütubətli gümüş anbarları, tennis kortları, çardaqda və kurortda 2 üzgüçülük hovuzu, dəbdəbəli gözəllik salonu da var.

8."Updown Court, Windlesham", Surrey, Böyük Britaniya- 139 milyon dollar

Bu möhtəşəm ev "Windlesham" ətrafında 58 hektar ərazidə tikilib. Nəhəng strukturun 103 otağı, şimal hissəsində şəxsi kinonzalı var. Burada at anbarı, tenis kortu, 8 limuzin yerləşəcək qədər böyük avtomobil dayanacağı yerləşir.

9. "One Hyde Park" London -135 milyon avro

86 mənzildən ibarət olan bu binanın 135 milyon funt sterlinqə satıldığı haqqında şayiələr var. Binanın özəlliyinə gəlincə, binada şəxsi kinozal, sauna, gimnastika zalı, üzgüçülük hovuzu, qolf sahəsi, şərab zirzəmisi, nömrələrə xidmət mövcuddur.

10."Dracula’s Castle" Rumıniya - 135 milyon dollar

Qəsrin adı Drakula ilə bağlı olsa da möhtəşəm tikilidi. 1980-ci illərə qədər qəsr muzey kimi fəaliyyət göstərib. Qəsrdə 57 otaq və gözəl antik mebellərlə bəzədilmiş 17 yataq otağı var.

Publika.Az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 12408   Tarix: 19 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476