2 600 azərbaycanlı zəvvar hacı titulunu alıb (Video)
Həcc ziyarətinə yollanmış 2 600 azərbaycanlı zəvvar hacı dini titulunu alıb. Onlar bu ada ötən gün qurban kəsdikdən sonra yiyələniblər.
Azərbaycanlı zəvvarlar bu gün növbəti dəfə "Şeytanı daşlama" əməlini həyata keçiriblər. Onlar sabah yenidən Mina dağında sonuncu dəfə "Şeytanı daşlama" əməlini edəcəklər. Bu barədə Həcc missiyasının üzvü Hacı Seymur Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, bu günləri zəvvarların hamısı Mina vadisinə toplaşmışlar: "Artıq işlərini yekunlaşdırıblar, hamısı toplaşıb. Mina vadisindən zəvvarlar hamısı yenidən Məkkə şəhərinə qayıdacaqlar. Qayıtdıqdan 3-4 gün müddətində Həccin təvablarını yerinə yetirəcəklər. Daha sonra Mədinə şəhərinə getmələri gözlənilir. Noyabrın 5-dən isə Azərbaycana gəlmələri gözlənilir".
Mənbə: anspress
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş