Həftə ərzində idman dünyasında baş verən olaylar

Həftə ərzində idman dünyasında baş verən olaylar

Məşhur futbolçuya "Twitter"ə görə fantastik cərimə

İngiltərə yığması və "Çelsi"-nin müdafiəçisi Eşli Kol 90 min funt sterlinq cərimələnib.

ANN.Az-ın "Guardian"-a istinadən verdiyi xəbərə görə, Kolun cərimələnməsinə səbəb "Twitter" hesabında İngiltərə Futbol Assossasiyasının ünvanına nalayiq ifadələr işlətməsi olub.

Eşli Kol "Twitter" hesabında Futbol Federasiyasını "bir dəstə axmaq" adlandırıb. Daha sonra 31 yaşlı futbolçu yazdıqlarına görə Futbol Federasiyasının sədri Devid Bernsteyndən şəxsən üzr istədə də, bu ona qarşı cərimə tətbiq edilməsinin qarşısını ala bilməyib.

Həftə ərzində idman dünyasında baş verən olaylar

Mixael Ballak İspaniyada həbs olundu

Bir müddət öncə futbolçu karyerasını başa vurmuş Mixael Ballak İspaniyada həbs edilib.

Buna 36 yaşlı futbolçunun maşını ilə sürət həddini aşması səbəb olub. İspaniyada yollarında maksimum sürət həddi saatda 120 km olduğu halda Ballak saatda 211 km sürətlə hərəkət edərək radara düşüb. Yol polislərini təhdid etdiyi üçün həbs olunan sabiq futbolçunun bu axşam məhkəmə qarşısına çıxarılacağı bildirilir.

Qeyd edək ki, Ballakın son klubu Leverkuzenin "Bayer" klubu olub. Təcrübəli futbolçu Almaniya millisinin heyətində keçirdiyi 98 oyunda 42 qola imza atıb.

Həftə ərzində idman dünyasında baş verən olaylar

"Real" Falkaoya görə 55 milyon avrosundan keçir

"Real" Madridin "Atletiko" kklubunun və Kolumbiya yığmasının hücumçusu Radamel Falkaonu transfer etmək üçün fəal işlərə başlayıb.

Bu barədə Rusiya mətbuatı məlumat verir. Məlumata görə, "Real" rəhbərliyi Falkaonun keçidini gələn ilin yayında həyata keçirməyi planlaşdırır. Bu məqsədlə hücumçunun agenti Jorje Mendeş ilə artıq danışıqlar aparılıb.

Transferin məbləği 55 milyon avro həcmində qiymətləndirilir. "Kral" klubu bu vəsaiti hissə-hissə ödəmək niyyətindədir.

Həftə ərzində idman dünyasında baş verən olaylar

İbrahimoviçə "Qızıl Ayaq" mükafatı verildi

İsveçli futbolçu Zlatan İbrahimoviç "Qızıl Ayaq" mükafatına layiq görülüb.

ANN.Az-ın "sports.terra.com"-a istinadən verdiyi xəbərə görə, mükafat futbol karyerası ərzində müstəsna nailiyyətlər əldə etmiş 29 yaşından yuxarı futbolçulara verilir.

İbrahimoviç İker Kasilyas, Xavi Hernandez, Karles Puyol, Didye Droqba və Andea Pirlo kimi güclü rəqibləri üstələyərək mükafatın qalibi olub.

31 yaşlı İbrahimoviç İsveç yığmasından əlavə Fransanın Paris Sen-Jermen klubunda oynayır. İndiyə kimi isveçli hücumçu Barselona, Milan, İnter, Yuventus və Ayaks kimi Avropanın ən güclü komandalarında oynayıb.

Həftə ərzində idman dünyasında baş verən olaylar

Şakira oğluna ad qoydu: "Allahqulu"

Dünyaca məşhur müğənni Şakira təxminən 3 ay sonra doğulacaq körpəsinə ad qoyub.

Şakira və onun sevgilisi, "Barselona" futbol klubun oyunçusu Xerard Pike uşağa Biel adını vermək qərarına gəliblər. Şakira bundan əvvəl uşağa Ulises adını vermək istəyib. Lakin sevgilisi Biel adını təklif edib. Biel, Qabriel adının katalan formasıdır. Bu ad Bibliyadan götürülüb və "Allahın qulu" kimi tərcümə olunur. Yazıda bildirib ki, ötən həftə 18.3 milyon fanatına öz qarnını nümayiş etdirən Şakira Bakıda keçirdiyi konsertlə bağlı təəssüratlarını bölüşüb: "Mən özümü səhnədə əla hiss edirdim. Biz həqiqətən də gecədən zövq aldıq".

Qeyd edək ki Şakira və məşhur oyunçu 2010 ildən bəri görüşür və bu yaxınlarda Barselona şəhərində ev alıblar. Cütlüyün uşağı 2013 ilin yanvarında dünyaya gəlməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2843   Tarix: 19 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 578
.

"Real"ın oyunçusu La Liqada mart ayının ən yaxşısı seçilib

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib. "Report" xəbər verir ki, 23 yaşlı braziliyalı martda keçirdiyi 3 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Vinisiusun mükafat uğrunda rəqibləri "Barselona"nın hücumçus

30.03.2024 339
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 834
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21.04.2024 253
.

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər. Bu barədə -a açıqlamasında "Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov deyib. "Müqavilənin müddəti "iki ay + bir il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıd

11.04.2024 474
.

"Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. -in məlumatına görə, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb. Xatırladaq ki, "Qarabağ"

02.04.2024 569
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13.04.2024 346
.

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də finala yüksəlib

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib. "Report" xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan 3 cüdoçumuzdan yalnız biri medalı özü üçün təmin edib. 73 kq çəki dərəcəsində tatami üzərinə çıxa

30.03.2024 349
.

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib. "Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barsa" rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavil

27.04.2024 286