Avropanın qol maşınları

Avropanın qol maşınlarıQol vuran futbolçular hər zaman dünya futbolunun baş aktyorları olub. Qapıçılar və müdafiəçilər də komandanın uğuru üçün çox önəmli olsalar da, hücumçular daim ən qiymətli oyunçu statusu daşıyıb.

Dünya futbolunun yeni mövsümündə ən çox qol vuran futbolçuları sırasında məşhur ulduzlarla yanaşı, o qədər də tanınmayan isimlər var. Fanat.az ən çox qol vuran 10 futbolçunu təqdim edir.

1. Kriştiano Ronaldo (Real)
27 yaşlı ulduz futbolçu mövsümə çox yaxşı başlayıb. 7 La Liqa oyununda 8 qol vuran portuqaliyalı bütün turnirlərdə forma geyindiyi 11 matçda 14 dəfə rəqib qapıçıları məyus edib.

2. Lionel Messi (Barselona)
25 yaşlı argentinalı ötən mövsüm bütün yarışlarda vurduğu 73 qolla dünya rekord qırmışdı. Bu mövsüm La Liqada oynadığı 7 oyunda 8 qol vuran ulduz futbolçu çıxğıdı 11 qarşılaqmada 12 dəfə fərqlənib.

3. Radamel Falkao (Atletiko)
Kolumbiyalı forvard çox sürətlə dünya transfer bazarının ən dəyərli oyunçularından birinə çevirildi. Ötən mövsüm "Atletiko" forması ilə xarüqələr yaradan Falkao cari mövsümdə də yoluna davam edir. May ayında Avropa Liqasının finalında "Atletik"ə 2 qol vuran cənubi amerikalı bu mövsum La Liqada Bilbao təmsilçisini 3 dəfə məyus edib. "Çelsi" ilə oynanılan Super Kubok matçnıda yenə 3 qolla şou göstərən Falkao La Liqadakı 6 matçında 8 dəfə qola sevinib. O, cari mövsümdə ümumilikdə 11 qol vurub.

4. Zlatan İbrahimoviç (PSJ)
31 yaşlı isveçli forvard "Milan"dan PSJ-yə keçsə də, bu onun qollarının sayına təsir etmədi. "Milan"dakı 35 qolluq mövsümün ardınca Liqa 1-də forma geyindiyi 7 matçda 9 qol vurub. İsveçli Çempionlar Liqasında da bir dəfə fərqlənib.

5. Bonno Vilfryed (Vitess)
23 yaşlı kot`d-ivuarlı qolçu Hollandiyanın "Vitess" klubunda forma geyinir. İstedadlı oyunçu arxada qalan 8 turda 8 qol vurub.

6. Kris Vondolovski (San Joze Eartkuakes)
29 yaşlı amerikalı oyunçu ABŞ-ın "San Joze Eartkuakes" klubunun formasını geyinir. O, davam edən mövsümün 30 turunda 25 qol vurub və 7 məhsuldar ötürmə edib.

7. Henrik Mkitaryan (Şaxtyor)
"Şaxtyor"da forma geyinən 23 yaşlı erməni mövsümə yüksək səviyyədə başlayıb. O, Ukrayna çempionatının 11 turunda 11 qələbə qazanan və ən yaxın izləyicisini 9 xal geridə qoyan komandasının uğuruna 14 qolla dəstək verib.

8. Tarmo Neemelo (Nomme Kalyu)
30 yaşlı eston forvard "Xəzər Lənkəran"ın Avropa Liqasında udduğu "Nomme Kalyu"nun formasını geyinir. O, 33 turda 21 qol vurub.

9. Varis Mayeed
21 yaşlı qanalı oyunçu İsveçin "Hakken" klubunda çıxış edir. O, mövsümün bitməsinə 4 tur qalmış komandasının ikinci pillədə qərarlaşmasında əsas pay sahiblərindən biridi. Mayeed komandasına 22 qolla dəstək verib.

10. Arturas Rimkeviçius
29 yaşlı livalı ölkəsinin "Şyaulyay" klubunda çıx edir. O, komandasının vurduğu 71 qoldan 32-sinin sahibidi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 6449   Tarix: 17 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647