Şok! Azərbaycanda bacı ilə qardaş bir-biri ilə evlənə bilər

Şok! Azərbaycanda bacı ilə qardaş bir-biri ilə evlənə bilərDəyişikliklərdən biri də Azərbaycanda bir kişinin 3 nəfərə donor olmasına icazə verilməsidir. Qanun layihəsinin hazırlanmasında iştirak edən millət vəkili Musa Quliyev dünya təcrübəsində bir kişinin 5 nəfərə donor olması təcrübəsi olduğunu bildirir:

"Azərbaycan kimi balaca ölkədə 1 nəfərin 3 nəfərə donorluq etməsinə icazə verilə bilər. Bundan aşağı say götürə bilmərik. Məsələn, 1 nəfərə 1 donor ola bilməz. Əgər belə olsa, faktiki olaraq bu qanun işləməyəcək. Çünki bizim o qədər donorumuz olmayacaq".

Musa Quliyev hesab edir ki, bu donorluqdan dünyaya gələcək uşaqların həyatda rastlaşmaq ehtimalı çox aşağıdır. Millət vəkili onların hər biri barədə informasiyanın gizli saxlanıldığını, donorlardan olan uşaqların bacı-qardaş kimi bir-birlərini tanımayacaqlarını bildirib. Millət vəkili hesab edir ki, bu gizlilik təmin olunduqdan sonra hər hansı problem yaşanmayacaq.

Məsələ Azərbaycan üçün həm də ona görə əhəmiyyətlidir ki, hər il təxminən 3-4 min azərbaycanlı övlad sahibi olmaq üçün xarici ölkələrə məhz donor axtarışına gedir. Hər bir ailə isə donorla bağlı məsələyə təxminən 12-15 min dollar vəsait xərcləyir.

Məsələ ailələrin övlad problemini həll etsə də, yeni problemlərin yaranmasına səbəb ola bilər. İlk növbədə bu donorluqdan dünyaya gələcək bacı və qardaşın ailə qurmaq ehtimalı var. Düzdür, millət vəkili bu ehtimalın çox aşağı olduğunu desə də, bu az ehtimal belə narahatlıq üçün yetərlidir. Bacı qardaş evliliyi ehtimalı bizim kimi cəmiyyətlərdə qəbulolunmaz bir addımdır. Bundan başqa bu gün ölkədə bir çox xəstəliklərin əsas səbəbi məhz qohum nikahlardır. Bir-birini tanımayan bacı qardaşın ailə qurması isə irsi xəstəliklərin artmasına səbəb ola bilər. Bir çox qan, xərçəng xəstəliklərinin artmasının əsas səbəbinin məhz qohum evliliklər hesab olunduğu bir vaxtda, xəbərsiz olsalar belə bacı qardaşın ailə qurması bu təhlükəni daha da artıra bilər. Araşdırmalara görə, Azərbaycanda ən çox yayılan genetik xəstəliklərdən biri də talassemiyadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, müalicə-profilaktika müəssələrində qeydiyyatda olan talessemiya xəstələrinin sayı 2005-ci ildə 656, 2007-ci ildə 1261, 2008-ci ildə 1271, 2009-cu ildə 1457, ötən il isə 1650, 2011-ci ildə isə 1951 nəfər olub. Altı ildə üç dəfədən çox artım problemin ciddiliyindən xəbər verir. Həkimlər xəstəliyin yayılmasında əsas səbəb kimi qohum nikahları göstərirlər.

"Təmiz Dünya" Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova surroqat ana məsələsi cəmiyyətdə birmənalı qarşılanmadığı kimi, bu məsələyə də münasibətin ondan fərqli olmayacağını bildirdi:

"Donorluq məsələsində həmin bacı-qardaşların bir gün ailə qurmaq ehtimalı ciddi narahatlıqlara səbəb olur. Çünki əcnəbilərdən fərqli olaraq bizim kimi cəmiyyətlərdə bir kişinin üç qadına donor olması, nəticədə dünyaya gələn uşaqların hansısa münasibətdə olması heç bir mənəvi dəyərlərə uyğun gəlmir. Bir tərəfdən də donorluğun anonim olacağı bildirilir. Nə qədər anonim olsa da, nəticədə bacı ilə qardaşın ailə qurması fikri heç də xoş səslənmir. Bu həm də bir çox genetik xəstəliklərin artmasına səbəb ola bilər. Bütün bu səbəblərə görə də, qanunun reallaşa biləcəyi şübhəlidir.

Məsələni yalnız insan hüquqları baxımından normal hesab etmək olar. Çünki bu gün ölkədə yüzlərlə ailə var ki, övladı olmur, bunun üçün xarici ölkələrə üz tutur, milyonlarla vəsait xərcləyirlər. Amma məsələnin mahiyyətinə vardıqda düşünürəm ki, bu üsuldan istifadə bizə lazımdırmı?"

6 saylı qadın məsləhətxanasının ginekoloqu Gülya Rzayeva qanun layihəsində ediləcək yeniliyin bunun gələcəkdə bəzi xəstəliklərin artmasına səbəb olacağını bildirdi:

"Bir kişinin donor olduğu üç qadının uşaqlarının nə vaxtsa görüşmə ehtimalları çox deyil. Amma birmənalı olaraq mümkünsüz də deyil. Ona görə də bu bəzi insanlarda tərəddüd yarada bilər. Çünki bu cür donorluq nəticəsində dünyaya gələcək bacı-qardaşların ailə qurması ehtimalı var. Bu da irsi xəstəliklərin artmasına səbəb ola bilər".

Milli Məclisin Sosial Siyasət komissiyasının üzvü Məlahət İbrahimqızı məsələyə münasibət bildirmək imtina etdi. O, məsələni ictimai müzakirəyə çıxarmağın, bu barədə danışmağın düzgün olmadığını dedi.

"Bu məsələnin Milli Məclisdə müzakirə olunması, qanun layihəsinə salınması ilə qəzetdə, kütləvi insanların oxuya biləcəyi bir saytda danışılması düzgün deyil. Bu məsələyə münasibət bildirmək istəmirəm".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 12613   Tarix: 10 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

TOP MP3