Nura Suridən Azərbaycan qızlarına irad

Nura Suridən Azərbaycan qızlarına iradNura Suri özünə necə qulluq etməsi və gözəlliyinin qeydinə qalması haqqında danışıb. O, bizimlə gözəllik sirrlərini paylaşıb.

Nura Suri bildirib ki, üz dərisinə evdə təbii hazırlanmış maskalardan istifadə etmir. O, əsasən məhşur kosmetika markalarının buraxdığı hazır maskalardan istifadə edir. O, söylədiki, "Dərinin qulluğa ehtiyacı varsa, bu halda mütləq lazım olan maskalardan istifadə etmək lazımdır. Hər bir qadın özü bilir ki, onun dərisinin nə kimi qulluğa ehtiyacı var. Məsələn, günəş vannaları qəbul edən zaman dəri günəşdən yanıbsa, mütləq günəş əleyhinə olan kremlərdən, gellərdən istifadə etmək gərəkdir".

N.Suri yaşına görə çox cazibədar olduğunu və gözəl üz cizgilərinə sahib olduğunu söyləyib. " 36 yaşıma görə özümü, əlbəttə, gözəl hesab edirəm. Üzümdə heç bir qırış yoxdur. Oğlum dünyaya gələndən sonra təəssüf ki, idmanla məşğul ola bilmədim. Lakin bədən ölçülərim kifayət qədər yaxşıdır".

Gözəl müğənni özünün peşekar vizaj etməsinə necə nail olduğu haqqında da məlumat verib: "Mənim gündəlik çəkilişlərim olub. Proqram aparıcısı olmuşam. Təbbi ki, efirə çıxanda hər gün mənə makiyaj edirdilər. Fərqli-fərqli peşəkar və tanınmış vizajistlərlə işləmişəm. Onların əllərinə, makiyajı necə etmələrinə diqqətlə baxırdım və öyrənirdim. İstər-istəməz bu sahədə təcrübə toplamışam. Ümumiyyətlə, hər bir insan üz cizgilərini tanımağı bacarmalıdır. Mən də üz cizgilərimi, rəng seçimini, mənə nəyin yaraşdığını çox gözəl bilirəm".

Nura geyimlərə hədsiz dərəcədə pul xərcləyən biri olmadığını söyləyib. Bildirdi ki, geyimə o insan hədsiz və çox pul xərcləyir ki, onun zövqü formalaşmayıb. Zövqü formalaşmış insan isə adi və sadə bir geyimi elə təqdim edə bilər ki, çox gözəl görünsün. Mən zövqü formalaşmış biri olaraq deyə bilərəm ki, geyimə aşırı dərəcədə pul xərcləyən deyiləm. Bunu mən israfçılıq hesab edirəm. Həm də 3 övlad böyüdürəm. İlk növbədə onların təhsilini, geyimini, yeməyini fikiləşməliyəm. Ona görə çox pul xərcləməyi düzgün saymıram. Mən sadə bir geyimi çox zövqlü şəkildə təqdim edə bilərəm.

Həyat yoldaşımın imkanı çox olduğuna görə, hətta, 5000 manat dəyərində geyimlərim olub. Lakin hazırda o qiymətdə geyimlər almıram. Sadəcə, bahalı çantalar və ayaqqabılar alıram".

Bizim xanımların geyim tərzi ilə də bağlı fikir bildirib: "Şənliklərdə, toylarda xanımlar çox super geyinir. Hollivud ulduzları kimi xalı üzərinə çıxırmış kimi geyinirlər. Sadəcə bir məsələ var ki, bizdə qadınlar yaşına görə geyinmir. Məsələn, 19 yaş dövrünün geyimi ilə 30, 40 yaşda olan qadının geyimi fərqlənməlidir. Qızlarımız yaşından daha böyük göstərən geyimlər geyinir. Məncə, təbiiliyə daha çox üstünlük verməlidirər. Çünki onların gəncliyi onların üstünlüyüdür və gözəlliyi aşırı makiyajın altında gizlətməməlidirlər. Ümumilikdə şənliklərdə zövqlə geyinirlər. Amma şəhərədə, yolda gedəndə, küçədə gəzəndə hündürdaban ayaqqbıda yeriyən qadınları başa düşə bilmirəm. Daha münasib olar ki, hündürdaban ayaqqabıları gecə ziyafətlərində və dəvətlərdə geyinsinlər. Hətta, Azərbayacanın hava limanında da hündürdaban ayaqqabı geyinən xanımlar görmüşəm.

Dünyanın bir çox ölkələrində olmuşam. Xarici ölkələrdə şəhərdə hündürdaban ayaqqabı geyinən xanımlara o qədər də rast gəlinmir. Maraqlı bir məqam var ki, rus qadınlarına Allah Təala gözəl boy-buxun verib. Lakin onlar da hündürdaban ayaqqabılara üstünlük verirlər".

Nura xanım bütün rəngləri sevdiyini söyləyib. Qara rəngin isə ona ən çox yaraşan biri rəng olduğunu dedi. Saçları sarı olduğuna görə, qışda qara rəngdən xüsusilə daha çox istifadə edir. Yayda isə daha əlvan rənglərə önəm verir.

Nura bir ətirdən deyil, bir neçə ətəridən istifadə etdiyini söyləyib: "Ən çox sevdiyim ətir Lancome kosmetik firmasının ekskluziv olaraq istehsal etdiyi Mille Une Roses ətridir.

Nura Suri Zülfiyyə Xanbabayevanı səhnədə ən zövqlü geyinən müğənni hesab etdiyini qeyd etdi.

Mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9135   Tarix: 25 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1151
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 1034
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 1174
.

"Deyirlər ki, başını açmaq fikrin varsa, bizim verilişdə et"

"Hamı özündən belə şey çıxarır ki, Xuraman başını açır, əvvəlki tərzinə qayıdır. İndi mən beləyəm, qəbullanın. Aparıcılar zəng edib deyirlər ki, "Belə fikrin varsa, bizim verilişdə et". Bu, oyun deyil! Sizin üçün uşaq deyiləm, ağlım başımdadır". Axşam.az xəbər verir ki, bu sözlər

30.04.2024 913
.

15 illik fanatı Ayselin instaqramını tapdı

Avroviziya təmsilçimiz Aysel Teymurzadə növbəti paylaşımıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı 15 illik xarici fanatının ona yazdığı təşəkkür mesajını izləyiciləriylə bölüşüb. "Salam, Aysel. İnstaqramınızı tapdığım üçün çox xoşbəxtəm. Avroviziyada "Always" ilə çıxış edəndə 15 yaşım va

01.05.2024 829
.

"Evdar xanımlar estetik etdirməsin"

"Efir insanları əgər ehtiyac varsa, estetik etsinlər, amma evdar xanımlar yox. Hamı Cennifer Lopez kimi görünə bilməz. Onlar bunu etdikcə çox süni olublar, danışıqlarını da itiriblər. Siz adi qadın olun, həyat yoldaşınıza uyğun. Yoxsa ki, hamı Cennifer Lopez, Diva olub. Bunu qəbul etmirəm. Baxırsa

29.04.2024 1264
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 477
.

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

Müğənni Xuraman Şuşalı "Həftənin qonağı" verilişinin qonağı olub. Axşam.az xəbər verir ki, ifaçı həyat yoldaşı rejissor Elçin Məmmədovla münasibətlərindən söhbət açıb. "Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. Sağ olsunlar. 2008 ya da 2009-cu ildə mənim haqqımda film çəkdi. Mən

28.04.2024 491
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 2150