Ermənistan Naxçıvanla sərhəddə "BOMBA" QURUR - Paşinyan düyməni sıxsa, İrəvan da yıxılacaq

Ermənistan Naxçıvanla sərhəddə "BOMBA" QURUR - Paşinyan düyməni sıxsa, İrəvan da yıxılacaqErmənistan özünü terror dövləti kimi dəfələrlə təsdiq edib və bu gün də bu əməllərinə sadiq qaldığını, terroru özünün dövlət siyasəti olduğunu bir daha açıq nümayiş etdirir.

İşğaldan azad edilən Qarabağ və onun ətrafındakı rayonların uzun müddət tapdaq altında saxlanılması nəticəsində həmin ərazilərdə bioloji müxtəlifliyə, o cümlədən, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulduğu ilə bağlı 10 noyabr üçtərəfli bəyanatının imzalandığı tarixdən üzü bu yana - 3 il müddətində dəfələrlə rast gəlinib, bununla bağlı Azərbaycanın əlində kifayət qədər dəlil-sübutlar mövcuddur. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib.

Lakin təəssüflər olsun ki, Ermənistan bu zamana kimi törətdikləri ilə də kifayətlənmək fikrində deyil. Azərbaycana qarşı təcavüzkar siyasətini məhz Şuşa şəhəri yaxınlığında yerləşən və dövlət qoruğu hesab edilən Topxana meşələrini qırılmaqla başladan Ermənistan, işğalı altında qalmış 260 min 311 hektar meşə sahəsi və bu ərazilərdə palıd, fıstıq, vələs, göyrüş, şam, ağcaqayın, ayı fındığı, qoz, çinar kimi qiymətli ağac cinsləri kəsilərək müxtəlif məqsədlər üçün istifadə olunub.

İndi isə Ermənistan dövləti ekoloji terrorunu daha təhlükəli formada davam etdirməyi qərara alıb. Belə ki, Ermənistan 30 ildən artıq müddətdə işğal altında saxladığı torpaqlarımızda həyata keçirdiyi ekoloji terroru Naxçıvan Muxtar Respublikası ilə sərhəddə davam etdirmək niyyətindədir. Arazdəyən kəndində inşa olunan metallurgiya zavodunun illik istehsal gücü 180 min tondan yuxarıdır ki, bu da kifayət qədər böyük tullantı və zəhərli qaz deməkdir.

Azərbaycanın bu cür ekoloji cinayətə göz yummaq fikri yoxdur. Metallurgiya zavodunun inşası Ermənistanın Azərbaycana qarşı növbəti ekoloji cinayətidir. Rəsmi Bakı bu cinayəti sərhədlərimizin özümüzə aid hissəsindən səssiz-səmirsiz izləmək niyyətində deyil. Ermənistanın bu ərazidə iri metallurgiya zavodu tikməsi, onun növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasını kobud şəkildə pozulması deməkdir.

Niyyət bəllidir:

⚫️ Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdən biri olan Arazdəyəndə belə bir tikinti həmin iostiqamətdə xüsusilə iki ölkənin Silahlı Qüvvələri arasında gərginliyi pik həddə çatdərmaq məqsədi daşıyır ki, Ermənistan bütün dünyaya bar-bar bağırsın ki, bu sərhəd ərazidə vəziyyət belə gərgin olduğu halda oradan Zəngəzur dəhlizi necə keçə bilər?!

⚫️ Yekun sülh sazişinin astanasında olan rəsmi Bakı İlə İrəvan arasında danışıqlar prosesini bu cür sabotaj üsulla dalana dirəyib, vəziyyəti qeyri-stabil həddə çatdırmaq məqsədi güdülür.
Ətraflı

⚫️ İrəvan eyni zamanda həmin istiqamət də daxil olmaqla sərhədləri boyunca beynəlxalq tərəfdaşlarının silahlı birləşmələrini yerləşdirmək üçün zəmin hazırlamağa çalışır. Səbəb kimi isə güya "Azərbaycanın hərbi təhdidləri artır, ərazilərimiz təhlükə ilə üz-üzə qala bilər" bəhanəsini göstərmək niyyətindədirlər. Elə Ermənistanın Azərbaycanı Arazdəyəndə metallurgiya zavodunu atəşə tutmaqda ittiham etməsi də bu planın tərkib hissəsidir.

⚫️ Belə bir zavodun xüsusilə Arazdəyəndə inşa edilməsi Ermənistanın Kərki ilə bağlı planlarından qaynaqlana bilər. Bu, xüsusilə ankavların qaytarılması perspektivinin aktual olması fonunda diqqət çəkir ki, anklavlarla bağlı məsələnin müzakirə mərhələsində olduğu bir vaxtda rəsmi İrəvan bu cür təxribatla Qazaxın 7 və Naxçıvanın Kərki kəndini danışıqlar predmetindən çıxarmağı da planlamış ola bilər. Bu da bir zavoddan daha çox Ermənistanın Azərbaycanla sərhəddə hazırladığı hər an regionu silkələyəcək "bomba"nı xatırladır.

Amma reallıq təbii ki, tamamilə fərqlidir. Konvensiyaya görə, bu cür metal əritmə zavodlarının, bu cür layihələrin, digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır. Başqa sözlə, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunda ölkəmizin də iştirakını təmin etməli idi. Lakin bu istiqamətdə İrəvanın Bakı ilə hər hansı bir razılaşdırdığı məsələdən söhbət gedə bilməz.

Nəzərə alsaq ki, zavodun zəhərli kimyəvi tullantıları bölgəyə, xüsusilə Araz çayına ekoloji fəlakət vəd edir, o zaman bu məsələnin həllinin iki yolu var: Ya beynəlxalq aidiyyatı qurumlar məsələyə dərhal reaksiya verib, problemin aradan qaldırılmasına səy göstərməlidir, ya da Azərbaycan özü bu fəlakətin qarşısını almaq məqsədi ilə lazımı addımlar atmalıdır. Təəssüflər olsun ki, birinci variant hələ də aktiv deyil və beynəlxalq təşkilatlar yenidən bu erməni özbaşınalığını kənardan seyr etməklə, İrəvanın növbəti eko-terror əməlini sükutla qarşılamaqda davam edir.

Ermənistan Kərki və digər anklavlarımızı Azərbaycana səssiz-səmirsiz qaytarmaq niyyətində deyil. Arazdəyəndə belə bir zavodun inşası eyni zamanda bu fikirləri gücləndirir. Çünkü Ermənistan tərəfi yaxşı bilir ki, rəsmi Bakı dəfələrlə bu məsələdə qətiyyətli mövqe ortaya qoyaraq sözügedən kəndlərimizin danışıqlar masasında dinc yolla qaytarılmayacağı təqdirdə hərbi müdaxilənin qaçılmaz olacağı ilə bağlı mövqeyini də gizlətməyib. Çünkü Azərbaycan heç vaxt bir qarış da ərazisinin Ermənistanda qalması ilə razılaşmayacaq və suverenliyini son metrə qədər bərpa etməkdə qətidir.

Məhz bunu nəzərə alan Ermənistan belə görünür ki, prosesləri qabaqlamaq niyyətindədir. Zavod inşa edən Ermənistan Azərbaycanın məcbur qalacağı təqdirdə hərb variantınn reallaşmasının qarşısını almağı, onu bu yolla deaktivləşdirməyin mümkün olacağını zənn edir. Ərazinin coğrafiyası ilə tanış olan hər kəsə bəllidir ki, Kərkinin hərbi yolla azad edilməsi üçün Arazdəyən keçid funksiyasını yerinə yetirə bilər. Azərbaycanın işğalda olan ərazilərini erməni işğalından azad edtməsinə mane olmaq üçün bu bölgəyə ABŞ şirkətlərinin investisiya yatırmasını təmin etmək İrəvanın təbilincə, "təhlükənin" sovuşması hesab edilə bilər.

Amma sən saydığını say, gör Bakı nə düşünür. Prosesi qaraltmaq üçün Arazdəyən istiqamətindən Naxçıvanın Sədərək rayonundakı mövqelərinin atəşə tutulması çıxış yolu ola bilməz. Bu, Azərbaycan və Ermənistan arasındakı davamlı sülhün reallaşmasına risklər yaradır və genişmiqyaslı hərbi eskalasiya üçün zəmin formalaşdırır. Arazdəyəndəki metallurgiya zavodu barədə ortaya atılan iddialar isə Ermənistanın ABŞ-nin dəstəyini almaq ideallarına qarmaq atmasından başqa bir şey deyil. Yaxşı olar ki, bu məsələdə ABŞ tərəfi qəti mövqe ortaya qoysun və qarşıda XİN başıları arasında gözlənilən növbəti Vaşinqton görüşünün əhəmiyyətini qoruyub saxlamaq barədə düşünsün.

Təhməz Əsədov
TREND


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 429   Tarix: 17 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

29.04.2024 328
.

Avropa İttifaqı "TikTok"u bloklamağa hazırlaşır

"TikTok" sosial şəbəkəsi ABŞ-də olduğu kimi Avropa İttifaqında (Aİ) da qadağan edilə bilər. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. Fon der Lyayen xatırladıb ki, Avropa Komissiyası hələ ötən ilin fevralında dünyada öz işçilərinə iş telefonlarında "TikTok"

10:43 136
.

Qayda pozdu - 1678 manat cəriməsi olduğu üzə çıxdı

Avtomobili qeydiyyat nişansız idarə etməklə yanaşı, 1678 manat cərimə borcu olan şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, "Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobil

12:59 39
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29.04.2024 263
.

Almatı görüşündən gözləntilər nədir? - RƏY

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər. Politoloq Elşən Manafov -a bildirib ki ,Almatıda baş tutacaq növbəti görüş tərəflər arasındakı problemlərin vasitəçilərsiz çözülə biləcəyi ilə bağlı prezident İlham Əliyevin irəli sürdüyü təklifləri

29.04.2024 386
.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

29.04.2024 519
.

Aprelin son gününün HAVA PROQNOZU

Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti

29.04.2024 350
.

Keyfiyyətli dondurmanı necə seçək? - AÇIQLAMA

Havanın istiləşməsi ilə dondurma mövsümü də yaxınlaşır. Bəs keyfiyyətli, insan orqanizminə zərərsiz dondurmanı necə seçə bilərik?. Qida eksperti Elsevər Fərzəliyev -a bildirib ki, normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır

29.04.2024 392
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

29.04.2024 196