Azərbaycanda minimum əməkhaqqı 500 manata qaldırılır? - AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı 500 manata qaldırılır? - AÇIQLAMABu gün vətəndaşların ən çox narazılıq etdiyi məsələ Azərbaycanda minimum əməkhaqqının 345 manat dəyərində az olmasıdır. İlk olaraq, bu məbləğ bir ailənin ehtiyaclarını qarşılamır. Bununla yanaşı vətəndaşlar bu məbləğ ipotekadan yararlanmaq istəyən ailələrə problem yaradır. Çünki minimum əməkhaqqı ilə vətəndaşlar ipoteka kreditlərindən yararlana bilmir. Bu baxımdan Azərbaycanda minimum əməkhaqqının məbləği il ərzində 500 manata çatdırıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycanda bu gün minimal əməkhaqqının 345 manat dəyərindədir və bu məbləğ az olduğu üçün artırılmalıdır:

"Azərbaycan Respublikasının Konstitusiyasına görə, bizim qoşulduğumuz beynəlxalq müqavilələr Azərbaycanın qanunvericiliyi aktları sayılıb. Bu müqavilələr bizim milli hüquq sistemimizə daxildir. Əvvəla Azərbaycan 1992-ci ildən "İqtisadi sosial və mədəni hüquqlar haqqında " beynəlxalq pakta qoşulub. Həmin paktın 7-ci maddəsinə görə şəxsin əməkhaqqısı onun və ailəsinin layiqli həyat tərzini təmin etməlidir. Eyni zamanda Azərbaycan 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşulub. Həmin xartiyanın dördüncü maddəsinin birinci bəndinə əsasən, layiqli əməkhaqqı ölkə üzrə orta əməkhaqqının 60 faizindən az olmamalıdır".

Əkrəm Həsənovun sözlərinə görə , ötən ilin sonunda bizdə əməkhaqqı hardasa 924 manata yaxın idi. Həmin məbləğin 60 faizi 462 manat edir. Deməli Azərbaycanda minimum əməkhaqqı 462 manatdan az olmamalıdır:

"Bu gün Azərbaycanda 345 manat əməkhaqqı olması çox azdır. Məsələnin əlbəttə ki, iqtisadi tərəfidə var. Amma birincisi bu belə olacaqsa dövlət öz məmurlarını maaşla təmin etməlidir. Azərbaycanda bu istiqamətdə dərin iqtisadçı alimlərimiz yoxdur. Amma dünya miqyasında alimlərin fikrincə, minimal əməkhaqqı bəzən işçilərə ziyan vurur. Yəni onları buna görə işə götürmürlər. Hansısa bir sahibkardır. Minimal əməkhaqqısı isə deyək ki, 500 manatdır. Bu zaman üç nəfərin yerinə iki nəfəri işə götürəcək. Yəni bu məsələ dünya miqyasında mübahisəlidir. Dövlət minimal əməkhaqqını vəd etməlidir yoxsa yox. Bizdə qanun var ki, əhali minimal əməkhaqqı ilə təmin edilməlidir və dövlət bunu edib. Sadəcə olaraq minimal əməkhaqqının az olmasınıb səbəbini aidiyyəti dövlət qurumları izah etməlidir. Yaxın vaxtlarda da mən bu məbləğin artmasını gözləmirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1722   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda sakinlər kafelərdən narazıdırlar: "Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər" - VİDEO

Bakının Xəzər rayonunda sakinlər bir sıra kafelərin fəaliyyətindən narazıdırlar. Bu barədə -a vətəndaşlar tərəfindən daxil olan şikayətdə qeyd edilib. Daha dəqiq desək, söhbət Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivindən gedir. Sakinlər iddia edirlər ki, kafelərdə qeyri-etik davranışlar

12:14 267
.

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub. "Unikal"ın əldə etdiyi məlumata görə, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmmə

15:23 221
.

Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Bununla bağlı AZƏRTAC məlumat yayıb

11:49 211
.

Bakıda "Çingene Kızı Zeugma" filminin Qala gecəsi baş tutub - VİDEO

"Gənclik" TM-də yerləşən "CineMastercard" premium kinoteatrında "Çingene Kızı Zeugma" Türk komediyasının Qala gecəsi baş tutub. xəbər verir ki, tədbirdə filmin prodüseri İbrahim Akbaba, rejissoru Kamil Çetin və rolları canlandıran aktyorlar İnan Ulaş Torun, Aysel Nazim

12:55 249
.

Azərbaycan Yeni Kaledoniya xalqının etirazına dəstək verir?

Fransa daxili işlər naziri Jerald Darmanin Azərbaycanı Fransanın Sakit okeanda ərazisi sayılan Yeni Kaledoniyada son baş verən etirazlara müdaxilədə ittiham edib. O müstəqillik tərəfdarı olan bəzi fəalların Azərbaycan hakimiyyəti ilə sövdələşməsi olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki

15:53 175
.

Nigeriyada məsciddə partlayış: 11 nəfər həlak olub

Nigeriyanın Kano ştatında məsciddə partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 11 nəfər ölüb, 17 nəfər yaralanıb. Bu barədə Kano Polisinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Abdullahi Harun açıqlama verib. Müalicə olunan yaralılardan bəzilərinin ağır vəziyyətdə olduğunu bildirən Harun

11:17 6
.

Qaxda 32 yaşlı kişi intihar etdi

Qaxda 32 yaşlı kişi intihar edib. "Qafqazinfo"nun məlumatına görə, Qax şəhər sakini, 1992-ci il təvəllüdlü Rzayev Ağanir Aydın oğlu özünü həyətdəki yardımçı tikilidən asıb. A.Rzayevin hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır

16.05.2024 706
.

Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkon

11:25 271
.

Paytaxtda qadın döyüldü - Əri və oğlu saxlanıldı

Bakıda qadını zorla maşına mindirib aparan şəxslər məsuliyyətə cəlb edilib. BİG.AZ DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində qadının zorla "VAZ-21011" markalı maşına mindirilərək aparılması müəyyən olunub. Nizami RPİ 23-cü Poli

11:17 660