Masallıda qıza görə dava: Təhqir olunan gənc özünü asdı

Masallıda qıza görə dava: Təhqir olunan gənc özünü asdıAprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 15 yaşlı Şahin Quliyev barədə bəzi detallar üzə çıxıb.

Yeniyetmənin atası Sahib Quliyev Oxu.Az-a bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub:

"Mən Rusiyada yaşayırdım, hadisəni eşidən kimi gəlmişəm. Oğlum və onunla bir məktəbdə oxuyan başqa bir oğlan eyni qızı seviblər. Bir ay oğlumu incidiblər. Daha sonra həmin oğlan bir qrup digər məktəbliləri də götürərək oğlumu söhbət etməyə çağırıb. Mənim oğlum da tək gedib. Həmin uşaqlar oğlumu döyüblər, söyüşlərlə təhqir ediblər. Sonra gözdən salmaq məqsədilə şəkillərini çəkib, video çəkiblər. Məktəbdə həmin videonu yayıblar, hər kəsə, eləcə də qıza göstəriblər".

Sahib Quliyevin sözlərinə görə, oğlu bu barədə heç kəsə heç nə deməyib, özünə qapanıb və axşam saatlarında ağacdan özünü asıb:

"Anası axşam çölə çıxanda görüb ki, ağacdan özünü asıb. Bir aydan sonra 16 yaşı olacaqdı. Mənim oğlum sakit, tərbiyəli, savadlı uşaq idi. İstəyirəm onu intihar həddinə çatdıranlar cəzalandırılsınlar. Qanı yerdə qalmasın".

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 724   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah 25 dərəcə isti olacaq

Mayın 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a bildirilib. Vurğulanıb ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15 dərəcə isti, gündüz 19-24 dərəc

20.05.2024 247
.

10 santimetrlik qələm udan uşaq sağ qaldı

Nepalda yeddi yaşlı uşaq təsadüfən 10 sm uzunluğunda qələm udub. -in xəbərinə görə, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, ana yeddi yaşlı oğlunu Katmandu xəstəxanasına aparıb. O, uşağın qələmlə oynadığını və yanlışlıqla udduğunu bildirib. Uşaq baş verənləri dörd saat sonra valideynlərin

20.05.2024 207
.

İraq İran prezidentinin ölümü ilə bağlı matəm elan edib

İraqda İran prezidenti İbrahim Rəisinin təyyarə qəzasında həlak olması ilə əlaqədar matəm günü elan edilib. xəbər verir ki, İraqın baş naziri Məhəmməd Əl-Sudaninin qərargahının bəyanatında deyilir. Bundan əvvəl Pakistan, Livan və Suriya Rəisinin vəfatı ilə bağlı matəm elan etmək qərarını elan ediblər

20.05.2024 272
.

Yayda hansı ölkəyə getməməliyik?- AÇIQLAMA

Yay mövsümündə insanlar bölgələrimizlə paralel xarici ölkələrə də üz tuturlar. Xaricdə istirahət üçün insanlar adətən sərin ölkələri seçirlər. Həddindən artıq isti olan ölkələr insanların səhhətinə də pis təsir edə bilər. Bəs hansı ölkələrə getməməliyik?. Mövzu ilə bağlı BİG.AZ-A turizm üzrə eksper

20.05.2024 230
.

Mərkəzi Bankda yeni TƏYİNAT

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub. xəbər verir ki, Məhəmməd Məhərrəmli Mərkəzi Bankın Risklərin İdarə Edilməsi Departamentinin direktoru təyin olunub. Qeyd edək ki, Məhəmməd Məhərrəmli 2008-2012-ci illərdə bakalavr təhsilini maliyyə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetini

20.05.2024 316
.

Paşinyan: "Ermənilər övladlarının hərbi xidmətdən yayınması üçün ölkəni tərk ediblər"

"Ermənilərin çoxu övladlarının hərbi xidmətdən yayınması üçün ölkəni tərk ediblər". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan demoqrafik strategiyanın müzakirəsi zamanı deyib. O qeyd edib ki, demoqrafik vəziyyət təhlil edilərkən bir sıra amillər nəzərə alınmır. Bu səbəbdən insanlar ölkən

20.05.2024 146
.

Qarabağ Universitetinə rektor təyin olundu

Prezident İlham Əliyev Şahin Bayramovla bağlı Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncamla Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyi

20.05.2024 332
.

BMT-nin iclasında Rəisinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - FOTO

BMT Təhlükəsizlik Şurasının iclası təyyarə qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. xəbər verir ki, bu barədə BMT-nin xəbər xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. "BMT Təhlükəsizlik Şurasının üzvlər

20.05.2024 166
.

Cənubi Afrikada binanın uçması nəticəsində 33 nəfər öldü

Cənubi Afrikanın Corc şəhərində May ayının 6-sı çoxmərtəbəli bina çöküb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 33 nəfər ölüb. Cənubi Afrika Respublikasının Corc Munisipalitesinin bəyanatında bildirilib ki, bu günə kimi dağıntılar altında olan 62 işçinin hamısı çıxarılıb. Ərazidə axtarış-xilasetm

20.05.2024 178