Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz""Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyim var, nə də başqa bir şey. Bilsələr ki, onlardan xoşum gəlmir, zəhləm gedir sabah başlayacaqlar ayağımın altını qazımağa. Onsuz da edirlər, bir az da artıq edərlər. Ona görə yalandan yola verirəm"

Bunu Moderator.az-a açıqlamasında müğənni Samirə Yusifqızı bildirib.

O daha sonra sənət yoldaşlarının ölümünə sevinən həmkarlarına səslənib:

"Siz ölməyəcəksiniz ki? Yoxsa qurdla qiyamətə qalmaq istəyirsiniz?! Kimdən artıqsınız? Ölənlərdən?! Heç kimdən artıq deyilsiniz, hamınız öləcəksiniz. Kim-kimə nə arzulayırsa, o bunu görüb həyatdan köçəcək. Tam arxayın olsunlar. Çox ayıb olsun ölümə sevinənlərə! Çünki insan başına nə gələcəksə, onu bilmir. Xoş hallarına ki, sənətçi dostlarımız ev-eşiklərində balalarının yanında abır-həya ilə ölüb getdilər. Heç onlar bilmirlər ki, it kimi öləcəklər, yoxsa nə kimi! İnsan gərək nə qədər mənliyini, şərəfini itirsin ki, kiminsə ölümünə gülsün, sevinsin! Onlara adam deməyə dilim gəlmir. Haram olsun onlara sənət cameəsində tutduqları pillə! İnsanlığa yaraşmaz! Ölənin arxasınca danışmazlar! İnsan ölüb gedib, o, Allahına cavab verəcək. Bəndə kimdir ki, onun arxasınca danışır?! Hamının səhvi, günahı var! Ayıb olsun!"

Samirə Yusifqızı kişi toylarına son illər nadir hallarda dəvət aldığını bildirib:

"Əvvəllər Oqtay Kamillə kişi toylarına daha çox dəvət alırdım. İndi çox azdır. Təsadüf hallarda, demək olar ki, olur. Allah xalqımıza, millətimizə o qədər imkan versin ki, eybi yox, bizi çağırmasalar da, olar. Biz ancaq xeyir iş istəyirik. Mən müğənniyəm, mahnı oxuyuram. Oxuyacağam da. Nə qədər Allah mənə güc veribsə, musiqilərimlə sənətə xidmət edəcəyəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 730   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya: "Xarkov və Zaporojye vilayətlərində 3 yaşayış məntəqəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində 2, Zaporojya vilayətində isə 1 yaşayış məntəqəsini nəzarətə götürdüklərini bildirib. xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib. Rusiyanın Dnyepr hərbi birləşmələrinin Zaporojy

20:45 35
.

Slovakiyanın baş nazirinin güllələnmə anı - YENİLƏNİB + ANBAAN VİDEO

Slovakiyanın Baş naziri Robert Fitsonun güllələnmə anının videosu yayılıb. Kadrlarda 71 yaşlı müxalif yazıçı Yuray Sintula hökumətin iclasından sonra tərəfdarları ilə əl sıxmaq üçün çölə çıxan Fitsoya bir neçə dəfə atəş açdığı görünür. Qeyd edək ki, hazırda baş nazirin vəziyyəti ağır olaraq qiymətləndirilir

20:35 73
.

Rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ

"Bu gün məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatımız var". BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, bu gün ölkə üzrə təhsil müəssisələrini

15:08 221
.

Paşinyan Serbiyanın Baş nazirinə təbrik məktubu göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan Serbiyanın Baş naziri Miloş Vuçeviçə bu vəzifəyə seçilməsi münasibətilə təbrik məktubu göndərib. xəbər verir ki, Baş nazirlikdən verilən məlumata görə, bəyanatda deyilir:. "Serbiya Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə sizi təbri

21:00 0
.

Bu incəsənət məktəbində 200 minə yaxın pul mənimsənilib

Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə BİG.AZ-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilən qanunsuzluqlarl

11:45 210
.

Çingiz Mustafayev evlənir - FOTOlar

Müğənni Çingiz Mustafayevin toyudur. -a istinadən bildirir ki, o, mayın 19-u ukraynalı xanımla ailə quracaq. Müğənninin toy məclisi Kuş adasında baş tutacaq

18:30 397
.

Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO

Məlum olduğu kimi, İrəvanda aksiyalar davam etməkdədir. Ölkə.Az xəbər verir ki, Ermənistan polisi ictimai asayişi pozanları saxlayır. Bu dəfə onlar arasında Bakıda keçirilən I Avropa Oyunlarında iştirak etmiş Sose Balasanyan da olub. O, Azərbaycanın paytaxtında uğursuz nəticəsi ilə yadda qalıb. Görünür

12:58 799
.

4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO

4 ailə üzvünü öldürən polisin mesajları üzə çıxıb. haberler-ə istinadla bildirir ki, Bursada anasını, iki qardaşını və qardaşı arvadını öldürən Adem Ergünerin mesajları yayılıb. Polis əməkdaşı olan Adem Ergünerin hadisədən əvvəl qohumlarına "üstünüzə qusacağam, qanınızı içsəm doymaram" mesajların

17:19 560
.

Sürücülərin DİQQƏTİNƏ! - Sabahdan bu yolda təmir başlayır

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Məlumat verilib. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətind

17:01 202