Bermud Üçbucağı

Bermud ÜçbucağıXəritəyə baxdıqda üçbucaq formada görünən bu bölgədə indiyə qədər çox qeyri-adi hadisələr olmuşdur. İtən gəmi, təyyarə və insanların sayı tam olaraq bilinmir. Bu səbəblə uzun bir dövr lənətli yer və ya şeytanın üçbucağı kimi adlarla xatırlanmışdır, hətta indiki vaxtda da bu adları zaman zaman istifadə etməkdəyik.

Bermud üçbucağı, Atlantik okeanının 500.000 mil kvadrat sahəsini örtən, Amerikanın Atlantik okeanına açılan cənub-şərq sahillərində, quşbaxışı baxıldığında isə Mayami, Bermud və Puerto Rico sərhədləri içərisində qalan üçbucaq şəklində bir sahədir. Okeanın bu qismində yüzlərlə gəmi və təyyarə dağıntısı tapılıb. Son 100 il içərisində batan gəmi, partlayan təyyarə və itən insan sayı minlərlə ifadə edilir.
Bu bölgədə suyun altında çox böyük maqnit mədən qaynaqlarının olduğu və bu səbəblə təyyarələrin bu sıx maqnetik çəkilişdən təsirlənərək elektronik sistemlərinin pozulduğu, buna bağlı olaraq da məhv olduqları deyilirdi. Buna o qədər inanıldı ki, kimilərinə görə başqa bir şərhi qətiliklə ola bilməzdi.
Bermud ÜçbucağıLakin digər tərəfdən bir az düşünsək, əgər belə bir şey olsaydı gəmilər niyə batır? Yoxsa bir gəmini belə çəkib uda biləcək qədər qüvvətli idimi bu maqnit? Qətiliklə xeyr. Əgər maqnit təsiri olsa və zidd qütblər prinsipiylə gəmi çəkilsə belə, su üzündə dayanan bir gəmini batıracaq qədər güc göstərə bilməsi mümkün olmazdı. Əlavə olaraq o bölgədə edilən ölçmələr həddindən artıq və ya normalın üstündə bir maqnetik sahə olmadığını dəfələrlə sübut edilmişdir.
Bölgədə əsl şübhə oyadan isə, insanların "dənizdə ağ bir su meydana gəlir" şəklində ifadə etdikləri qeyri-adi hadisələr idi. Bundan sonra kameralı robotlar vasitələriylə edilən suyun dibinə səyahət edildi və döşəməsinin dümağ bir örtüklə bağlı olduğu aşkar edildi və batan gəmi, təyyarə dağıntılarının hamısı tapıldı. Bu an ən qüvvətli ehtimal olaraq ortaya atılan aktual nəzəriyyəyə görə, bu təbəqə dənizin dibində iştirak edən böyük təbii qaz qaynağından çıxan qazların suyun altında yüksək təzyiq və aşağı istiliyin təsiriylə qatılaşıb ağ hidrat parçacıqları halına gəlməsi şəklində açıqlanır.
Bermud ÜçbucağıBu bölgədən eyni zamanda Gulf Stream adı verilən bir isti su axıntısı keçir. Suyun döşəməsindəki hidrat parçacıqları isti su axıntısıyla qarşılaşdıqlarında əriyib suyun üzünə doğru hərəkət edir. Bunun nəticəsində minlərlə kub metr təbii qaz suya qarışır və suyun sıxlığını çox azaldırlar. O əsnada bölgədən keçən bir gəmi varsa, sıxlıq fərqinin nəticəsində suyun qaldırma qüvvəti gəmini daşıya bilmir və gəmi batır. İsti su axıntısıyla birlikdə hidritlərin əriməsi bitdiyində su üzərində yaranan bu ağ təbəqə də yox olur və gəmi sanki az əvvəl orada deyilmiş kimi gözdən tamamilə itir.
Eyni şəkildə su səthindən havaya qalxan qazlar, atmosferdəki havadan belə daha az sıxlığa sahibdirlər və eyni səbəbdən yəni sıxlıq fərqindən ötəri təyyarələr hava tərəfindən kafi sürtünməyə dayana bilməyib tarazlığı itirir və təbii qaz molekullarının havadakı oksigen molekulları ilə birləşərək təyyarənin mühərriklərinin daxili yanma üçün lazımlı oksigeni yox edir və təyyarə mühərrikləri dayanır.
Bermud ÜçbucağıŞeytan üçbucağında itərək ən çox çaxnaşma salan hadisə "Flight 19″ idi. Halbuki eyni zamanda çox sayda təyyarə itmişdi. Bunlar ikinci dünya müharibəsində Amerikan donanmasına aid borbardman təyyarələri idi. Grumman IBM Floruda Avenger tipindəki beş təyyarə, 5 dekabr 1945 tarixində saat 14.00 radələrində Florudadakı Fort Lauderdale donanmadan ayrıldıqdan sonra pilotlar uçuş şərtlərinin çox yaxşı olduğunu bildirmişlər.
Lakin sonra Bermud Şeytan Üçbucağında birdən birə yox oldular. Flight 19 təyyarəsindən son xəbər alındığı an 5 dəniz təyyarəsi onu axtarmaq üçün Bemud üçbucağına doğru hərəkət edir. Lakin hadisə yerinə çatdıqda onlarla əlaqə kəsilir və bir gün içərisində 6 təyyarənin yox olması ilə əlaqədar ən geniş axtarış işləri başlanılır. Bermud üçbucağının sirri həll edilməsinə baxmayaraq hələ də bəzi qaranlıq qalan məqamlar var.

Maraqlıdır elə deyilmi???


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 16549   Tarix: 08 noyabr 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 284
.

II Albert ailəsi ilə bağlı şayiələrə son qoydu

Monako şahzadəsi II Albert və şahzadə Şarlin doqquz yaşlı əkizlər Jak və Qabriella ilə birlikdə Hamburqda "Monako dünyası" sərgisinin açılışında iştirak ediblər. Axşam.az xəbər verir ki, monarxların gəlişi Almaniyanın ən məşhur turistik yerlərindən biri olan Miniatür Möcüzələr ölkəsi muzeyind

27.04.2024 282
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 525
.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 603
.

Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq?

Alla Puqaçovanın qəsrini aldığını iddia edən rusiyalı Stas Bareski burada xarici agentlər siyahısına daxil edilən sənət adamları, artistlər üçün özəl həbsxana açmaq qərarına gəlib. O, bu planları barədə -ya müsahibəsində deyib. "Mən qəsrdə meyitxana (morq) ideyasından əl çəkməmişəm. Sadəcə istərdi

27.04.2024 408
.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21.04.2024 454
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 457
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 496
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 277