5 ulduzun pəhrizi

5 ulduzun pəhriziDemi Mur: "The Zone" pəhrizi
3 hamiləlik aktrisanın bədən formasında deyəsən büruzə verməyib. Demi Mur ingiliscə "The Zone" adlı pəhrizə müraciət edib. Onu Berri Sirs adlı həkim yaradıb. Belə ki, gündəlik rasionda 40% karbohidrat, 30% zülal, 30% isə yağ olmalıdır. Mütləq olaraq gün ərzində 5 dəfə və eyni vaxtda yemək lazımdır. Yağ dedikdə, bitki mənşəli yağlar, balıq yağı və bitki yağı, zülala isə yağsız ət və balıq daxildir. Məqsəd – insulini sabit saxlamaq, piy yığılmasının qarşısını almaq, aclıq və yorğunluq hissi olmadan arıqlamaq.
Bunu etməyə dəyərmi? Əgər diqqət yetirsək görərik ki, bu bir qədər yumşaq formada olan zülal pəhrizidir. Bununla əzələ kütləsini itirmədən həqiqətən arıqlamaq olar. Lakin öncədən əmin olun ki, qaraciyər və mədəniz bunu qəbul edəcək. Yadda saxlayın ki, "The Zone" pəhrizdir, həyat üçün qidalanma sistemi deyil. Çünki orqanizmə həmişə bu miqdarda zülal tələb olunmur. Adətən dietoloqlar gündəlik rasionun 15 %-nin zülal olmasını qeyd edirlər.

5 ulduzun pəhrizi Qvinet Peltrou: makrobiotik pəhriz
Qvinetin qida sistemi absurd həddə çatdırılıb. Yalnız təbii (eko, bio və orqanik) qidalar. Bu o deməkdir ki, emal edilmiş ərzaqlar və ya qaynadılmış qida qəbul etmək olmaz. Həmçinin ət, balıq, yumurta və ağartı məhsulları qadağandır. Peltrou yalnız tərəvəz, meyvə, yosun , bitki kökləri ilə qidalanır.
Bunu etməyə dəyərmi? Ən yaxşısı bunu etməyin. Heyvan mənşəli ərzaqların rasiondan çıxarılması zülal, dəmir və B12 vitamini çatışmamazlığına səbəb ola bilər.

5 ulduzun pəhrizi Madonna: kətan ailəsi
10 ildən artıqdır ki, Madonna bio ərzaqlarla qidalanır ( ilk növbədə bu, meyvə, tərəvəz, buğda məhsulları, balıqdır). Təxminən 1 il əvvəl rasionuna kətan bitkisini əlavə edib. Madonna həddən artıq az yeyir. Belə ki, onun yediyini quş yemi ilə müqayisə etmək olar. Müasir tədqiqatlara əsasən kətan bitkisinin toxumunda omeqa-3 turşusu vardır ki, bu da insanı arıqladır.
Bunu etməyə dəyərmi? kətan ailəsi – arıqlamaq üçün sehirli həb deyil, tərkibində omeqa-3 və az miqdarda omeqa-6 turşusu var. Bu da öz növbəsində orqanizmdə piy yığılmasının qarşısını alır. Lakin unutmayın ki, bu məhsul (badam, fındıq və digərləri kimi) yağ və kalori ilə zəngindir və ondan çox istifadə etməyə dəyməz. Bio-məhsullara gəlincə isə onlar çəkinin artıb-azalmasına təsir etmir.

5 ulduzun pəhrizi Beyons: Stop & Go ( bir addım qabağa, iki addım arxaya)
Müğənni dadlı yeməklərin həvəskarıdı. Nəticədə isə öncə çəkisi artır, sonra pəhrizlərə müraciət edib, arıqlayır. Daha sonra tarix yenidən təkrarlanır. Düzdür, lazım olanda o, çox tez arıqlayır. Onun sirri az kalorili qida və 7 günlük pəhrizdir. Bu pəhriz zamanı yalnız dənli bitkilər yeməli olar. Problem ondadır ki, pəhrizdən istədiyi nəticəni aldıqdan sonra müğənni yenə əvvəlki qida sisteminə qayıdır. Dondurmalar, burgerlər və s.
Bunu etməyə dəyərmi? Qəti etmək olmaz! Beyons pəhrizi – bədən forması üçün ən zərərli pəhrizdir. Çünki bir həftə ərzində orqanizmin itirdiyi çəki piy formasında yenidən qayıdır.

5 ulduzun pəhriziŞarliz Teron: xırdalanmış qidalanma
"Pəhriz" sözü bu xanıma tanış deyil. O hər zaman gözəl formadadır. Qamətinin sirri isə balanslaşdırılmış qidalanmadır. Şarliz "müxtəliflik lakin az-az" şüarını əsas tutur. Hər yemək qəbulunda mütləq şəkildə zülal ( ət, balıq, yumurta), tərəvəz, meyvə və bir qədər karbohidrat. Heç bir qida qəbuluna qadağa yoxdur. Aktrisa, tort, piroq, hamburger, pizza da yeyir. Lakin bununla belə hər porsiyada yeməyin qədəri az olmalıdır. Adi porsiyanın təxminən 1/3 –i qədər yeyir. Güclü aclıq hissini dəf etmək üçün isə gün ərzində 6 dəfə kiçik porsiyalarda yeyir.
Bunu etməyə dəyərmi? Əgər aktrisanın qidalanma sistemini analiz etsək görərik ki, bu sadəcə xırdalanmış qidalanmadır. Bunu adətən maddələr mübadiləsini sürətləndirmək istəyən hər kəsə məsləhət görürlər. Çünki psixoloji olaraq bu qidalanma sistemini hər kəs rahat keçirə bilər. Ən əsası isə orqanizm ona lazım olan zülal, yağ və karbohidratla da təmin olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7254   Tarix: 23 oktyabr 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

13:58 177
.

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Günəşdə həftə ərzində ikinci yüksək dərəcəli güclü partlayış qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb. "Mayın 5-də Moskva vaxtı ilə saat 09:01-də (Bakı vaxtı ilə 10:01) 3663 (N24W22) Günəş ləkələri qrupund

14:22 141
.

Əmlak bazarında "tilov effekti" - ARAŞDIRMA

Yanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin mənbəyin

04.05.2024 221
.

Hüseynin 153 milyon vergi borcu var

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Axşam.az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb. Federal Vergi Xidməti artıq blogerin şirkətinin hesablarını bloklayıb. Sözügedən şirkət restoran və yeməklərin çatdırılması xidməti il

14:40 232
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 450
.

Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ

Maqnit qasırğaları zamanı ən çox görünən narahatlıq baş ağrılarıdır. Çünki maqnit partlayışları və elektrik impulsları səbəbindən beyin neyronlarının həyəcanlılığı artır. Bu barədə rusiyalı həkim Natalya Balan məlumat verib. "Ağrı şiddətli miqren, başgicəllənmə, zəiflik və qulaqda küy yaradır. Geomaqni

20:10 0
.

Yeni tədqiqat qaranlıq maddə haqqında anlayışımızı dəyişə bilər

İrvindəki Kaliforniya Universitetinin alimləri qaranlıq maddənin varlığına dolayı ilə də olsa yeni sübutlar təqdim ediblər. Tədqiqat iki növ maddənin kompüter simulyasiyalarını əhatə edib: sadə və qaranlıq. Bu, ulduzların və kosmik qazın hərəkət sxemləri kimi həqiqi qalaktikaların tədqiqi zamanı müşahid

19:10 0
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 349
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28.04.2024 469