Lətifələr

LətifələrLətifələr1.Loqopedin kabinetində:
- Həkim, mənim ərimin sağlamlığına söz ola bilməz.Ancaq bir balaca çatışmayan cəhəti var.
- Nədir ki, o ?
- O kəkələyir.
- Həmişə ?
- Yox, nə danışırsınız.Ancaq danışanda.

Lətifələr2.Mən əlimi yellədirəmsə, bu o deməkdir ki, mənim yanıma gəlməlisiniz !
- Başa düşdüm, cənab direktor ! Mən başımı yellədirəmsə bu o deməkdir ki, mən sizin yanınıza gəlməyəcəyəm.

Lətifələr3.Iki rəfiqə söhbət edir:
- Yuxuda görürəm ki, tamam çılpaq halda mərkəzi küçə ilə gedirəm. Ancaq başımda gülləri olan papaq var.
- Vay, Vay.. Bu ki, lap dəhşətdir, belə papaqlar çoxdan dəbdə deyil !..

Lətifələr4.Mənim arvadımla heç vaxt mübahisəm duşmür.
- Niyə ?
- Ona görə ki, bütün vəzifələri bölüşmüşük.
- Necə ?
- Evin daxili işləri ilə arvadım məşğul olur, xarici işləri ile mən.
- Arvadın vəzifələrinə nə daxildir ?
- Evi yığışdırmaq, xörək bişirmək, bazarlıq etmək, paltar yumaq, uşaqların dərsine baxmaq və s.
- Yaxşı, Yaxşı bildim.. Bəs sənin vəzifənə nə daxildir ?
- Dünyada baş verən təbii fəlakətləri, siyasi məsələləri, futbol ve boks yarışlarını izləmək.

Lətifələr5.Bir nəfər polis idarəsinə zorla girərək qışqırmağa başlayır.
- Indicə məni soydular.
Polis:
- Üstünüzdən nəyinizi götürüblər ?
- Qızıl üzüyümü.
Polis:
- Bəs siz nə üçün köməyə heç kimi çağırmadınız ?
- Çünki mənim dişlərim hamısı qızıldandır.

Lətifələr6.Hirsli-hirsli qolundakı saatına baxan şef işçisindən soruşur.
- Hər gün gecikməyinizin səbəbini mənə necə izah edə bilərsiniz ?
Ancaq gic-gic uydurmalarınızı özünüzə saxlayın !
- Əlbəttə. Görürsünüzmü, aşağıdakı liftin yanına bir vərəq vurulub: "Ancaq 10 nəfər üçün".Hər gün səhər doqquz adamın da yığılmasını gözləyərkən, bilirsinizmi, nə qədər vaxtım gedir.

Lətifələr7.Əzizim evimiz çox darısqaldır, bir gecə bizdə qalmaq istəyən dayın artıq bir aydan çoxdur ki, bizdə yaşayır. Buna son qoymaq lazımdır ! Xahiş edirəm, onunla danışasan.
- Mən niyə ?
- Bəs kim ? O, axı sənin dayındır !
- Necə yəni, mənim ? Mən isə elə bilirdim ki, o sənin dayındır !

Lətifələr8.Qız ile oğlan nişanlanırlar.Hamı onları təbrik edir, bircə nəfərdən savayı.
- Sən niyə təbrik etmirsən ?
- Təbrik eləyə bilmərəm.
- Niyə təbrik eləyə bilməzsən ?
- Mən gəlini tanımıram, ona görə bəyi təbrik edə bilmərəm. Ancaq bəyi yaxşi tanıyıram, ona görə də gəlini təbrik eləyə bilmərəm !

Lətifələr9.Qocalmış məşhur həkim öz işini oğluna həvalə edir.
- Ata, - deyə ilk iş gününden sonra evə qayıdan oğlu qapının astanasından sevinclə qışqırır.
- Mən sənin 30 il idi ki, müalicə etdiyin o milyonçunu bir günə sağaltdım.
- Axmaq, niyə sevinirsən ? – deyə atası təəccüblə başını bulayır – Mən bu xəstənin hesabına 30 il ailəmi dolandırmışam, sən isə bir günə bizi bundan məhrum etdin.

Lətifələr10.Bir uşaq məktəb yoldaşı olan dostuna qonaq gedir.
Qapı ağzında onu yekə bir buldoq iti qarşılayır.
- Keç içəri – deyə yoldaşı içəridən qışqırır.
- Itiniz qapmır ki ?
- Elə bu bizim üçün de maraqlıdır. Onu bu gün almışıq.

Lətifələr11.Bazarda bir nəfər özünə at almaq istəyir. Satıcı onu dilə tutur ki, boz madyanı alsın:
- Bu, məhz sizə lazım olan atdır ! 15 km dayanmadan çapır.
Alıcı:
- Yox, beləsi mənə lazım deyil. Men şəhərden 10 km uzaqda yaşayıram.
Hər dəfə şəhərdən evə gələndə 5 km ayaqla geri qayıtmaq istəmirəm.

Lətifələr12.Meyitxanada iki sanitar söhbət edir.
Biri deyir:
- Onlar mərc gəldilər ki, kim başını avtobusun pəncərəsindən daha çox çıxara bilər.
- Mərci kim uddu ?
- Sağ tərəfdə yatan.

Lətifələr13.Arvad ərinə:
- Bizim evimizə kimsə girib ! Eşidirsən ? Tez ol, oyan !
Ər:
- Mən nə etməliyəm ki ?
Arvad:
- Nə bilim heç olmasa iti oyat !

Lətifələr14.Bu nə görkəmdir ? Xəstə zad deyilsən ki ? Başına bir iş gəlib ?
- Gəlib özü də necə. Dünən biz bir məclisdə bərk içdik. Məclisdən sonra mən Tofiqi evinə apardım və astaca yatağına uzatdım, arvadının heç xəbəri də olmadı.
- Nə olsun ki ? Sən çox yaxşı iş görmüsən.
- Düz deyirsən. Ancaq bu gün mən öyrəndim ki, Tofiq ümumiyyətlə heç həmin məclisdə olmayıb.

Lətifələr15.Həkimin qəbulunda.
Həkim :
- Nədən şikayət edirsiniz ?
Xəstə :
- Mənə elə gəlir ki, mən dəli oluram.
- Bunu nə ilə izah edə bilərsiniz ?
- Öz özümə məktub yazıram.
- Axırıncı məktubu nə vaxt göndərmisiniz ?
- Bu səhər.
- Məktubda nə yazmışdınız ?
- Onu hardan bilə bilərəm ki, məktubu hələ almamışam.

Lətifələr


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6222   Tarix: 04 oktyabr 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877