Saçlarınız tökülür?

Saçlarınız tökülür?Saçın tökülməsi problemi ilə bir çoxumuz üzləşirik. Əgər problem yaranıbsa artıq onu həll etmə haqda düşünmək mütləqdir. Çünki vaxtında görülməmiş tədbirlər sonra ağır nəticələrə səbəb ola bilər. Ona görə də ilk olaraq saçın tökülməsi səbəblərini araşdıraq.
Saçın tökülmə səbəbləri.
Saçın tökülmə səbəbi çoxdur. Ən xoşagəlməz məqam odur ki, onu aşkara çıxarmaq olduqca çətindir.

Stress – 2-3 həftə stressdən ötüb və siz artıq bu xoşagəlməz günləri arxada qoymusunuz. Saçlarınız isə indi tökülməyə başlayır.
Oral kontraseptivləri dəyişmisinizsə.
Genetik meyillilik. Valideynlərinizin saçlarına diqqət yetirin və maraqlanın ki, bu yaşda onlarda saç tökülməsi olubmu?!
Baş dərisindəki qan dövranı və saçların kökü zəifdir. Bu səbəbdən də kəpək yaranır. Bu zülal çatışmamazlığı ilə əlaqədardır.
Xarici faktorlar. Pis ekologiya və hava, kimyəvi buruqlar, fendən tez-tez istifadə və saça düzüm verən vasitələr.
İmmunitetin zəif olması.
Baş dərisindəki xəstəliklər. ( dermatit, seboreya və.s )
Narkozun qəbulu.
Saçlarınız tökülür? Düzgün olmayan qidalanma. Bu vitamin və mineral vasitələrin çatışmamazlığına səbəb olur (xüsusən də B5, B6, PP və C vitamini), mikroelementlərdən isə saçlar üçün maqnezium, dəmir, sink, kalsium və fosfor vacibdir.
Dava-dərman qəbulu və siqaret çəkmə. Vitamin və mineralların orqanizm tərəfindən mənimsənilməsində çətinliklər yaradır.
Kimyəvi üsulla (kimyaterapiya) müalicə.
Doğuş.
Saçlara qulluğun zəif olması (saça uyğun olmayan şampun, yaş saçların daranması və s.).
Saç problemləri ilə məşğul olan həkim trixoloq adlanır. Müayinədən və laboratoriya analizindən sonra o, müalicə təyin edir. Əgər saç tökülməsi daxili xəstəliklərlə bağlıdırsa o zaman ilk olaraq həmin xəstəliyi müalicə etmək lazımdır. Bahalı şampun və ya balzam köməyinizə çatmayacaq. Mütləq daxili problemi aradan götürməlisiniz.
Unutmayın ki, saçlarınızı xarici təsirlərdən də qorumalısınız.
Saç tökülməsinə qarşı xalq təbabəti.
Xalq təbabətində saç tökülməsini azalda biləcək maska və məhlulları ( hansılarki saç dibinə çəkilir və yuyulmur), kompressləri sadalamaq olar. Bir neçə resepti sizə təqdim edirik.
Saçlarınız tökülür?1.Gənəgərçək yağı və yumurta sarısıBir yumurta sarısını 1 xörək qaşığı gənəgərçək yağı ilə qatışdırıb quru, yuyulmamış saçlara çəkin. Kompress 40 dəqiqə sonra sabunla yuyulur. Proseduru ayda bir dəfə etmək olar.
2. Aloye
Kağıza bükülmüş aloye yarpaqları (yuyulmuş və qurudulmuş yarpaqlar) 12 sutka soyuducuda saxlanılır. Qaralmış yarpaqlar tullanılır, qalanları isə xırdalanır. Tənzifdən keçirilir və alınmış şirə baş dərisinə çəkilir. Yumağa ehtiyac yoxdur. Həftədə 1-2 dəfə etmək məsləhətdir.
3. Aloye və bal
Bir xörək qaşığı aloye şirəsi və bal, bir çay qaşığı gənəkərçək yağı qatışdırıb saçın dibinə sürtün. Yarım saat sonra yuyun. Bu maska quru saçlar üçün faydalıdır.
Saçlarınız tökülür?4. Alma
200 qram almanı xırdalayın və bir litr rom əlavə edin. Məhlul 3 gün qalmalıdır. Bundan sonra hər gün lasyon kimi saç diblərinə çəkilir. O, saçların uzadılması üçün faydalıdır.
5. Rozmarin, gicitkən şirəsi
Rozmarin məhlulu və təzə gicitkən şirəsi saç uzanmasına xeyirlidir.
6. Ağartı məhsullarıBildiyimiz kimi ağartı məhsulları B vitamini ilə zəngindir, deməli onlar saçları uzadır. Məsələn həftədə bir dəfə qatıq maskası edə bilərsiniz.
Şampun seçən zaman " saç tökülməsinə qarşı" yazısından öncə tərkibinə fikir verin. Əgər şampunun tərkibində gənəkərçək, ayıpəncəsi yağı, həmçinin jojoba və avokado yağı varsa bu, saç diblərini möhkəmləndirir və saçları uzadır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 14215   Tarix: 23 sentyabr 2009  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

TOP MP3