Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

Yerli şou-biznesin tanınmış simalarının əksəriyyəti bu yay xaricə gedə bilməyib. Müğənnilər bu il öz bağlarında dincəlməyə üstünlük verib.

Xalq artisti Aygün Kazımova - Müğənni ATV kanalında yayımlanan "Xeyir ola?" verilişi tətilə çıxandan sonra bir həftə bağda dincəlib. Hazırda isə sentyabr ayında Yaşıl Teatrda verəcəyi konsertə hazırlaşır.

Xalq artisti Brilliant Dadaşova - Bütün il boyu dəfələrlə Türkiyəyə işgüzar səfərə gedən müğəni hazırda bağında dincəldiyini deyib.

Xalq artisti Faiq Ağayev - Müğənni işlərinin çoxluğu ilə əlaqədar olaraq bu il Azərbaycana və onun dilbər guşələrinə üstünlük verdiyini deyib. Beş gün Naxçıvanda, iki gün Qubada, iki gün də Şəkidə istirahət etdiyini bildirən Faiq Ağayev əlavə edib ki, Azərbaycanda turizm və istirahət mərkəzləri inkişaf edib.

Xalq artisti İlhamə Quliyeva - Rayonları gəzməklə dincələn müğənni bu yay xarici kurortlara getməyərək, bağında istirahətə üstünlük verib. Xatırladaq ki, müğənni may ayında Moskva yaxınlığında Barvixa sanatoriyasında dincəlib.

Əməkdar artist Eyyub Yaqubov - Yay aylarında rayonları gəzən müğənni əsas istirahətini Mərdəkandakı bağında edib.

Əməkdar artist Tünzalə Ağayeva - Bu yay Türkiyədə dincələn müğənni həm də, bu ölkədə yayımlanan telekanalların qonağı olduğunu bildirib.

Röya - Ailəsi ilə birlikdə Şüvəlandakı bağında dincələn müğənni oktyabrda Akademik Opera və Balet Teatrında verəcəyi 10 günlük konsertə hazırlaşır.

Elnur - Bütün yayı bağda dincəldiyin deyən müğənni avqustun 22-də Maldiv adalarına yola düşəcək. Elnur orada iki klip çəkdirməklə yanaşı dincələcəyini də bildirib.

Zamiq - Bu yay Bodrumda dincələn müğənni, həyatında ən yadda qalan istirahət etdiyini deyib.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında İlhamə Quliyeva həkim nəzarəti altındadır!

Səhhətində problem yaranan xalq artisti İlhamə Quliyeva hazırda bağ evində həkim nəzarəti altındadır. Bu barədə açıqlama verən müğənninin mətbuat katibi Faiq Ələkbərli xalq artistinin bu radələrdə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriləcəyini bildirib.

Faiq Ələkbərli xalq artistinin ayaq damarlarında yaranan narahatlıqdan əziyyət çəkdiyini açıqlayıb.

İlhamə Quliyevanın bu gün əməliyyat oluncağı gözlənilir.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında
Röya Ayxan

Röyanın konsertində SSRİ xalq artisti iştirak edəcək!
Konsertin biletləri artıq satışdadır.
Xəbər verdiyimiz kimi, 1-10 oktyabr tarixlərində Akademik Opera və Balet Teatrında Röyanın solo konserti olacaq!
Eksklüziv olaraq xəbər veririkki, Röyanın hamiləliyinin sonuncu ayında verəcəyi teatrlaşdırılmış konsertdə sonuncu SSRİ xalq artisti Alla Puqaçova və onun keçmiş sevgilisi Filip Kirkorov da iştirak edəcəklər! Bu barədə məlumatı eksklüziv olaraq, Röyanın mətbuat katibi Ülviyyə Alovlu verib. Onun sözlərinə görə, konsertdə kifayət qədər çox saylı populyar ulduzların iştirakı baş tutacaq! Mətbuat katibi bu gündən biletlərin artıq satışda olduğunu da deyib. Qeyd edək ki, biletlərin qiyməti yerlərə uyğun olaraq, 20-50 manat arasında dəyişir!

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaBrilliant Dadaşova

Brilliant: - "On dörd yaşımdan normal dincəldiyimi xatırlamıram!"
Xalq artisti bağa getdiyinə peşman olduğunu bildirib.
Yay fəsli şou nümayəndələri dincəlməklə bərabər, işləməyə də vaxt tapırlar. Xalq artisti Brilliant Dadaşova isə normal dincələ bilmədiyndən gileylənib.
Müğənni bildirib ki, guya, bağda dincəlir. Xalq artisti bağa dincəlmək üçün getsə də, hər gün müxtəlif tədbirlərə, çəkilişlərə getdiyindən normal istirahət edə bilmədiyini deyib: - "On dörd yaşımdan bəri normal dincəldiyimi xatırlamıram! Hər gün bağdan şəhərə çəkilişlərə gedirəm. Göy-Göl rayonunun yubileyində iştirak etdim. Səhər isə (avqustun 18-i nəzərdə tutulur ) sərhəd qoşunlarının yubiley tədbirlərində çıxış edəcəm. Bağa gələndən bir neçə dəfə də "Kinoklub" verilişinin çəkilişlərinə getmişəm. Bir sözlə, həmişəki kimi bu il də, düz-əməlli dincələ bilmədim!"

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaKamilə Babayeva

Kamilə Babayeva: - "Tənha oturub, ad günü qeyd etməyin ayrı ləzzəti var!"
Bir neçə gün bundan əvvəl populyar aparıcı Kamilə Babayevanın ad günü olub. Ötən ildən "Kanal Türk" televiziyasında aparıcılıq edən Kamilə bu il ad gününü İstanbulda qeyd edib.
Aparıcı xanımdan ad gününü necə qeyd etdiyini soruşanda,bildirib: İndiyədək bir neçə dəfə xaricdə ad günü keçirdiyini bildirən Kama deyib ki, yalnız yaxın hesab etdiyi şəxsləri dəvət edib : - "Qonaqlarımı axşam saat 9-a şam yeməyinə dəvət etsəm də, 15 nəfərlik masada təxminən bir saatdan artıq tək oturdum. Bunun da ayrı ləzzəti var imiş. Qonaqlarım elə bil sözləşmişdilər. Hamısı eyni vaxtda gəldi. Təxminən, 2 saata yaxın xoş sözlər, təbriklər deyildi. Daha sonra Boğazda musiqi və əyləncə... Yadda qalan ad günü oldu."
Əməkdaşımızla söhbət əsnasında məlum olub ki, tanınmış simalardan model Nigar Talıbova və teleaparıcı Xədicə də Kamanı təbrik edənlər arasında olub.
Populyar aparıcı yalnız Nigar Talıbovanın ona hədiyyə aldığını deyib: - "Dəvət etdiyim qonaqların hamısı mənə yaxın olan insanlar idi. Onları sadəcə şam yeməyinə dəvət etdiyimə görə, ad günümdən xəbərsiz olublar. Amma Nigar əvvəlcədən xəbərdar olduğuna görə, o hazırlıqlı gəlmişdi. Hədiyyəsi də hazırda boynumdadır."
Onu da deyək ki, Kamilə Babayeva ad gününə aparıcısı olduğu kanaldan yalnız bir nəfər Mərvə adlı qızı dəvət edib. Aparıcı bunu onunla izah edib ki, ad günü ona doğma və dəyərli olduğundan yalnız ən yaxın dostlarını dəvət etməyə üstünlük verir.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında
Faiq Ağayev

Xalq artisti Faiq Ağayev növbəti dəfə bəyanat ünvanlayıb. Bəyanatı redaktə etmədən tam mətni ilə Sizə təqdim edirik!
"Flora Ələkbərovna Azərbaycan vətəndaşlığından imtina edəcəyi ilə kimləri hədələyir?
Dünən Azərbaycan vətəndaşlığından imtina edəcəyi haqda F. Kərimovanın KİV-də yaydığı bəyanat məni bu mövzuya münasibət bildirmək məcburiyyəti qarşısında qoydu. Çünki həmin müəmmalı çıxış Yasamal Rayon Məhkəməsində aramızdakı mübahisə ilə bağlı keçirilən növbəti məhkəmə iclasından dərhal sonra səsləndi.
Hakim tərəfindən vəsatəti təmin olunmayan Flora Ələkbərovna bu addıma imza atarkən açıq - aydın siyasi şantaj nümayiş etmiş oldu.
Belə halda ortaya bir neçə sual çıxır :
1. Bu şantaj KİMƏ ünvanlanıb?
2. Bu hərəkət NİYƏ edilib?
Cavab aydından da aydındır. Bu hərəkəti ilə Kərimova özünü qane edəcək nəticə əldə etməkdən ötrü məhkəməyə növbəti təzyiq göstərmək cəhdi etdi. Görünür bu, keçmiş aktiv siyasi fəaliyyətə yenidən qayıdışdır!
Bir məqama da toxunmaq vacibdir ki, Flora Ələkbərovnanın təkrar linqvistik ekspertiza ilə bağlı vəsatətini təmin etməməklə yanaşı hakim Kərimova ilə rəsmi nikahda olan şəxslər və onların qohumları ilə əlaqədar tərəfimdən qaldırılan vəsatəti də təmin etmədi. YRM-də keçirilən bu prosesdə hər iki tərəfin hüquqları eyni qaydada təmin olunur. Hətta deyərdim ki, qarşı tərəfin mənafeləri nisbətən daha böyük həvəs və şövq ilə qorunur. Məsələn, 2-ci ittihamçı Tahir Abbaslının bir dəfə də olsun məhkəmə iclasına gəlməsi hələ də təmin olunmayıb. Lakin bu hallar belə mənə əsas vermir ki, son nəticədə MƏİŞƏT ARAŞDIRMASINDAN başqa heç nə olmayan bu təhqiqatdan ötrü doğma Yurdumun vətəndaşlığından imtina edim!
Çıxışlarında "Vətən uğrunda canımı qoymuşam", "Sənətimin ən çiçəklənən vaxtı Qarabağ deyib səhnəni meydanlara, mitinqlərə dəyişdim", "Təki hər kişi mənim əqidəmin, iradəmin sahibi olaydı" kimi şüarları ehtiras və coşqunluqla səsləndirən Flora Ələkbərovna isə belə asanlıqlamı doğma məmləkətindən imtina edə bilər?
Nə qədər acı olsa belə, bu bir həqiqətdir - Flora Kərimova şəxsi mənafelərini Vətəndən daha uca tutan, Azərbaycan məhkəmə sisteminə qarşı cəmiyyətdə inamsızlıq yaradan, ədliyyə orqanlarının işini "qərəzli, tərəfkeşlik edən" adlandıran birisi, son nəticədə Azərbaycan cəmiyyəti və Azərbaycan dövlətçiliyinin bünövrəsi altında olan hələ ki partlamamış, yatmış bir MƏRMİDİR!"
Hörmətlə, Xalq Artisti, Azərbaycan vətəndaşı Faiq Ağayev.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaZamiqin mətbuat katibi açıqlama verib.

Bir müddət əvvəl xanım həmkarı Natavan Həbibi ilə konsert vermək istəyi reallaşmayan Zamiq haqqında xəbər yayılıb. Bakıda, Daxili İşlər Nazirliyinin yanında seksual azlıqların yeni fəaliyyətə başlayan barında bir neçə həmkarları ilə bərabər Zamiq də iştirak edib.

Bu gün müğənninin mətbuat katibi Ləman Tağıyeva əlaqə saxlayıb, yayılan məlumatın dezinformasiya olduğunu bildirib: - "Bilmirəm, kim hansı məqsədlə bu şaiyəni yayıb. Həmin xəbəri yayanlar məhkəmə qarşısında cavab verəcək. Qoy sübut etsinlər. Zamiq son bir neçə gündə ümumiyyətlə, Bakıda olmayıb."

Qeyd edək ki, xəbəri yayan mənbə həmin barda iştirak edənlərdən birinin də opera müğənnisi Ülvi Qılınc olduğunu yazıb. Ülvi Qılıncla da əlaqə saxlayıb. Müğənni eşitdiyi xəbərdən təəccüblənib: - "Harda olduğumu yazıblar?! ... (Müəllif, özündən çıxan müğənninin emosional dediyi sözləri yazmağa ehtiyac görmür - ) Mən xeyli vaxtdır ki, bağda qalıram. Şəhərə nadir hallarda gəlirəm."

Gənc müğənni Zamiqin 12 sentyabr 20:00 -da Yaşıl Teatrda ilk solo konserti keçiriləcək. Konsertdə Zamiqin bilmədiyimiz tərəflərinin və güclü istedadının şahidi olacaqsınız. Müğənni konsertdə başqa bir obrazda cixiş edəcək. Tamaşaçılar ən yeni mahnıları, bu günədək oxuduğu hitləri məhz, bu konsertdə canlı eşidə biləcəklər. İstər retro, istər xalq və estrada mahnılarını, istərsə də muğamları məharətlə ifa edən müğənni konsertdə Azərbaycan musiqi mədəniyyətinin zirvədə olduğunu bir daha sübut edəcək. Müğənni solo konsertdə hər kəs tərəfindən tanınan mahnılarla yanaşı ən yeni mahnılarını da oxuyacaq. Zamiq canlı ansamblın müşayiəti ilə xalq mahnılarımızı və muğamları öz fərqli ifası ilə hər kəsə çatdıracaq. Bundan əlavə, konsertdə bir sıra sürprizlər də olacaq. Belə ki, Zamiq səhnədə tək olmayacaq, onu peşəkar rəqs qrupları müşayiət edəcək. Konsert üçün möhtəşəm dekorasiya da qurulacaq. Bir sözlə, gələn tamaşaçılar həm Zamiqin ifasından, həm də qeyri-adi konsertdən böyük zövq alacaq.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaElton Hüseynəliyev

Elton Hüseynəliyev "bıçaqlanması" haqqında xəbəri özü verib.
Bu gün Bakıda Elton Hüseynəliyevin bıçaqlanması haqqında məlumat yayılıb.Eksklüziv olaraq xəbər veririkki, şəhərdə müğənninin bıçaqlandığı və vəziyyətinin yaxşı olmadığı barədə danışılır.
Eltonun sözlərinə görə, artıq dünəndən belə söz-söhbətlər gəzir. Lakin bütün bunlar şaiyədir! Maraqlıdır ki, müğənni özü "bıçaqlandığının" şaiyə olduğunu desə də, etiraf edib ki, belə şaiyədən sonra evdən çıxmağa tərəddüd edir!

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında
"Nömrə 1" şousu fərqli formada başlayacaq!

Şou yeni yayım mövsümündə ATV-nin efirində olacaq.
Ölkə teleməkanının ən reytinqli layihələrindən biri olan "Nömrə 1" şousu yeni yayım mövsümündən etibarən efirdə olacaq və "Qızıl həyəcan - 999" adlanacaq.
ATV kanalında yayımlanacaq şounun bu dəfəki iştirakçıları inustrumental musiqi ifaçıları olacaq! Bu barədə məlumatı layihə rəhbərlərindən biri, populyar teleradio aparıcısı Emin Musəvi verib. Onun sözlərinə görə, ölkədə ilk dəfə inustrumental musiqi ifaçıları arasında təşkil olunacaq yarışma-şou baxılma reytinqinə görə, əvvəlkindən geri qalmayacaq!
Emin Musəvi əlavə edib ki, ayrı-ayrılıqda hər biri tamaşaçılar tərəfindən bəyənilən gitara, qarmon, piano, klarnet və s. alətlərdə ifa edən musiqiçilərin arasından "Nömrə 1" seçiləcək! Şouda təxminən, 14-16 iştirakçı olacaq və layihə 4 aya qədər davam edəcək!
Onu da deyək ki, hazırda ATV kanalında yeni yayım mövsümündən etibarən başlayacaq şounun studiya dekorları hazırlanır.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaTarkan Eurovision 2010-da

"Eurovision-2010" mahnı müsabiqəsində Türkiyəni məşhur müğənni Tarkan təmsil edəcək. Türkiyə mətbuatına istinadən məlumata görə, bu barədə müğənni ilə TRT səlahiyyətliləri arasında prinsipial razılaşma əldə edilib.

Tarkan TRT ilə önümüzdəki həftə əl sıxıb, razılaşma barədə məlumatı yayacaqlarını bildirib.

Bundan başqa, əldə olunmuş razılaşmaya görə, məşhur sənətçi ilə TRT arasında "Eurovision"dan kənar əməkdaşlıq da olacaq. Tarkanın ortaq olduğu Hitt Prodüksyon TRT musiqi kanalı üçün proqram hazırlayacaq.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında"Na-Na"

Rusiyanın "Na-Na" qrupu Alla Puqaçovanı qabaqladı.
Qrup üzvləri şəhərin əyləncə mərkəzlərindən birində səhərədək oxuyacaq.
Xəbər verdiyimiz kimi, sentyabrın 4-də SSRİ xalq artisti Alla Puqaçova Bakının Heydər Əliyev Sarayında konsert verəcək. Primadonnanın adı xoşagəlməz şayiələrdə hallansa da, sonradan yayılan məlumatların dezinformasiya olduğu üzə çıxdı.
Rusiyanın "Na-Na" qrupu Alla Puqaçovanı qabaqlayaraq, Bakı sakinləri üçün oxuyacaq! 18 illik fəaliyyət təcrübəsi olan "Na-Na" qrupu avqustun 14-də beş nəfərlik tərkibi ilə şəhərin əyləncə mərkəzlərindən birində çıxış edəcəklər. Səhərədək davam edəcək şounun axşam saat 10-da başlayacağı gözlənilir.
Xatırladaq ki, "Na-Na" qrupu hazırda iki köhnə və üç yeni üzvü ilə fəaliyyət göstərir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 17378   Tarix: 21 avqust 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Britni Spirs boşandı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məşqçi həyat yoldaşı Sem Asqaridən rəsmi olaraq boşanıb. Axşam.az xəbər verir ki, bu barədə "PageSix" nəşri məlumat yayıb. Sənədlərə görə, 42 yaşlı müğənni müxtəlif zinət əşyaları və digər şəxsi əşyalarla yanaşı, cütlüyün toyuna qədər v

02.05.2024 99
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 741
.

"Deyirlər ki, başını açmaq fikrin varsa, bizim verilişdə et"

"Hamı özündən belə şey çıxarır ki, Xuraman başını açır, əvvəlki tərzinə qayıdır. İndi mən beləyəm, qəbullanın. Aparıcılar zəng edib deyirlər ki, "Belə fikrin varsa, bizim verilişdə et". Bu, oyun deyil! Sizin üçün uşaq deyiləm, ağlım başımdadır". Axşam.az xəbər verir ki, bu sözlər

30.04.2024 968
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 791
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 1895
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 559
.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28.04.2024 1067
.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

01.05.2024 1415
.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1206