Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında


Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaŞou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaAygün Kazımova

Aygün Kazımovanın "Mardan Palace"da pulsuz dincəlmək arzusu gözündə qalıb
Azərbaycanın tanınmış müğənnisi Aygün Kazımovanın Telman İsmayılovun Antalyadakı "Mardan Palace"otelində pulsuz dincəlmək istəyi baş tutmayıb.
Aygün Kazımova otelin inzibatçılarına "mən Azərbaycanın ulduz müğənnisiyəm, Telman müəllim də məni yaxşı tanıyır, dəfələrlə onun təşkil etdiyi tədbirlərdə çıxış etmişəm" deyərək təkid edib.
Həmçinin, inzibatçılara bildirib ki, "Mardan Palase"otelinə gəlişi və istəyi barədə Telman İsmayılova məlumat versinlər. İnzibatçılar da müğənninin mesajını iş adamına çatdırıblar. Amma Telman İsmayılovun cavabı Aygün Kazımova üçün gözlənilməz olub.
İş adamı inzibatçılar vasitəsilə müğənniyə çatdırıb ki, ya otelin pulunu versin, ya da gedib başqa bir yerdə yerləşsin. Aygün Kazımova bunu eşidəndə pərt halda oteli tərk edib.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaZülfiyyə Xanbabayeva

Xalq artisti paytaxtdan sonra bölgələrdə konsert verəcəyini bildirib. Xalq artisti Zülfiyyə Xanbabayeva konsert proqramına hazırlaşır. Konsert müğənninin qızı Dənizin doğum günü ərəfəsində olacaq. Zülfiyyə konsert haqqında əvvəlcədən danışmağın düzgün olmadığını hesab edir. Müğənni deyib ki, artıq ötən həftədən etibarən musiqiçilərlə məşqlərə başlayıb: - "Bu həmişə belə olub. Konsertdən əvvəl heç kim deyə bilməz ki, hər şey onun vədləri ilə üst-üstə düşəcək. Zülfiyyəni istəyən konsertə elə vədsiz də, təmtəraqsız da gələcək. Bircə onu deyə bilirəm ki, əsl konsert olacaq. İstər musiqiçilər, istər səhnə baxımından həmişə dinləyici zövqünü oxşamağa çalışmışam."

Xalq artisti onu da bildirib ki, konsertinin yeni proqramı Rəşad Haşımovun rəhbərlik etdiyi musiqiçi qrupunun müşayiəti ilə reallaşacaq. Paytaxtda verəcəyi konsertin ardınca Zülfiyyə Xanbabayeva bölgələrə konsert vermək üçün səfər edəcəyini də əlavə edib.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaİradə İbrahimova

Yay fəslində işləməkdən daha çox istirahətə üstünlük verənlərdən biri də İradə İbrahimovadır.
Müğənni avqustun 15-də Bodruma gedəcək. Müğənni Bodrumda dincəldikdən sonra Bakıya klip çəkilişlərinə gələcək. "Nigaranam gəl" mahnısının klipində geyinmək üçün istifadə olunacaq libaslar yerli ustalar tərəfindən hazırlanacaq. Bu barədə məlumatı mətbuat katibi Zəminə xanım onu da əlavə edib ki, yaxın zamanlarda kliplə və İradənin digər işləri ilə bağlı mediaya ətraflı məlumat veriləcək!

Xatırladaq ki, İradə ailə qurub, İstanbula köçdükdən sonra ilk dəfə mayın sonunda Bakıya gələndə "Nigaranam gəl" mahnısına klip çəkdirmək üçün iyunun sonunadək Vətəndə qalmışdı. Lakin müəyyən səbəblərdən həmin vaxt çəkiliş baş tutmamışdı.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaTünzalə Ağayeva

Əməkdar artist Yaxın Şərqdən qayıtdığını açıqlayıb. Hər il bir neçə ölkədə səfərdə olan Tünzalə Ağayeva yenicə xarici səfərdən qayıdıb.Əməkdar artist Türkiyənin TRT kanalında çıxış etdikdən sonra oradan İsrailə gedib. Yerusəlim, Tel-Əviv və Hayfa şəhərlərində olan müğənni səfər haqqında danışıb: - "İlk dəfə idi ki, İsraildə olurdum. Olduqca xoş rəftar və qonaqpərvərliklə qarşılandım. İsraildə Azərbaycandan gedən kifayət qədər yəhudi var və onların hər biri bizim Vətənimiz haqqında yüksək fikirdədirlər. Hətta, yəhudi olmasına baxmayaraq, burada doğulduğu üçün özünü azərbaycanlı hesab edənlər də az deyil!"

Müğənni Yerusəlim bir neçə dinin qovuşduğu və mədəniyyətlərin toqquşmadığı yeganə şəhərlərdəndir. Hayfa şəhərini Bakı ilə müqayisə edən Tünzalə əlavə edib ki, çıxış etdiyi bütün şəhərlərdə tamaşaçılar tərəfindən olduqca yaxşı qarşılanıb. Bu isə bir bəstəkar-müğənni kimi onu sevindirir.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaNazpəri Dostaliyeva

Xalq artistinin mətbuat xidməti yeni layihə haqqında məlumat verib. Daima öz ciddiliyi ilə seçilən xalq artisti Nazpəri Dostəliyeva yeni albomunu hazırlayır.Müğənni gələn ayın əvvəlində "Sehir" adlanan növbəti albomunu təqdim edəcək. Emin Sabitoğlu, Faiq Sücəddinov kimi peşəkar bəstəkarların mahnıları ilə yanaşı gənc bəstəkar Tünarın da müəllifi olduğu mahnılar yeni alboma daxil edilib. Müğənni albomda olan mahnılara klip çəkdirməyi də planlaşdırır.

Xalq artisti sentyabrın sonunda möhtəşəm bir layihə təqdim edəcək. Bu barədə ətraflı məlumat vermək istəməyən mətbuat xidməti gələn ayın sonunu gözləməyi məsləhət bilib.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaÜlvi Qılınc

Gənc opera müğənnisinin artıq Bakıda olmadığı bildirilir. Oxumaqdan daha çox qalmaqallarla yadda qalan gənc opera müğənnisi Ülvi Qılınc bundan sonra Dağıstanda yaşayacaq!

Ülvi Qılınc artıq Azərbaycanı tərk edib. Gənc opera müğənnisinin bundan sonra Dağıstanda yaşayacağı deyilir. Əməkdaşımız müğənninin yaxın ətrafı ilə əlaqə saxlayaraq, yayılan xəbərin həqiqətə uyğun olub-olmadığını araşdırıb. Adının çəkilməsini istəməyən dostlarından biri deyib ki, Ülvi doğurdan da, hazırda Dağıstandadır və o heç kimin telefonuna cavab vermir.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaEbru Gündeş

Canlı yayımda iştirak edən hər iki müğənni şok olub. Ailə həyatı dağılandan sonra adı azərbaycanlı iş adamı Rza Zərrabla hallanan Ebru Gündəş canlı yayımda şok olub!

Müğənnilər Ebru Gündəşlə Doğuşun arasında əvvəllər sevgi münasibətləri olub. Hər iki ulduz "Aramızda qalmasın" proqramında qonaq olarkən, Doğuşun nənəsi Vəsfiyyə xanım verilişə telefonla qoşulub. O, hər iki müğənninin arasında olan isti dostluq münasibətlərindən danışıb: - "O illərdə Ebru ilə Doğuş tez-tez görüşürdülər. Hətta, Ebru bizə də gəlirdi. Gəlinim olmasını çox istəyirdim!"

Bundan sonra Doğuş da etiraf edib ki, əsgərlikdə olduğu vaxtlarda Ebru tez-tez hərbi hissədə onun yanına gedirmiş. Hazırda həmkarını dost kimi çox sevdiyini deyən Doğuş o vaxtlar hitə çevrilən "Gülüm" mahnısını da Ebruya yazdığını etiraf edib.
Türk mediası yazır ki, Ebru Gündəş əvvəllər Doğuşla olan münasibətlərinə aydınlıq gətirməkdən yayınıb.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaAlla Puqaçova

Sonuncu SSRİ xalq artisti Rusiyanın "NTV" kanalına müsahibəsində yayılan şayiələri təkzib edib. Xəbər verdiyimiz kimi, sentyabrın 4-də sonuncu SSRİ xalq artisti Alla Puqaçova Bakının Heydər Əliyev Sarayında solo konsert verəcək. Amma konsert ərəfəsində erməni mediası primadonnanın Dağlıq Qarabağda kütləvi xaç suyuna salma mərasimində iştirak edəcəyini və konsert verəcəyini yazıb. Bu xəbər isə Bakıda ictimaiyyətin haqlı narazılığına səbəb olub.

Rusiyanın "NTV" kanalına istinadən xəbər verir ki, yayılan informasiyalar ucuz şayiədən başqa heç nə deyil! Primadonna özü "NTV" kanalına verdiyi müsahibədə məlumatı təkzib edib: - "Mən heç vaxt Dağlıq Qarabağa getməmişəm və gələcəkdə də getməyəcəm! Ermənistanda yayılan informasiyaları olduqca narahatlıqla qarşıladım. Bakıda verəcəyim konsertin vaxtı yaxınlaşır və mən böyük həvəslə həmin günü gözləyirəm."Primadonnanın konsertinin bilet qiymətləri məlum olub. Xəbər verdiyimiz kimi, sonuncu SSRİ xalq artisti Alla Puqaçova səhnədən gedəcəyini demişdi. Martın əvvəllində Moskvada keçirdiyi mətbuat konfransında bu barədə məlumat verən müğənni "Apreldən-aprelə" adlanan birillik dünya turnesi çərçivəsində Bakıda sentyabrın 4-də solo-konsert verəcək.

Heydər Əliyev Sarayında baş tutacaq konsertin biletlərinin qiyməti 50-150 manat arasında olacaq və 10-20 avqust tarixlərində qiymətlərə endirimlər ediləcək.
Onu da deyək ki, primadonnanın son imici rus mediası tərəfindən kifayət qədər tənqid atəşinə tutulub.
Gələn ilin aprelindən isə sonuncu SSRİ xalq artisti Alla Puqaçova bir daha solo-konsert verməyəcək!


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 16944   Tarix: 15 avqust 2009  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO

"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır

14.12.2025 766
.

Xanımı və oğullarının fotosunu paylaşdı

Aktyor Kamran Ağabalayev oğulları və xanımının fotosunu paylaşıb. Axşma.az xəbər verir ki, aktyor paylaşıma "Mənim ürəklərim" qısa şərhini yazıb. Qeyd edək ki, K.Ağabalayevin 2 oğul övladı var

13.12.2025 362
.

Sevgilisini tək buraxmadı

Türk aktrisa Hazal Subaşı sevgilisi Oğuzhan Koçu tək buraxmayıb. OLAY yazır ki, cütlük Oğuzhan Koçun baş rolunu canlandırdığı "Bugün güzel" filminin qala gecəsinə birgə qatılıb. Koçun Hazal Subaşını öpməsi kameralara yansıyıb. Pərəstişkarları onların sevgi dolu görüntülərini bəyənib

10.12.2025 554
.

Türk serial tarixində bir ilk

Türkiyə serial tarixində birl ilkə imza atılacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Gözleri Karadeniz" serialının finalına yayımı zamanı qərarı veriləcək. Məlumata görə, ekran işi efirdə olduğu müddətdə ani reytinq göstəriciləri izləniləcək. Əgər ciddi artım müşahidə olunmazsa

14.12.2025 877
.

"Titanik"in ulduzu: "Əsl gözəlliyin nə olduğunu anlamırıq"

Britaniyalı aktrisa və Oskar mükafatı laureatı Keyt Uinslet botoksu, dolğu və pəhriz həblərini sərt şəkildə tənqid edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Times" qəzetinə verdiyi müsahibədə danışıb. "Bu, kabusdur. Bəzi insanlar hər nəyin bahasına olursa-olsun, başqası olma

11.12.2025 392
.

Sevil-Sevinc "ana oldu" - FOTO

Müğənnilər Sevil və Sevinc Səfərovaların paylaşımları marağa səbəb olub. xəbər verir ki, əkizlər süni intellektlə ana olmaq arzularını reallaşdırıblar. Sənətçilər paylaşıma "Onsuz mən o qədər də yaxşı görmürəm. Onsuz mən o qədər də yaxşı eşitmirəm. Onsuz mən o qədər də yaxşı hiss etmirəm. Əlimi

14.12.2025 1013
.

"Qurd"un xanımı ilə görüntüsü gündəm oldu - VİDEO

Reper "Qurd" yeni "Aləm qalxsa" adlı ifasını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, meyxana tərzində qələmə alınan, sözləri Məşədi Babaya məxsus olan ifada rep elementlərinin yer aldığı hiss olunur. Sözügedən mahnıya çəkilən klipdə reper həyat yoldaşı Leyla Eminbəyli il

14.12.2025 846
.

Azərbaycanlı müğənni VƏFAT ETDİ - FOTO

Azərbaycanın bir zamanlar məşhur müğənnisi olmuş Zahidə Məmmədsalahova dünyasını dəyişib. Bu barədə -a məlumatı jurnalist Sara Safura verib. Müğənninin uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Qeyd edək ki, Zahidə Məmmədsalahovanın rəhbərlik etdiyi "Nigar" Qızlar Ansamblı zamanını

13.12.2025 1989
.

Emil qayınatası ilə qızının fotosunu yayımladı

Müğənni Emil Bədəlov sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər veri rki, ifaçı qayınatası, Xalq artisti Firuz Əliyev və kiçik qızı Cahanın səmimi fotolarını izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, müğənni Firuz Əliyevin qızı Xanımla ailəlidir. Onların 3 qız övladı var

12:40 274
.

TOP MP3